Рейтинг@Mail.ru

Oxunub : 1548 | Tarix : 17-05-2016, 03:00 | Bölmə: Flash, bolge, secilmis

Sabirabad Icra Hakimiyyətində Prezidentə hörmətsizlik - Nazim Ismayılov oğluna sahib çıxa bilmirSabirabad RİH-nin başçısı Nazim İsmayılov ərtafında baş verən qalmaqallar və övladı Anar İsmayılov olayı ölkə mətbuatında səs-kuy yaratdı.

Hətda Anar İsmayılovla bağlı icra başçısına dəfələrlə xəbərdarlığ edilməsinə baxmayaraq, oğul Anar öz yolundan belə dönmək fikrində deyil. Əslində Nazim İsmayılov rayona ayrılan milyonları və digər maxinasiyaları ört-basdır etmək üçün yollar arayır. İcra başçısını Anar İsmayılov problemi bir o qədər də maraqlandırmır. Baxmayaraq ki, ölkə başçısı İlham Əliyevin məmur balalarına xəbərdarlıq etdi.

İcra hakimiyyətindən sızan məlumatlara görə, başçısı Nazim İsmayılov rayona ayrılan dövlət vəsaitini Göyçayda Anar İsmayılova villa tikdirir. Mənbənin iddialarına inansaq, icra başçısı oğlunu bu yolla susdurmaq fikrindədir. Beləliklə N. İsmayılov arzusuna qisməndə olsa çatıb. Belə ki, Göyçay RİH-nin başçısı Mübariz Ağayev ondan edilən xahişi səmimi qəbul edib. Oliqarx AST Telmanın torpağını Nazim İsmayılova satıldığı bildirilir. Amma villanin tikintisi yuxarıları hərəkətə gətirib. Elə bu səbəbdən Sabirabad RİH-nin başçısı Nazim İsmayılov Admistrasiyaya çağrılaraq ona prezidentin məmur balaları haqda dedikləri xatırlanıb.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, icra başçısının hansı pulla oğluna villa tikdirməsi barədə sorğu-sualdan əlavə, yuxarıdan ona bu məsələlərdə yanlışlığı yol verdiyi diqqətinə çatdırılıb.

Bildirilib ki, belə həssas dövrdə, cəbhə xəttində baş verənlərin gündəmdə olduğu zamanda, prezidentin hərbçi ailələrinə xüsusi dəstək verdiyi vaxtda başçı oğlu saray tikdirir.

Belə ki, vətənin azadlığı uğrunda döyüşlər getdiyi, şəhidlər verildiyi vaxtda başçı oğlunun başı imarətini tikməyə qarışıb. Fakt faktlığında qalır ki, məmur oğlu Göyçayda, özü də AST Telmanın torpağında dəbdəbəli ev inşa etdirir.

Göyçayda ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Bildirək ki, Sabirabad icra başçısının Göyçayda mal-mülkləri, obyekləri var. Bu barədə dosye.org-a kifayət qədər məlumatlar daxil olub.

Bu obyektlərdən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar” mehmanxanası, “Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir. “Çinar” oteli müasir standartlara cavab verən lüks obyektdir.

Yada salaq ki, bir müddət əvvəl də başçı oğlu gündəmə gəlmişdi. Nazim İsmayılov oğlunun qəza törətməsi barədə yayılan xəbərlərə reaksiya vermişdi.

Maşını kimə satıldı?

Nazim İsmayılovun kiçik oğlu atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobili ilə qəza törədərək iki “VAZ 06” markalı avtomobili əzərək yararsız hala salıb. Həmçinin iddia olunurdu ki, icra başçısı hazırda ölkə xaricində məzunuyyətdədir. Sonra bu xəbərlər təkzib olundu.

Sonra xəbərlər yayıldı ki, Sabirabad RİH başçısı Nazim İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat əldə edib. “Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib.

2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib. Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Belə ki, A.İsmayılovun Göyçayda otel işlətməsi barədə şayiələr də yetərincə yayılıb.

