Рейтинг@Mail.ru
Tarix : 27-12-2016, 10:00 | Bölmə: fakt

Bakıda dəhşətli partlayış - YENİLƏNİB - VİDEO - FOTO11:20

Qaz kəmərində baş vermiş hadisə ilə əlaqədar SOCAR-dan Milli.Az-a verilən ilkin məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib: "Xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür".

11:08

Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.
Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.
"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyə olunan olmayıb", - FHN-dən bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

10:39

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.

Dövlət Yanğından Mühafizə Xidmətindən lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.

X X X

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

10:34

Bakının Qaradağ rayonu ərazisində güclü partlayış olub.

Criminal.az saytının məlumatına görə, Sanqaçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb. Zavodda həyəcan siqnalı verilib.

Bakıda dəhşətli partlayış - YENİLƏNİB - VİDEO - FOTO

Oxşar xəbərlər