Рейтинг@Mail.ru
Tarix : 5-10-2017, 11:42 | Bölmə: fakt, eyalet

Şəmkirdə basqın: Ev sahibi uşaqların gözü qarşısında döyüldü

Şəmkirdə maskalı şəxslər evə basqın edib.

Azerinews.tv Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib.

Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.

Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək, hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər