Рейтинг@Mail.ru

Oxunub : 890 | Tarix : 18-03-2016, 16:22 | Bölmə: Flash

Fazil Məmmədovun “pulyığanı” Habil Məmmədov sahibkarların anasını ağlar qoyub - ŞİKAYƏTHabil Məmmədov Eldar Mahmudovun yolu ilə gedir – sahibkarlar prezidentən kömək istəyilər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Verilən tapşırıqlara uyğun olaraq 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsi təsdiq edilib və 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.
Eyni zamanda, prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Ölkə rəhbərliyinin bu addımı sahibkarlığın inkişafına böyük təkan verəcək. Əlbəttə ki, bəzi dövlət qurumları sahibkarların fəaliyyətinə yersiz müdaxilə etməsələr...

Prezidentin çıxışından sonra dövlət qurumlarında qanunsuz yoxlamalar, süni əngəllər dayandırılsa da, cari ilin əvvəllərindən etibarən bəzi işbazlar yenidən köhnə adətlərinə qayıdıblar. Ölkədə sahibkarların fəaliyyətinə ən çox əngəl yaradan nazilik isə heç şübhəsiz ki, Vergilər Nazirliyidir. Prezident İlham Əliyev dəfələrlə əvvəl qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma görünür prezidentin tapşırığı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, nazirliyin audit departamentinin müdiri Habil Məmmədovun qulağına gedib çatmayıb. Vergilər nazirliyində baş verənlərlə bağlı azerinews.tv çox ciddi məlumatlar əldə edib. Beləki, daxil olan məlumatlarda bildirilir ki, Vergilər Nazirliyinin bütün işlərini idarə edən və nazir Fazil Məmmədovun “pulyığanı” hesab edilən Habil Məmmədovdan narazılıq pik həddə çatıb. Sahibkarlar şikayət məktubunda bildirirlər ki, Habil Məmmədov ötən həftənin sonlarında market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Maraqlısı isə odur ki, Məmmədov sahibkarların problemlərini dinləmək əvəzinə, sahibkarlara əlavə "tas" qoyub. Həmçinin market sahibləridə bundan sona ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də "haqq" ödəyəcəklər. Belə haqsızlıqlarla üzləşən sahibkarları ölkədən küsdürmək məqsədi isə qaranlıq məqamlardandır. Bundan başqa Habil Məmmədovun əmri ilə sahibkarların şəxsi vərəqlərindən külli miqdarda pul silinib. Eyni zamanda bu yaxınlarda “kamerallar”ın tətbiqi gözlənilir. Bu qanunsuz işdə Habil Məmmədova Rəis müavini Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, Digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edib. Onlar market sahiblərinə qoyulan “tas”ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda isə sahibkarların şəxsi vərəqlərindən pulları silib, gəlirlərini təmin edirlər. Görünən odur ki, dövlət başçısı sahibkarlar qarşısında «əsassız tələblər qoyulmamalıdır. Yəni onlardan rüşvət və heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır», - sözlərinin Vergilər Nazirliyinə heç bir dəxli yoxdur.

Xatırladaq ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı. İndi isə Habil Məmmədov keçmiş MTN sədri Eldar Mahmudovun yolu ilə gedərək sahibkarları “tas”a otuzdurmaq qərarına gəlib, ona tabe olmayanları isə müxtəlif yollarla hədələyib, qorxutmaq istəyir. Bu ssenari Azərbaycan cəmiyyətinə heç də yad deyil. Ancaq Habil Məmmədov və kadrları anlamalıdır ki, Prezident İlham Əliyev bu kimi neqativ halların qarşısının alınmasında və həmin reketlərin cəzalandırılmasında çox böyük təcrübəsi var və xəyanətkarları dövlətimiz bağışlamır.

azerinews.tv olaraq onuda qeyd edək ki, devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət "ölü nöqtə"yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə "tas" qoymaq durumu daha da pisləşdirir. Bu tələb market sahiblərinin narazılıgına səbəb olması ilə yanaşı, həm də qiymətlərin süni şəkildə artmasına gətirib çıxaracaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər. Eyni zamanda yüzlərlə işçi işsiz qalacaq və ölkədə sosial narazılığa gətirib çıxaracaq. Onu da qeyd edək ki, sahibkarlar bununla bağlı yaxın zamanlarda Prezident İlham Əliyevə müraciət edəcəklər.
azerinews.tv
Oxşar xəbərlər