Рейтинг@Mail.ru

Oxunub : 577 | Tarix : 1-06-2016, 04:32 | Bölmə: Flash, eyalet, secilmis

Abşeron icra başçısının DƏLƏDUZ qardaşı qanunları saymır - «Titanik» in ŞOK GİZLİNLƏRİİlham adlı həmin şəxsin «Titanik» restoranında bacısının adından işə götürəcəyi bəhanəsi ilə ayrı-ayrı adamlardan külli miqdarda pul alaraq, aldatdığı iddia olunur.

Abşeronun icra başçısı İradə Gülməmmədovanın rayonda bir sıra qanunsuzluqlara yol verdiyinə dair məlumat vermişdik. Bununla bağlı jam.az-ın apardığı araşdırmalarda bir sıra maraqlı məqamlar ortaya çıxmışdı. Məlum olmuşdu ki, Abşeron rayonu ərazisində tikinti işlərini həyata keçirmək istəyən vətəndaşdan bir mərtəbəli bina üçün 2500 manat, ikimərtəbəli ev üçün isə 6000 manat tələb olunur. Mərtəbələrin sayı artdıqda qiymətlər də dəyişir.
«Akif Əliyev mənə deyir ki, pul verməsən evini tikməyə imkan verməyəcəm»

Verilən məlumatlarda vurğulanır ki, İradə Gülməmmədovun tikinti işlərinə nəzarət edən əsas adamlar Elmir və Babək adlı şəxslərdir. Babəkin icra başçısının bacısı oğlu olduğu deyilir. Vurğulanır ki, tikinti işlərinə görə yığılan pullara bu iki şəxs məsuldur. Rayon ərazisində də həmin şəxsləri tanımayan yoxdur.
Bu əsnada Güzdək qəsəbə sakin İbrahim adlı şəxs yazaraq, başına gələnləri nəql edib. O bildirib ki, qəsəbədə banklardan götürdüyü kreditlər hesabına 8 il sonra özünə ev tikmək istəyib. Lakin bir ildir ona evinin dam örtüyünü vurmağa imkan vermirlər. Daha doğrusu, imkan verməyən şəxs Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevdir.
İbrahim bildirir ki, Akif Əliyev ona xəbərdarlıq edib ki, kasıb olmasına rəğmən, böyük ev tikməsini qəbullana bilmir. «Mənə deyir ki, kasıbsan, niyə belə böyük ev tikmisən? İki oğlum var. Onlardan birinin 30, dijərinin 27 yaşı var. 1 otaqlı evdə 5 nəfər yaşayırıq. Evi ona görə böyük tikmişəm ki, uşaqlarım da, mən də rahat olum».

Güzdək sakini deyir ki, evinə aid olan sənədləri düz olsa da, tikintisinə icazə verilmir. «Akif Əliyev mənə deyir ki, sənədlər mühüm deyil. Pul verməsən, orada yaşamağına imkan verməyəcəm. Elmir də Akif Əliyevin əlaltılarından biridir».

İcra başçısının qardaşının adı qalmaqalda

İradə Gülməmmədovanın qardaşları uzun illərdir dərman biznesindədirlər və onların heç də az dövriyyəsi olmayan ticarətləri var. Qardaşlar bacılarının karyerasında da mühüm rol oynayıblar. Belə ki, onlar rayonda keçirilən tenderlərin əksəriyyətində iştirak ediblər. Düzdür, öz şirkətləriylə deyil, yaratdıqları törəmə şirkətlər vasitəsiylə.

Bu əsnada onu da dəqiqləşdirməyə nail olmuşuq ki, Gülməmmədova hələ Abşeronda pediatr işlədiyi dönəmlərdə də qardaşlarının maliyyə yardımları sayəsində poliklinika və xəstəxanaların təmirini, dərman təhcizatını həyata keçirib. Amma…
Məsələnin əmmadlı tərəfi odur ki, İradə Gülməmmədova icra başçısı olduqdan sonra qardaşlar da iri tender oyunlarına qatılmağa başlayıblar. Onlar Abşeron rayonunun bütün xəstəxanalarının dərman təhcizatını həyata keçirirlər və bu da hər il milyonlarla manat vəsait deməkdir.

İkinci əmmanı yaradan isə icra başçısının qardaşı İlhamdır. Daha doğrusu, bu qardaş bir xeyli irəli gedib və nəticədə, qalmaqallı vəziyyət yaranıb. Verilən məlumatlarda iddia edilir ki, İradə Gülməmmədovanın sözügedən qardaşı «Titanik» adlı böyük bir restoranda əyləşərək, işbazlıqla məşğul olur. Həmin iddialara görə, xanım başçının qardaşı bacısının əliylə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı altında pul alıb. Və alınan pulun miqdarının böyük rəqəmlərlə ifadə edildiyi deyilir. Bildirilir ki, nəticədə, pul alınan şəxslərə verilən vədlər yerinə yetirilməyib. Onlar da pullarını tələb etməyə başlayıblar.

Məlumatlara görə, pulları alınan şəxslər vəziyyətin gərgin olduğunu görüb, Abşeron İcra Hakimiyyətinə gedərək, İradə Gülməmmədova ilə görüşmək fikrindədirlər. JAM.AZ-a verilən xəbərdə deyilir ki, borcluların icra başçısından tələbləri qardaşının onlardan aldığı pulları geri ödəməsidir. Bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə isə Prezident Admnistrasiyasına gedərək, oraya şikayət edəcəklərini vurğulayırlar. Bu isə İradə xanımın özü üçün ayrıca bir problem deməkdir.
Oxşar xəbərlər