Рейтинг@Mail.ru

Oxunub : 792 | Tarix : 27-04-2016, 11:09 | Bölmə: fakt, secilmis

Prezidenti belə saymayan Cəlil Nəzərovdan dövlətə xəyanət - ŞOKMasallı gəncləri hərbi xidmətdən yayındırılır

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun qanunsuz fəaliyyəti, rüşvətxorluğu haqqında ölkə mediasında silsilə dərc olunan yazılar, çoxsaylı şikayət məktubları adıçəkilən şəxsi yolundan döndərməmiş və cəzasız buraxmaqdadır. Qəribə də olsa, Nəzərovun qanunsuzluğuna göz yuman aidiyyatı qurumlar, eləcədə Səhiyyə nazirliyi Masallı rayon Mərkəzi Xəstəxanasında dəhşətli mənzərənin yaranmasının səbəbkarına çevriliblər.

Xatırladım ki, bir neçə gün öncə Masallı Rayon Mərkəzi Xəstəxanasının tabeçiliyində olan poliklinikadan sağlamlıq haqqında arayış almaq üçün adıçəkilən ünvünda olmuşdum. Poliklinikadan bildirmişdilər ki, arayış almaq üçün Masallının “padşahı” Cəlil Nəzərovun qəbulunda olmaq lazımdır. Bizdə deyilənə əməl edib arayış almaq üçün Cəlilin qəbuluna üz tutmuşduq. Lakin, Nəzərov yenə öz qaydasından kənara çıxmayaraq mənə sağlamlıq haqqında arayışı 50 manata verəcəyini bildirməklə, “Sən məndən yazdığın üçün səndən 50 manat alacağam. Get yenə yaz. Mənim arxamda Prezidentdən də güclü adam dayanır”-deməklə fikirlərinə əlavələr etmişdi. Bundan sonra ölkə başçısına rəsmi müraciət etsəmdə hələ ki, nəticə əldə olunmamışdır.

Rəsmi müraciətimdən və ölkə mediasında bu mövzu ilə bağlı dərc olunan (fürsətdən istifadə edib baş verənlərlə bağlı mənə dəstək olan bütün həmkarlarıma təşəkkür edirəm. İ.R.) məqalələrdən sonra Cəlil Nəzərov redaksiyamıza telefon açaraq bizi hədələməkdən çəkinməyərək yazıları dayandırmayacağımız təqdirdə onun qəzəbinə tuş gələcəyimizi bildirdi. Qəribə də olsa baş həkim məndən rüşvət tələb etdiyi üçün məni məhkəməyə verəcəyini bildirməklə onun dili ilə desək “başıma oyun açacağını” – söylədi.

Ilk öncə Cəlil Nəzərova, onlarla məhkəmə proseslərinin iştirakçısı olmuş bir şəxsi ədalət mühakiməsində məğlub edəcəyini düşünməsinin gülünc olduğunu xatırlatmalıyam. Daim kimisə şərləmədiyim və kiməsə böhtan atmaqdığım üçün məhkəmə zallarını haqlı tərəf olaraq tərk etdiyim heç kimə sirr deyil. İndi Nəzərovun məni yenə haqlı tərəf olaraq məhkəmə ilə hədələməsi baş həkimin psixoloji gərginliyi ilə bağlamaq doğru olardı.

İkincisi, Cəlil Nəzərov arayış üçün ona 50 manat rüşvət vermədiyim üçün məni məhkəmə ilə hədələyir. Yəni mən gərək Nəzərova haqq etmədiyi 50 manat rüşvəti mütləq verməliyəm, əks təqdirdə cəzalana bilərəm. Yenə özümə borc bilib baş həkimin nəzərinə çatdırıram ki, mən ona nəinki 50 manat heç 5 qəpik də verməyəcəyəm. Amma bir vətəndaş olaraq onun psixoloji gərginlik durumunu nəzərə alıb müalicəsini boynuma götürə bilərəm.

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun qanunsuz əməlləri barədə ölkə mediasında silsilə dərc olunan məqalələrdən sonra çoxları baş həkimin fəaliyyətində müsbət mənada dəyişiklik edəcəyini düşünürdü. Lakin media saydığını sayınca Cəlil Nəzərov da bildiyini heç kimə vermir. Bu şəxsin qanunsuz və saxta sənədləri əsasında Masallının bir çox gəncləri müxtəlif xəstəliklər adı ilə həqiqi hərbi xidmətdən yayınmaqdadırlar. Rayonun təkcə Bədəlan kəndi üzrə yüzlərlə sağlam gənc Cəlil Nəzərovun saxta sənədləri əsasında hərbiyə yararsız kimi sənədləşdirilərək xidmətdən yayındırılır. Ölkəmizin döyüş vəziyyətində olmasına bamayaraq bir baş həkimin saxta sənədləri və arayışları əsasında ordudan yayındırılan yüzlərlə vətəndaşın sənədlərinin yoxlanılmasına ciddi ehtiyac var. Biz növbəti yazımızda bu barədə geniş bəhs edəcəyik.

Cəlil Nəzərov qanunsuz əməlləri təkcə bununla bitmir. Bu şəxs vətəndaşlara, daha doğrusu sağlam vətəndaşlara əlillik dərəcəsi verilməsi üçün saxta sənədlər düzəltməklə də ad çıxarıb. Baş həkimin “böyük əməyi” nəticəsində rayonda əlillik dərəcəsi almayan insanlara az rast gəlmək olar. Hətta Bədəlan kəndində bir ailənin 3 üzvünə eyni xəstəlik adı ilə arayışlar verən Cəlil Nəzərovun dövlətin qanunlarına bu qədər sayğısız yanaşması Səhiyyə nazirliyini düşündürməli və hərəkətə keçməsinə səbəb olmalıdır. Bu barədə daha ətraflı növbəti yazımızda məlumat verəcəyik.

azerinews.tv-a verilən faktlardan biri də odur ki, Cəlil Nəzərov 1-ci qrup əlillərə belə sağlamlıq haqqında arayışların verilməsinə şərait yaradır. Təbii ki, məndən istədiyi və ala bilmədiyi 50 manat rüşvəti həmin şəxslərdən alınca Nəzərovun gözündə 1-ci qrup əlillər də sağlam görünür. Hətta anadangəlmə xəstə olan, ağır durumda müalicə alan şəxsə belə sağlamlıq haqqında arayış verən baş həkimin qanunlara bu qədər hörmətsizlik etməsi narahatçılıq yaradır.

Səhiyyə nazirliyinin Masallı rayon Mərkəzi Xəstəxanasında baş verənləri araşdırması üçün əlimizdəki sənədləri və faktları hər an təqdim etməyə hazırıq. Bir baş həkimin saxta sənədlər hesabına dövlətə vurduğu ziyan hesaba sığmır. Lakin, Cəlil Nəzərovun dili ilə desək onun arxasındakı gücün ölkə başçısından güclü olduğunu sayanlar baş həkim kimi yanılırlar. Mən Nəzərovun diqqətinə Prezidentin bir fikrini xatırlatmağı özümə borc bilirəm: “Məmurlar qudurğanlıq edirlər. Onların güvəndiyi şəxsləri mən təyin eləmişəm, mən də çıxararam...”
Ardı var.
İkram Rafiqoğlu
Oxşar xəbərlər