Рейтинг@Mail.ru

Oxunub : 9832 | Tarix : 16-08-2016, 10:04 | Bölmə: fakt, secilmis

Şahin Quliyev nazir Səlim Müslümova qarşı -  “maxinator" ifşa edilirDövlət maraqlarının müdafiəsi naminə Nazir Səlim Müslümov görəsən bundan sonra rəhbərlik etdiyi nazirlikdə Şahin Quliyevi və Anar Vəliyevi saxlayacaqmı ? Onlara qarşı nə kimi tədbir görəcək?

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həmişə iclasını giriş sözü ilə açaraq, ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdırmışdır.

Halbuki, reallıqda Beyləqan Rayonunda baş verənlər, tabeliyinizdə olan bəzi əməkdaşların qanuna zidd əməlləri ölkənin dinamik inkişafina qarşı çıxmaqda davam edir. Adıgedən nazirliyin tabeliyinizdə olan işçisi Anar Vəliyev dövlətin apardığı siyasətə qarşı zidd hərəkətləri ilə işlədiyi nazirliyin iş prisipini reagionda aşağıdakı qeyd olunan qaydada təmsil edir. Görəsən cənab Səlim Müslümov Beyləqanda baş verənlərdən xəbərdardımı? Bu məqalədən sonra yagin ki, bütün baş verənlərdən artıq xəbərdar olacaqdır.Təbii ki, bunu zaman göstərəcək.

Vətəndaş Qasımov Vüqar Vaqif oğlu dövlətin maraqlarını müdafiə edilməsi məqsədi ilə ictimayi nəzarətini həyata keçirərək cənab Prezident İlham Əliyevə mətbu orqan vasitəsi ilə açıq müraciətdən və həmin vətəndaşın hüquqlarını pozulmasını təsdiq edən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin dövlətin adından çıxarılmış 02 iyun 2016-cı il tarixli, 2-1(86)-725/2016 saylı qanuni qüvvəyə minmiş Qərarından sonra ƏSMN-nin Beyləqan Rayon Mərkəzin direktoru olmuş və həmin vətəndaşa əsassız olaraq təzyiq xarakteri daşıyan cinayət ittihamı ilə Beyləqan Rayon məhkəməsində irəli sürməsi barədə yeni məlumat daxil olubdur.

Anar Vəliyevin vətəndaşınərizəsinə cavab verməməsi,vətəndaşın Konstitusiyada təsbit edilmiş 57-ci maddəsində qeyd olunmuş (tələbləri) hüquqlarını pozması təsadüfi deyildir. Əgər Anar Vəliyev mənvətəndaşın konstitusiyada qeydo lunmuş hüquqlarımı pozursa, xalqına dövlətinə necə layiqli xidmət göstərə bilə? Belə bir şəxsin bu nazirlikdə hansısa vəzifəyə təyin etmək bir başa dövlətin apardığı siyasətə qarşıçıxmaq kimi qiymətlədiriləbilər,çünki Anar Vəliyev dövlətimiz ali qanunlarını açıq-aşkarpozur. Bu kimi AnarVəliyevin kefiyyətlərinə görə hələ bir vəzifəyə yətəyin edilməsi gözlənilir?

Şahin Quliyev nazir Səlim Müslümova qarşı -  “maxinator" ifşa edilirBu fakt Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut olunur.

Xatırladaq ki, vətəndaş V.Qasımov, Vəliyev Anar Alabbas oğlunun ona qarşı qərəzli olaraq şəxsi ədavət aparmağı, hətta bəzi şəxslərlə əlbir olub onu şərləyib həbsə almaq niyyəti barədə əvvəlcədən aidiyyati orqanlara məlumat vermişdir.AR Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsas olaraq “vətəndaşın müraciətinə görə onu təqib etmək qadağandır” tələbləri göründüyü kimi Anar Vəliyev tərəfindən pozulur.

Maraqlısı odur ki, Anar Vəliyevi rüşvət almaqda, vətəndaşları dolaysıyla şantajla yolu ilə sıxmaqda, digər korrupsiyada ittiham edən şəxsi məhkəməyə verməməklə açıq-aşkar həmin şəxslə mənə qarşı aparılan çirkin kampaniyada ümumi maraqların olmasına istinad edir. Məhz buna görə Anar Vəliyev və həmin şəxs eyni vaxta və eyni ittihamla Beyləqan Rayon Məhkəməsinə barəmdə şikayət vermişlər. Bu faktı təstiq edən sənədlər mövcuddur.

Şikayətlərində qeydediblərki güya mən onların təhqir edib onlara böhtan atmışam,şərəf və ləyaqətlərini alçatmışam. Halbu ki,məqalədə mövcud dövlət qanunlarına və sənədlərinə istinad edilərək Prezidentimizə dəstək olmaq məqsədi ilə həmin vətəndaşlar tənqid olunublar.Tənqid qanunla təhqir sayıla bilməz.Həmin vətəndaşlar isə bu səbəbdən məni təqib edib məhkəməyə sifariş əsasında həbslə hədələyirlər.

Səbəb odur ki, mən dövlətimin maraqlarını müdafiə edərək dövlət büdcəsinə dəymiş pulları geri dövlətə qaytarılmasını və eyni zamanda bu işdə təqsirkar məsul şəxsin və ya şəxslərin cəzalanmasını Prezidentimdən kömək istəmişəm.

İndiisə Anar Vəliyev psixi xəstə kimi Beyləqan Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatda olan şəxslə əlbir olub, dövlətimin maraqlarını müdafiə etdiyimə görə şərləyib əsassız olaraq həbsə saldırmaq istəyirlər. 02 avqust 2016-cı il tarixli azerinews.tv KIV-də Prezidentə müraciətimdə qeyd edilənlərlə bağlı izahat verərək, bildirirəm ki, mən orada heç kəsin şəsiyyətini alçatmamışam və belə fikrim də olmayıb.

Həmin məqalədə mən Anar Vəliyevin dövlət möhürü ilə təsdiq etdiyi sənədlərinə, AR CM-nin AR MPM-nin tələblərinə istinadən öz azad düşüncəmi və fikrimi ifadə etmişəm. Anar Vəliyevin rəsmi verdiyi və dövlət möhürü ilə təsdiq etdiyi sənədə əsas olaraq vətəndaş Beyləqan şəhər sakini Anar Zeynalov əmlakı barədə məlumatı gizlədərək məlumat verilmədiyindən, yani onu aldadıb ki, nəticədə dövlətin büdcəsinə təxminən 8000 min manatda yuxarı maddi ziyan vurulmuşdur. Anar Vəliyevin rəsmi sənədlə qeyd etdiyi digər fakta əsas olaraq, ünvanlı sosial yardımın təyin olunması üçün gəlir və əmlakı barədə tam və düzgün məlumat verilməsi vətəndaşın borcudur və bu məlumatlar üçün şəxsən həmin vətəndaş daşıyır.

Anar Vəliyev, vətəndaş Anar Zeynalovu qanunvericiliyin tələbləri ilə tanış etsə də, göründüyü kimi bilərəkdən əmlakı barədə düzgün məlumat verməmişdir və bununlada dövləti aldatmış və nəticədə dövlətin əmlakını mənimsəmişdir.Aldatma yolu ilə özgənin əmlakını mənimsəmə AR CM-nin 178-ci maddəsinə görə dələduzluq əlamətini bildirir və bu qanunla cinayət tərkibini yaradır və dələduzluq yolu sayılır. Göründüyü kimi mənim tərəfimdən, heç həs cinayətkar adlandırılmayıb.

Digər tərəfdən həmin vətəndaş Beyləqan şəhərində və məhkəmə ifadəsində açıq-aşkar bildirmişdir ki, mən sahibkar olmaqla yanaşı, hansısa MMC-yə sahibdir və özünə fərək bilərək qeyd edib ki, fərəsətim var ki dövləti aldadıb pulun yemişəm. Ona bildirəndə ki, bu qanunla dələduzluq sayılır, cavab olaraq bildirmişdir ki, bəli mən dələduzluq etmişəm, yaxşı etmişəm və mən psixi xəstə olduğumdan mənə onsuzda məsuliyyət düşməyəcəkdir. Bu vətəndaşın sözlərinə əsas olaraq, mən məqalədə dövlətimizin qanunlarında nəzərdə tutulmuş dələduzluq əlamətlərinin olmasını qeyd etmişəm.

Xüsusi qərardadın çıxarılmasını tələb etməyimin səbəbi isə aşağıdakılardır.

Şahin Quliyev nazir Səlim Müslümova qarşı -  “maxinator" ifşa edilirBundan başqa məqalədə qeyd ediləni təsdiq edən digər bir fakt odur ki, Anar Vəliyev dövlətə dəymiş pulu Beyləqan şəhər sakini Anar Zeynalovdan tələb edib gedi qaytarılması məqsədi ilə Beyləqan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və məhkəmədə bununla bağlı 20.06.2016-cı il tarixli, 2(020)-2152/2016 saylı iş vardır. Anar Vəliyevin dediyinə və rəsmi sənədlərinə əsas olaraq, həmin vətəndaşın dövləti aldatmaqla təxminən 8000 manatda yuxarı pulu mənimsəmişdir. Bu fakt iş materialları ilə (cinayət əlamətləri)aşkar olunduğu bir halda məhkəmə dərəfindən AR MPM-nin tələblərinə əsas olaraq cinayət işinin başlanması ilə bağlı xüsusi qərardadın bu vaxta qədər çıxarmaması mən vətəndaşda məqalədə qeyd olunan fikirləri yaratmışdır.

Əlavə bir faktı qeyd etmək istəyirəm ki, Beyləqan şəhər sakini A.Zeynalov bir müddət öncə mənə qarşı əsassız olaraq iddia qaldırmış bir nəfər rayon sakininə nümayəndə qismində Abşeron Rayon Məhkəməsində çıxış edərkən ifadə verməklə bildirmişdir ki o sahibkardır və hansısa MMC-si vardır. Bundan başqa vətəndaş A.Zeynalovun son vaxtlara qədər qanunsuz olaraq avtomobil edarə etməsi heç də təsadüfi deyildir. Vətəndaşların çoxsaylı çıkayətlərinə və etirazına əsas olaraq idarə itdiyi avtomobillə bağlı inzibati qayda da cərimə tətbiq olunmuşdur. Bir sözlə desək onun sosial durumu və əmlakı barədə yalan məlumat verməsini kifayət qədər sübüt və şahid vardır.

AR MPM-nin 265.4-cü maddəsinin tələblərinə əsas olaraq, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verirməlidir.

Təbi ki, qanunla hər bir vətəndaşın azad düşüncəsi və azad fikirləri vardır.

Təbii ki, göründüyü kimi mən məqalədə qeyd etdiyim xüsusatları dövlətimin qanunlarına və dövlətimin möhürü ilə təsdiq edilmiş Anar Vəliyevin sənədlərinə, eyni zamanda həmin vətəndaşın yaydığı məlumata əsas olaraq bildirmişəm. Bunu təsdiq edən maddi subutlar və kifayyət qədər şahidlər vardır. Bununla bir daha təsdiq olunur ki, mən özümdən bilə-bilə yalandan heç bir məlumatı uydurub kiməsə böhtan atıb təhqir etməmişəm və belə bir niyyətim də olmayıb, hazırda da yoxdur. Mən yalnız dövlətimin maraqlarını müdafiə edirəm və dövlət büdcəsinə dəymiş pulların dövlət büdcəsinə qaytarılmasını eyni zamanda dövlətini aldatmış şəxsi qanunla məsuliyyətə cəlb olunmasını tələb istəyirəm.

Göründüyü kimi, mən dövlətimin maraqlarını müdafiə edərək dövlətimizin qanunlarına və digər mövcud sənədlərə istinadən, orada qeyd edilənləri öz azad fikrimi və sözümü ifadə etmişəm.

Belə çıxır ki, dövlətin maraqlarını müdafiə edən və qanunun aliliyini üstün tutan şəxsi bu cur şəkildə təqib edib, təzyiq göstərməklə şərləyib həbsə alırlar?

Bu kimi neqativ hallara yol vermiş Anar Vəliyev kimi şəxsi yenidən adıgedən nazirlikdə cənab Səlim Müslümov saxlayıb hansısa vəzifəyə təyin edirlər?

Şahin Quliyev kimdi ki dövlətin siyasətinə,ali qanunlarına çıxan və barəsində bir çox çirkin və ilginc cinayətin törədilməsində ittiham edilən Anar Vəliyev kimi şəxsi vəzifəyə təyin edə?Düşünürəm ki, Anar Vəliyevin barəsində qeyd edilənlərdən sonra onun hansısa vəzifəyə, həmçinin adıgedən nazirlikdə hansısa vəzifədə qalıb işləməsi absurddur, həqiqətə uyğun deyildir.

ƏSMN-nin Beyləqan Rayon Mərkəzin direktoru olmuş Vəliyev Anar Alabbas oğlunun “vaxtı ilə ünvanlı sosial yardım təyin edilməsi üçün vətəndaşlardan korrupsiya hallarına yol verməklə (900 manat pulu) 6 ayını nəğd şəkildə alan”, əvvəllər Beyləqan Rayon DSMF-nin şöbə müdiri vəzifəsində çalışdığı dövrdə “maxinator” olması, “minlərlə saxta işlərlə məşğul olan”, eyni zamanda vətəndaşların Konstitusion hüquqlarını açıq–aşkar pozaraq ərizələrinə belə cavab verməyən şəxsi indi deyilənə görə yenidən “Beyləqan Rayon DSMF-nin şöbə müdiri” vəzifə təyinatı gözlənilir və bu məslələdə onun bu kimi sadalanan qanuna zidd kefiyyətlərinə görə yaxın həmyerlisi olan həmin nazirlikdə işləyən Şahin Quliyev adlı şəxsin köməyi və dəstəyi olması bildirilir. Bildirilir ki, Anar Vəliyevin yaxını, həmyerlisi, həmkəndlisi və bəlkədə qohumluq əlaqəsi olan Şahin Quliyev ƏSMN-də yüksək vəzifəyə təyin ediləcəkdir.

Şahin Quliyevin nazir olmaq arzusu

Cənab Nazir Səlim Müslümova xatırladmaq istəyirəm ki, Ali qanunumuz sayılan Konstitusiyanın təminatçısı cənab Prezidentimiz İlham Əliyevdir və bu konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının tələblərini pozan, bir çox qanunsuzluqlar edən Anar Vəliyev kimi şəxsə bu nazirlikdə vəzifə verməyiniz bir başa dövltin mənafeyinə zidd hərəkət kimi qiymətləndiriləcəkdir.

Eyni zamanda Sizin dəfələrlə dövlətimizin apardığı siyasətə dəstək olmağınızın, rəhbərlik etdiyiniz nazirlikdə şəffavlığın olmasını barədə dediklərinizin tamamilə yalan olduğu təsdiq ediləcəkdir.Çıxışlarınızda Siz dəfələrlə bildirirsiniz ki, Prezidentimizin apardığı uğurlu siyasəti nəticəsində məhz rəhbərlik etdiyiniz nazirlikdə səmərəli işlər görülmüş, nöksanlara yol vermiş əməkdaşlar işindən uzaqlaşdırılmışdır və bu istiqamətdə digər qanunla müvafiq tədbirlər həyata keçirirsiniz.

