Рейтинг@Mail.ru

Oxunub : 1184 | Tarix : 19-03-2016, 14:31 | Bölmə: Flash

Yardımlı rayon icra başçısı bəlli oldu - İDDİASaatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. azerinews.tv sosial şəbəkələrdə yayılan xəbərlərə istinadən bildirir ki, Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov vəzifədən alınaraq, Yardımlı Rayon İcra Hakimiyyıtin başçısı göndərilir. Yayılan məlumatlarda oda bildirilir ki, yeni təyinatlar bayramdan dərhal sonra kerçəkləşəcək. Qeyd edək ki, prezidentin məlum sərəncamı ilə Yardımlı RİHB Sevidik Hətəmov Salyan şəhər icra başçısı təyin edilib.

Siraqəddin Cabbarov haqqında qısa arayış:

Cabbarov Siraqəddin Nəcəf oğlu 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir.

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.Beş övladı var.
loading...
Oxşar xəbərlər