Рейтинг@Mail.ru
Tarix : 1-05-2017, 15:04 | Bölmə: fakt, redaktor, banner

Prezidentin tapşırığından sonra canlanma yarandı - FOTO, VİDEO


Kənd təsərrüfatı məhsullarının sayı artıb

Rusiyaya gedən məhsulların sayı artıb. İstiPress-in şimal bürosunun məlumatına görə, son günlər faraş yetişən kənd təsərrüfatı məhsullarının sayı artıb. Çəkiliş qrupumuz bunu Qusarın Samur gömrük keçid məntəqəsində müşahidə edib. Avtomaşınların sayı ilk baxışdan növbəni xatırlatsa da, müşahidə etdik ki, bu, respublikamızın ayrı-ayrı bölgələrindən Rusiya bazarlarına aparılan meyvə-tərəvəz məhsullarının çox olması ilə bağlıdır.

Prezident Azərbaycana ən çox pul gətirən 5 adı açıqladı
Xaçmaz gömrük idarəsinin Samur gömrük postundan da fakt təsdiqlənərək bildirilib ki, təkcə ötən gün 130 yük avtomobili Azərbaycandan Rusiyaya keçib. Həmin avtomobillərin arasından ölkəmizdən keçən tranzit yüklərlə yanaşı, əsasən kənd təsərrüfat malları üstünlük təşkil edir. Azərbaycanın keçid məntəqəsindən gələn yük dolu avtomobillərin Rusiya tərəfdən də maneəsiz buraxıldığı qeyd edilib.

Xatırladaq ki, ötən ay Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq.

Aytəkin Alxaslı

Oxşar xəbərlər