Anar Vəliyevin bir müddət öncə Beyləqan Rayon DSMF-nin şöbə müdiri vəzifəsində işləmiş, sonra Beyləqan Rayon ƏSM mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, indi isə barəsində sadalanan bir çox ciddi nöksanlar olan Anar Vəliyevi dövlətin siyasətinə qarşı çıxdığına, dövlətimizin ali qanunlarını pozduğuna yenidən vəzifə verməyiniz barədə yayılmış məlumatlar heç də aydın deyildir. Mən inanmıram ki, bu qədər ciddi nöksanlara yol vermiş Anar Vəliyev kimi şəxsi bundan sonra Siz hansısa vəzifəyə təyin edəsiniz.

Bundan başqa Beyləqan şəhər sakini Anar Zeynalovun şikayətçi olaraq azmedia.info və sonolay.org KİV-də bildirdiyi məlumata əsas olaraq Anar Vəliyevin Beyləqan Rayon ƏSMM-nin direktoru vəzifəsinə gəlməsi üçün dolaysıyla şantajdan istifadə edərək vətəndaşları sıxırmış, Anar Vəliyevin vəzifəli şəxslərdən rüşvət alması və sonda onlara yardım düzətməsi, korrupsiya halları ifşa edilibdir. Anar Vəliyevin qeyd edilənlərlə bağlı susmaq mövqeyində olması deyilənlərin doğru olmasına istinad edir.

AnarVəliyevinyaxınqohumlarıxəstəxanadaişləyərkənyanicərrahiyyəşöbəsindəçalışanRahiləadlı şəxsin səhlənkarlığı və sərişdəsizliyi nəticəsində doğum zamanı bir insanın həyatına sonqoyulması bildirilir. Bundan başqa 37 saylı TSEK-də müdir vəzifəsində çalışan qohumu Leyla həkim və hazırda özünün sürücüsü də olması təsadüfi deyildir.

Təminatçısı cənab Prezident İlham Əliyev olan Konstitusiyanı pozaraq vətəndaşın ərizəsi ilə bağlı süründürməçiliyə yol vermiş Anar Vəliyev barəsində hazırda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin dövlətin adından çıxarılmış qanuni qüvvəyə minmiş 02 iyun 2016-cı il tarixli, 2-1(86)-725/2016 saylı Qərarı mövcud olduğu bir halda belə bir şəxsin Sizin müdrik peşəkarlıqla rəhbərlik etdiyiniz nazirlikdə Anar Vəliyev kimi şəxsin qalması qanunla mümkün deyildir.

Hələ ki, müraciətimə Anar Vəliyev barəsində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin dövlətin adından çıxarılmış qanuni qüvvəyə minmiş 02 iyun 2016-cı il tarixli, 2-1(86)-725/2016 saylı Qərarın surətini əlavə edərək cənab nazir Səlim Müslümova və deyilənə əsas olaraq Anar Vəliyevi vəzifə sahibi olmaqda köməklik edən Şahin Quliyevə tanış olmaq üçün təqdim edirəm.

Hörmətli cənab Nazir Səlim Müslümov və adıgedən (Anar Vəliyevin)şəxsin qohumu olan hörmətli Şahin Quliyev!
Əgər vətəndaş özərizəsinin cavabını məhkəmə yolu ilə Anar Vəliyevdən alırsa, Anar Vəliyev xalqına və dövlətinə necə layiqli xidmət göstərə bilər?

İnanıram ki, cənab Nazir Səlim Müslümov tərəfindən Prezident cənab İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinə dəstək olacaqdır və Anar Vəliyev barəsində qanunla müvafiq ədalətli qərar qəbul edəcəkdir.

Qeyd edilənlərlə əsas olmuş sənədlər və maddi subutlar zərurət yaranarsa təqdim edilə bilər.

Hörmətlə,
Dövlət maraqlarını müdafiə edən və ictimai nəzarətin həyata keçirən vətəndaş Vüqar Qasımov
Oxşar xəbərlər