Рейтинг@Mail.ru
Tarix : 9-06-2017, 18:10 | Bölmə: Flash, redaktor

Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
Hər bir azərbaycanlının qəlbində taxt quran, 1959-cu ilin 6 iyununda Astara rayonunda gələcəyin böyük adamı – xalqının generalı – Zakir Həsənov dünyaya gəlib. Bu yerlərdə doğulan uşaqların çoxu, Həzi Aslanov sevgisiylə böyüdülür deyərdi cənublu kişilər . O kişilər ki, vətəni sevdiyi üçün yolunda qan töküb can verirdi. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov kimi düşmənə aman vermədi qanın tökdü və canın verdi. Vətən sağ olsun dedi. Bəlkə, elə ona görə bu torpaqlarda böyüyən uşaqların çoxu hərbiçi olur. Yəqin elə, Zakir Həsənov da gələcəkdə onun kimi bir qəhrəman general olmağı arzulayıb uşaqlığında. Yəqin ki, bu istək onu Naxçıvanski hərbi məktəbinə gətirdi, gənc azərbaycanlını, gələcəyin generalını.

Zakir Həsənov 1976-cı ildə Cəmşid Əmirov adına hərbi liseyi bitirərək Bakı Ümumqoşun Ali Məktəbinə daxil olub. 1980-ci ildə də, bu ali məktəbi bitirərək, sovet qoşunları sıralarında xidmətə başladı. Tale onu Almaniyada yerləşən Sovet qoşunları sıralarınada aparıb çıxartdı. Zakir Həsənov burada nümunəvi hərbi xidmət keçərək, hərbi karyerasında irəliləməyə başladı. 1985-1993-cü illərdə, Altayda müxtəlif vəzifələrdə çalışaraq, öz hərbi təcrübəsini daha da artırdı. Altay vilayətinin Hərbi komissarlığında məsul vəzifələrə irəli çəkildi. 1987-ci ildə onu SSRİ-nin Ali Hərbi Baş Qərargahının xüsusi kurslarına oxumağa göndərilməsi elə onun gələcək hərbi karyerasında mühüm rol oynadı.

Prezidentin əsgəri, xalqın generalı – Zakir HəsənovAzərbaycan öz müstəqilliyini qazanan kimi, Zakir Həsənov da bir çox hərbiçilərimiz kimi Vətənə xidmətə gəldi.Vətən sevgisi torpaq həsrəti onu öz müstəqil dövlətində xidmətə çağırdı. O, Azərbaycanın Sərhəd Qoşunlarında nümunəvi hərbi xidmətə görə, ölkə rəhbərliyi onu yüksək hərbi vəzifəyə təyin etdi. Onu Sərhəd Qoşunları nəzdində olan, Beynəlxalq Əlaqələr İdarəsində görəvləndirdi. Ürəyində qəhrəman general olmaq arzusu Zakir Həsənovu hələ, daha yeni uğurlara gətirib çıxaracaqdı. Deyə bilərəm ki, 1993-2003-cü illər, Zakir Həsənovun bioqrafiyasına nümunəvi sərhədçi komandir kimi yazıldı...

Etimad:
Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
2003-cü ildən ona yüksək etimad göstərilərək, Daxili İşlər Nazirinin müavini, Daxili qoşunların Komandanı vəzifəsinə təyin edirlər. Bu ölkə rəhbərliyinin ona olan inamının, ümidinin göstəricisi idi. Vətənin, xalqın, dövlətin xidmətində sədaqətlə. Vicdanla, həvəslə, fədakarlıqla xidmət istəyi onu hələ çox-çox yüksək zirvələrə daşıyacaqdı və daşıdı da. Belə ki, bildiyiniz kimi, Preziden onu 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin etdi. Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev ona çox böyük etimad göstərdi bu təyinatda. Qarabağımızın, Vətənimizin taleyini ona həvalə etdi, ona inandı.

Prezidentin əsgəri, xalqın generalı – Zakir HəsənovVətənə olan sədaqəti, sevgisi bu vəzifənin ilk günlərində özünü göstərməyə başladı. Nazirliyin yenidən qurulması, kadr islahatı, ordakı nöqsanların qısa bir zamanda aradan qaldırılması Zakir Həsənovun kimliyini, dəyanətini, bacarığını tez bir zamanda hamıya görsəndi. Ermənilərin, adi hala çevrilmiş atəşkəsin pozulması hərəkətləri, indi, daha kəskin şəkildə öz cavabını almağa başladı! Onların nazıyla, siyasətiylə, oynamağa həvəs göstərmədi, bu qorxmaz generalımız. Açıq şəkildə dünyaya bəyan etdi ki, birə-yüz cavablanacaq Erməni xəyanətkarlığı, bir itki olmadan, yüz itki verməli olacaqlar erməni terrorçuları. Bütün bunlar, onun xalqın sevimli bir generalına çevrilməyinə səbəb oldu. Yəni, atəşkəs pozulmaları, əsl döyüşə çevrildi. Azərbaycan ordusunun, onun silah və texnikasının dalında bir general qətiyyəti də dayanmışdı. Prezidenti və xalqı naminə. Aprel təxribatlarının cavabına layiqincə çavab verildi. Düşmən biabırçı bir məğlubiyyətə uğradığını görçək, dünyaya haray salaraq, yalvarmağa, atəşkəsi bərpa etmək istədiyini bəyan etməyə başladı. Aprel döyüşləri ordumuza torpaq, inam, mənəvi üstünlük qazandırdı. Müharibə başlarsa, erməni ordusunun nə hala düşəcəyini göstərdi.

Prezidentin əsgəri, xalqın generalı – Zakir HəsənovZakir Həsənov ordumuzdakı nizam, intizamın, təchizatın, mənəvi ideoloji vəziyyətin yüksək səviyyəyə çatmasına nail oldu. Ordumuzda ara-sıra baş verən komandir, əsgər münaqişələri, rüşvətxorluq və korrupsiya halları tamamilə aradan qaldırıldı. Əsgərlərin geyim, ərzaq, məişət ehtiyacları yüksək bir səviyyədə təminatını tapdı.
Ordumuzun ən müasir hərbi texnika və sursatlarla təchizatında yeni bir mərhələ başlandı. Aparılan çox yüksək hərbi təlimlər, kadr hazırlığı, yeni texnikanın mənimsənilməsi çox yüksək bir səviyyədə həyata keçməyə başladı. Yüksək tələbkarlığı, şəxsi nümunəsi ilə o hərbiçilərin yeni bir ruh yüksəkliyi və inamı qazanmasını sağlamladı. Tez-tez özünün ön cəbhədə olması, döyüşlərdə və təlimlərdə hərbi komandir və əsgərlərlə çiyin-çiyinə durması, onun prezidentin və xalqın əsgəri olmasını sübut etdi.
Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
Prezidentin əsgəri, xalqın generalı – Zakir Həsənov
Cəbhə bölgəsində yaşanan, atəşkəsin pozulmasından zərər və əziyyət çəkən minlərlə insan Zakir Həsənovun simasında, öz qəhrəmanını tapdı. Bəli gələcəyin Milli Qəhrəmanı, Qarabağın xilaskarı obrazı, artıq insanlarımızın gözündə formalaşdı. Bu obraz, sevimli generalımız Zakir Həsənov oldu! Zakir Həsənov öz peşəsinə sevgi ilə yanaşan bir hərbiçidir. Hələ, Sərhəd Qoşunlarında xidmət göstərərkən bu özünü birüzə vermişdi. Onu, “Sərhəddə fərqlənməyə görə” medalı ilə təltif etmişdi ölkə rəhbərliyi.

Zakir Həsənov 2003-cü ildə general-mayor, 2005-ci ildə general-leytenant, 2013-cü ildə isə general-palkovnik rütbəsi verilib, əməyi sayəsində.
Ordu daxilindəki səbatsızlar, rüşvətxorlar, nizamsızlar, xəyanətkarlar onun vaxtında öz cəzasını almalı oldu. Rüşvət üstündə əsgərləri incidənlər, onlara ayrılmış təchizatı-ərzağı mənimsəyənlər, aşkarlanaraq cəzalarına çatdılar. Son zamanlarda isə, daha bir xəyanətkar hərbiçilər dəstəsi aşkar olunaraq ifşa edildi. Qarşıda bizi nizamlı, yüksək təlimli, yüksək təchizatlı, qəhrəman və rəşadətli ordu gözləyir.

Qətiyyətlə deyə bilərik ki, Zakir Həsənovun uşaqlıq xəyalı, qəhrəman bir general olmaq xəyalı gerçəkləşir! Yaxın vaxtlarda bu tarixi qələbənin Qəhrəmanlarını Ali Baş Komandan İlham Əliyevi və Qəhrəman general Zakir Həsənovu qələbə paradında alqışlayacağıq. Bu hər bir azərbaycanlının tək diləyidi. Başın uca qələbələr Sizinlə olsun GENERALIM.!!!
F. Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər