Рейтинг@Mail.ru
Tarix : 19-06-2017, 13:42 | Bölmə: Flash, redaktor

Yurdunu gənc ömrünə sığdıran işıqlı azərbaycanlı – Tale HeydərovAzərbaycana çoxlu duhalar vermiş Naxçıvan torpağında, bu gün də, vətənə, xalqa, dövlətə layiq çoxlu gənclər dünyaya gəlir. Milli və dövlətçilik hissi yüksək olan bu torpağın adamları, bu gün də dövlətçiliyimizin inkişafında öz fədakar fəaliyyəti ilə seçilir desək, heç də yanılmarıq!
Belə gəclərimizdən biri, 1985-ci ilin 9 fevralında gələcəyin işıqlı vətənpərvəri, mədəniyyətimizə böyük xidmətləri olmuş Fəttah Heydərovun nəvəsi və Kəmalləddin Heydərovun oğlu, Tale Heydərovdu. İki böyük şəxsiyyətin gözü önündə böyüyən bu azərbaycanlı, əlbəttə gələcəyin önəmli adamı olmalı idi və oldu da. Cəmi 32 illik həyatını vərəqlədikcə, adamı təəccüb hissi bürüyür, sözün yaxşı mənasında...


Bu nurlu işığın gələcəkdə böyük, dəyərli bir insan olacağını duyan valdeyinləri, onu yaxşı təhsil almaq üçün Londona göndərir. Talehi orada Kollinqam Kollecinə qəbul olur. Tale bu kolleci müvəffəqiyyətlə bitirərək, Londonda qalır. Vətəninə, xalqına, ailəsinə daha layiq bir övlad olmaqçün, daha mükəmməl bir təhsilə malik olmağını anlayan bu gənc, təhsilini elə Londonda davam etdirmək qərarına gəlir. O, London İqtisadiyyat məktəbinin tarix və beynəlxalq əlaqələr fakultəsində təhsilini davam etdirir. Gənc azərbaycanlı bu təhsil ocağını əla qiymətlərlə bitirdikdən sonra, 2006-2008-ci illərdə, London Birbek universitetinin magistr elmi dərəcəsini alır.

Yurdunu gənc ömrünə sığdıran işıqlı azərbaycanlı – Tale HeydərovBeləliklə, yüksək Avropa təhsilini mənimsəyərək, geniş və çətin bir həyat fəaliyyətinə başlayır. Tale öz biznes fəaliyyətilə bərabər, daim ictimai və mədəniyyət sahələri ilə də yaxından maraqlanır. Onun bu niyyəti, gələcəkdə onu, önəmli bir ictimai fəaliyyət adamına çevirir. Çoxsaylı ictimai təşkilatlar təsis edir. Mədəni həyata, daha fəal müdaxilə edir. Daim, mədəniyyətimizə diqqət və qayğı ilə yanaşan, keçmiş mədəniyyət naziri, Fəttah müəllimin ailəsində tərbiyə almış bu gənc, mədəniyyətimizə biganə qalmır. Yüksək dövlət postu tutmasına baxmayaraq, bədii yaradıcılıqla da, məşğul olan, mədəniyyətimizlə nəfəs alan, Kəmalləddin Heydərovun oğlunun bu mədəniyyət sevgisi, bizi təəccübləndirə bilməz, bu belə də olmalı idi. Necə deyərlər “ ot kökü üstə bitər...”

“Avropa-Azərbaycan” cəmiyyətini, 2008-ci ildə yaradaradan gənc azərbaycanlı , geniş ictimai fəaliyyətə başlayır. Bu təşkilat, 2006-cı ildə London Azərbaycan cəmiyyətinin təsisi əsasında “TEAS” cəmiyyətinin sədri olaraq Tale Heydərov daha da, geniş ictimai fəaliyyətə start verir. Bu cəmiyyətin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrin güclənməsi işinə dəstək vermək idi. Avropa-Azərbaycan cəmiyyətinin, london (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüsel (Belçika), Paris (Fransa), Berlin (Almaniya), və İstanbul (Türkiyə) nümayəndəlikləri vardır. Bu cəmiyyətin bu cür geniş fəaliyyət göstərməsi, Tale Heydərovun ağıllı və fədakar fəaliyyətinin nəticəsidi. Bu cəmiyyətin fəaliyyəti o qədər geniş idi ki, onları saymaqla qurtarmaq olmaz. Avropada təşkil olunan çoxsaylı konsertlər, sərgilər, kitab təqdimatları, idman turnirləri bu təşkilatın real fəaliyyəti, Azərbaycanı tanıtmaq və dəstək olmaq oldu.

Yurdunu gənc ömrünə sığdıran işıqlı azərbaycanlı – Tale HeydərovBu cəmiyyət, bir başqa özəlliyi də ondan ibarət idi ki, çoxsaylı xeyriyyə tədbirləri həyata keçirib, Azərbaycandakı və dünyadakı çətin vəziyyətlərə düşmüş insanlara çoxlu yardımlar edilməsidir. Beləki, 2014-cü ildə Londonda böyük boks turniri təşkil edən bu gənc, ordan gələn vəsaiti, məcburi köçkün və qaçqınlar haqda geniş məlumatlandırma və informasiya kompaniyası apararaq dünyaya, Azərbaycan həqiqətlərini çatdırdı. Tale Heydərovun təsis etdiyi, Avropa-Azərbaycan məktəbində, şagirdlərin ödənişsiz təhsil almasını dəstəkləyən Təqaüd proqramını da bu gənc təsis etdirdi. Onun rəhbərliyi altında (TEAS) 2013-cü ildə, AAS-nın Azərbaycan Araşdırmalar Mərkəzi yarandı. Məqsəd Azərbaycan irsinin, elminin, tarixinin, mədəniyyətinin bütün aspektlərdə araşdırıb, 2014-cü ildə beynəlxalq Azərbaycan müəllimlərin İnkişaf mərkəzinin əsasını qoydu. Mərkəzin məqsədi, modern yenilikçi, mütərəqqi təhsil şəraiti yaratmağa xidmət etməkdi. 2015-ci ildə Mərkəz olkəmizdə ilk dəfə olaraq , Avropa Beynəlxalq Məktəblər şurası ilə birgə Beynəlxalq Müəllim Sertifkatı kursları təşkil etdi. Tale Heydərovun geniş dünya görüşə malik olduğu, necə bir vətənpərvər olduğu, aşikardır.

Bundan başqa, Tale Heydərov, 2014-cü ildə, “TEAS-Press” nəşriyyat evini təsis edərək, Azərbaycanın ədəbi, elmi nailiyyətlərini dünyada tanıtmaqçün yerli müəlliflərin əsərlərini, ingilis dilində nəşr edirib, xarici ölkə nəşriyyatları ilə geniş yaradıcılıq və poliqrofiya əməkdaşlığı da onun əməyinin nəticəsidir. Həmin nəşriyyatın “Üç alma” bölməsi var ki, dünyada ən tanınmış uşaq nəşriyyatları ilə əməkdaşlıq edilir və onların nəşrlərini həm, öz dilimizdə həm də, bir neçə dildə körpələr üçün nəşr etdirilir.

Tale Heydərovun ictimai və mədəni fəaliyyəti təkcə bunlarla bitmir. O, 20123 –ci ildə Beynəlxalq Film şirkəti təsis edib. Şirkət yüksək ixtisaslı yaradıcı heyyətlə təmin edilib. O, “ Gənc şəxslərin qədim nəğmələri” Azərbaycan xaricilərin gözü ilə və İrəvana Botto –Şirməmmədovanın həyat hekayəsi” filmlərinin də icraçı prodüsseridir. Tale Heydərov layihə rəhbəri və redaktor fəaliyyətlə də məşğuldur. Bu layihələr yüksək Milli Əhəmiyyət kəsb etdiyi üçün, bu işlər T.Heydərovun mənəviyatının ana xəttində kök salmışdır. Onuçün də bu gənc azərbaycanlı digərlər məmur övladlarından fərqli olaraq yorulmadan ölkəsinə xitmət edir və elini çox sevir. Onuda qeyd edim ki, “Qafqazada “Erməni məsələsi”, “Şahə qalxan dalğalar”, “Azərbaycan – Ermənistan konfilikti, Qarabağ kitabı və M.S. Ordubadinin “1905-1906 Azərbaycan – Erməni münaqişəsi ”dən bəhs edən bu kitablar ingilis dilində nəşr etirilərək məhz T. Heydərov zəhməti sayəsində dünyaya çatırılıb.
Yurdunu gənc ömrünə sığdıran işıqlı azərbaycanlı – Tale Heydərov
Rusiya arxivlərində erməni münaqişəsi sənədlər toplusu - 2012 – ci il LONDON

Bildirim ki, 2014- cu il Londonda Xocalı haqqında həqiqətlər toplusu və şair kitablar çap olunub. Tale Heydərovun layihəsi əsasında, rus dilində aşağıdakı kitablar da çap olunaraq dünyaya çatdırılıb. Azəərbaycan 100 sual-cavab, “Erməni məsələsi Kavkazada”, “Ordubadinin qanlı illəri”, “Xocalı hərbi cinayətlər və Ermənistan üzərində mühakimlər” və sairə, bütün bunlar gənc vətənpərvərin dükənməyən zəhmətidir desək yerinə düşər. Bu qədər zəhmət və fədakarlığın qarşılığı gəlməli idi və gəldi də.Taleh Heydərov, sevimli Prezidentimiz İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edildi. Prezidentimizin diqqəti və qayğısı, gənc vətənpərvərin gücünə, güc qatdı, onu onu yurduna, dövlətinə, prezidentinə daha da çöx bağladı. Var olsun prezidentimiz ki, bu gün ölkəmiz üçün əmək sərf edən, kimliyindən aslı olmayaraq, hər bir azərbaycanlının yanındadı. Və onlarla qürür düyür.

Biz inanırıq ki, hələ qarşıda Tale Heydərovu böyük uğurlar gözləyir. İstər xalq tərəfindən, istər ölkə rəhbərliyi tərəfindən - Tale Heydərovun xidmətləri qiymətləndirilir və d'stək verilirr. Bu qədər böyük işləri, bu gənc ömrünə sığdıra bilən bu işıqlı azərbaycanlı gəncə “Allahdan uzun ömür can sağlığı diləyirik...!!!
F. Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər