Рейтинг@Mail.ru

Oxunub : 449 | Tarix : 12-05-2016, 13:34 | Bölmə: fakt

Gömrükdə külli miqdarda siqaret müsadirə edildi -FotoAşağı keyfiyyətli alkoqollu içkilərin, tütün məmulatlarının bazara daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə gömrük orqanları tərəfindən mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 78 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər