Gömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırGömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMAGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMA''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xəttiƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLARZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLAROliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIOliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiBu gün Bu gün "20 Yanvar" faciəsindən 28 il ötür...Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLƏbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOSOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)SOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)
Рейтинг@Mail.ru
Tarix : 12-02-2018, 15:17 | Bölmə: fakt

"LUKOİL" yanacaqdoldurma məntəqəsindəki ŞOK FIRILDAĞI ETİRAF ETDİ
Bir neçə gün əvvəl jurnalist, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgürün "LUKOİL"un yanacaqdoldurma məntəqələrindən birində dələduzluqla qarşılaşdığı barədə məlumat vermişdik.

Hadisə mətbuatın gündəminə daşındıqdan sonra şirkət jurnalisti görüşə dəvət edərək məsələyə aydınlıq gətirib. GoldNews.Az-a danışan Çingiz Özgür qeyd edib ki, öncə üzünü "onlar şikayətə filana baxmır..." deyən dostlara tutur və qeyd edir ki, yanılmısız, onlar - yəni LUKOİL şirkəti elə baş vermiş hadisəni yazdığım gün, bir neçə saat sonra reaksiya verdilər.

"Əvvəlcə statusumun altına nömrə qoyub əlaqə saxlamağımı xahiş etdilər, sonra isə "inbox"uma öz şəxsi nömrəsini yazan bir əməkdaşları əlaqə saxlamağımı istədi. Əlaqə saxladım, sabahısı gün, yəni ayın 10-u saat 11:00-da elə həmin YDM-də görüşdük. Mənim iştirakçısı olduğum hadisənin araşdırıldığını, operatorun və ikinci dərəcəli operatorun və hətta YDM rəisinin cəzalandırılacağını məlumat verdilər. Və mən istər-istəməz soruşuram:

- Operator nə dedi?

- Deyirlər: Dedi ki, səhv olub.

- Mən bir daha sual verirəm: Yəni operator bu hadisənin səhvən baş verdiyini dedi?

- Cavab: Yox, dedi ki, bir səhvdi eləmişəm, bağışlıyın.

- Bunlar ayrı- ayrı şeylərdir və aralarında çox ciddi fərq var. Birinci halda söhbət insani səhvdən, ikincində isə bilərəkdən edilən bir şeydən gedir.

- Və növbəti sualı verirəm: Mənə görə günahsız kimisə cəzalandırmayacaqsınız ki?

- Cavab verilir ki, xeyr, günahları var, cəzalarını çəkəcəklər.

Jurnalist qeyd edib ki, görüş xeyli mədəni və sakit, heç bir yersiz söz-söhbət olmadan keçib.

"Onlar mənə şirkət olaraq bu kimi hallarla hər zaman mübarizə apardıqlarını, hər bir YDM-də, hətta hər bir aparatın yanında QAYNAR XƏTT nömrələrinin olduğunu, hər bir YDM-də ölçü qabının olduğunu dedilər və hətta gətirib ölçü qabını göstərdilər. Dedilər ki, qaynar xəttə olunan hər bir zəng tez bir zamanda araşdırılır. Mən bütün bu danışıqlarda onların səmimiyyətinə inanmağa çalışdığımı, hətta inandığımı dedim və qeyd etdim ki, əgər görülən işlər səmimidirsə, bunu hər kəsin görəcəyi, məlumatlanacağı formada eləmək daha düzgün olar. Məsələn, ölçü qabını YDM-nin gözə görünən bir yerində qoyub, yanındakı lövhəyə də böyük hərflərlə "ÖLÇÜ QABI- BUYURUN, YOXLAYIN!" kimi bir şeylər yazmaq olar. Eyni ilə də apardıqları işləri müvafiq media qurumlarının iştirakı ilə aparmaq, ən azından press-reliz formasında yaymaq olar.

Mən dəfələrlə yazılan rəylərdən, deyilən sözlərdən misal çəkərək, LUKOİL haqda ölkədə formalaşmış mənfi imici yoldaşlara izah etməyə çalışdım. Hər dəfəsində də mənimlə söhbət edən yoldaşlar bütün baş vermiş hadisələrin insan faktorundan qaynaqlandığını, şirkət olaraq hər zaman müştəri məmnuniyyətinin onlarçün önəmli olduğunu qeyd etdilər. Hətta yanacaqlarının daha keyfiyyətli olması üçün aldıqları əlavə qatqı və bu qatqıya çəkilən əlavə xərc haqda məlumatlar verdilər.

Jurnalist onu da qeyd etdi ki, onun statusu hazır, çap edilmiş formada onların stolunun üstündə imiş:

Və statusda iki ifadə onları daha çox narahat edirdi. Birincisi, "LUKOİL şirkət olaraq oğrudur" iddiası idi. Mən dediyim, sadaladığım bütün faktlar qarşı tərəfdən " insan faktoru ilə" əlaqələndirilirdi, belə olduğu halda mən dedim ki, "tamam, şirkət olaraq oğru olmağınız haqda əlimdə fakt yoxdur. Nə zaman olsa, mütləq sizə müraciət edib nəzərinizə çatdıracam. Və bunu da yazılı şəkildə də,yazıb özlərinə verdim.

İkinci məsələ, statusdakı "Vahid müəllim, vallah ayıbdır" cümləsini, qarşı tərəf şəxsi alqıladığından, belə bir cümlənin yazılmağının düzgün olmadığını nəzərimə çatdırdılar. Mən izah etdim ki, Cənab Vahid Ələkbərov böyük bir şirkət rəhbəridir və şirkətdə baş verən istənilən hadisə üçün məsuliyyət daşıyır. Buna görə də, hələ bir az da ərkyana formada, xahiş kimi yazdığım bu cümlədə heç bir təhqir və tənqiddən söhbət gedə bilməz. Mənim o adamla heç bir şəxsi münaisbətim yoxdur. Və əgər şəxsi münasibətim olsa, özümdən bir yaş da böyük olsa belə, mən bu cür ifadə işlətmərəm. İşlətsəm də üzr istəyərəm. Gördüm ki, yoldaşlar çox narahatdır, bunu da yazılı olaraq qeyd elədim ki, özümdən yaşda xeyli böyük olan bir insana " vallah ayıbdır" sözünü dediyim üçün üzr istəyirəm. Əgər bilsəm ki, hər şey düzələcək, mən ümumiyyətlə hamıdan üzr istəyərəm. Kaş ki, bu işlər düzəlsin...Mən hətta onlara təklif elədim ki, statusumu araşdırsınlar, əgər təhqir, və ya cinayət tərkibli nəsə varsa, versinlər məhkəməyə. Mən qanun qarşısında cavab verməyə və əgər varsa, cəzamı çəkməyə hazıram. Qarşı tərəf bu işin bu gün bu görüşlə bitmədiyini, ən yüksək səviyyədə araşdırmaların davam edəcəyini söylədi".
Oxşar xəbərlər