Bundan əlavə, əksər rayonlarımız kimi Sabirabadın da kifayət qədər sosial-iqtisadi problemləri var. İşsizlərin sayı günü-gündən artır, gəlirli sahələrin monopoliyaya alınması nəticəsində sadə vətəndaşların biznes qurmaq şansları əlindən alınır, elektrik enerjisinin və qazın verilişində ciddi problemlər var, məmur özbaşınalığı pik həddə çatıb, korrupsiya günü-gündən "çiçəklənir" və s.

Rayonun icra başçısı Nazim İsmayılov isə bütün bu problemlərin həlli yolunda heç bir addım atmır. Sabirabad sakinləri bildirir ki, icra başçısı rayona rəhbərlik etdiyi 5 ildə heç bir sakinin problemi ilə maraqlanmayıb, məmur özbaşınalıqlarından edilən şikyətlərə baхılmayıb.

Bütün bunlar bir yana, dövlət büdcəsindən rayonun infrastrukturunun yenidən qurulması üçün ayrılan pullar da mənimsənilir. Sabirabaddakı mənbənin verdiyi məlumata görə, Nazim İsmayılovun gəlişindən sonra prezidentin sərəncamı ilə rayon yollarının təmiri üçün 3 dəfə pul ayrılır.

Həmin vəsaitlə Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsi, uzunluğu 68 km olan Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı və uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolları yenidən qurulmalı idi.

Mənbə bildirir ki, bu yollar təmir olunsa da, ayrılan vəsait tam olaraq təyinatı üzrə sərf olunmayıb. Belə ki, sərəncamla ayrılımış pulun böyük hissəsi icra başçısı və adamları tərəfindən mənimsənilib.

Qalan kiçik məbləğlə isə yuхarıda qeyd olunan yollara keyfiyyətsiz asfalt döşənib. Asfaltın qalınlığı o qədər nazik olub ki, üstündən bir neçə ay sonra dağılmağa başlayıb. İndi həmin yollarda böyük çalalar əmələ gəlib. Yağış yağanda isə bu çalalar gölməçələrə çevirilir.

Mənbə bildirir ki, 2011-ci ildə prezident Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin bu körpünün tikintisi üçün ayrılan pulun da böyük hissəsi mənimsənilib. Qalan vəsaitlə isə standartlara cavab verməyən, təhlükəsizliyi tam təmin olunmamış körpü inşa olunub.

Prezidentin ayırdığı milyonlar...

Onu da deyək ki, son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə "Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir.

Amma bu qədər vəsaitin nə qədər şəffaf və təyinatı üzrə xərcləndiyi şübhə altındadır. Təkcə 2013-cü ildə sözügedən məqsədlə Sabirabad Rayon İcra Hakimiyyətinə əvvəlcə 1 milyon manat (aprel), daha sonra isə 2 milyon manat ayrılıb.

Elə həmin il iyulun 12-də iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maraqlıdır ki, həmin vəsait yolun çəkilişi üçün kifayət etməyib və iki il sonra - 2015-ci ilin avqustunda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, bu məqsədlə manatı Sabirabad Rayon İcra Hakimiyyətinə daha 1,5 milyon manat ayrılıb.

Hesablama Palatasının təxminən iki həftə öncəki açıqlaması bu şübhələri daha da qüvvətləndirir. Həmin məlumatda qurumun bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirdiyi bildirilirdi.

Həmin rayonlar arasında Sabirabadın da adı vardı. Sabirabadda aparılan yoxlamada ciddi nöqsanlar aşkar edilmiş olmalıdır ki, nəticədə adıçəkilən rayonun İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

“VVS Tikinti Təhcizat” MMC oyunları

Dosye.org-a daxil olan məlumata əsasən rayonun icra başçısı Nazim İsmayılov dövlət büdcəsindən rayon üçün ayrılan vəsaitlərlə bağlı olaraq ilginc bir metod tapıb. Belə ki, rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirir.

Lakin adıçəkilən şirkət məhz tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmır. “VVS Tikinti Təhcizat” MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olur.

Sabirabaddan bilgi verən mənbə iddia edir ki, bu “VVS Tikinti Təhcizat” MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Və profilində göstərildiyi kimi deyil, rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edir.

Məlumata əsasən təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb.

Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır.

İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa düşülür ki, bu icra nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul olur.dosye.orq
Qarşı tərəfi dinləməyə hazırıq.
Oxşar xəbərlər