Рейтинг@Mail.ru

Oxunub : 715 | Tarix : 11-05-2016, 14:56 | Bölmə: fakt, secilmis

"Adama 150 manatdan pul yığın, internet verək" - Beyləqan telekomda bazarBeyləqan şəhəri, Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlərin verdikləri məlumata görə, bu sözləri onlara Beyləqan poçt filialının rəisi Ramiz Sadıqov deyib.

Beyləqan şəhər, Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlər gileylənirlər ki, dəfələrlə internet xətti çəkdirmək üçün Beyləqan rayon Telekommunikasiya Qovuşağına müraciət etsələr də, burda onlara müxtəlif bəhanələrlə üzləşiblər.

Sakinlərin sözlərinə görə, Beyləqan rayon Telekommunikasiya Qovuşağıdan onlara bildirib ki, küçədə yaşayan hər ev 100-150 manatdan yığıb pul versələr, onların istəkləri yerinə yetər. Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlər isə müxbirimizə dövlət rüsumunu ödəməyə hazır olduqlarını, ancaq rüşvət verməyəcəklərini deyiblər.

Təkrar müraciət zamanı isə Beyləqanda qovuşağ rəisi Ramiz Sadıqov onlara deyib ki, büdcədə pul yoxdur. Nə zaman büdcədə pul olar, o zaman da küçəyə internet xətti çəkiləcək.

Qeyd edək ki, Qaçaq Nəbi küçəsi 3 ünvanda yaşayan sakinlər Telekommunikasiya qovuşağının rəisinin qanunsuz əməllərindən rayon icra hakimiyyətinə şikayət etsələr də, onların şikayətinə baxılmayıb. Ajiotaj.az

azerinews.tv bildirir ki, MTN"işi"ndə yaxından iştirak edib canını qurtarmağı bacaran Ramiz Sadıqov keçmiş nazirə nə qədər rüşvət verməsi ilə bağlı da məlumat verməyə çalışacağıq...
Oxşar xəbərlər