Рейтинг@Mail.ru
Tarix : 29-03-2016, 02:13 | Bölmə: Flash, secilmis

Taleh Qaraşov Leyla Əliyevaya qarşı çıxdı - icra başçısının ağac QLMAQALIİcra başçısının adamları rayon mərkəzində nadir ağacları qırmaqda davam edir

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional İdarəsi rayon mərkəzindəki xiyabanda unikal ağacların kəsilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib. Həmin müraciətdə bu vəziyyətdən narahatlıq ifadə olunub, nadir ağacların qırılmasına dərhal son qoyulması və müvafiq araşdırma aparılaraq günahkarların cəzalandırılması tələb edilib”. Bunu virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbə söyləyib.

Bundan başqa, məlumatlı mənbələrdən sayta verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ictimai təşkilatı da bundan bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət edərək rayondakı parkda ağacların kəsilməsindən narahatlığını bildirib və bunun dərhal dayandırılmasını tələb edib.Lakin İDEA təşkilatının da bu məsələyə müdaxiləsinə baxmayaraq Lənkəran Rayon İcra Hakimiyyəti nadir ağac növlərinin qırılmasına göz yummaqda davam edir.

Bir qrup Lənkəran şəhər sakinlərinin iddiasına görə həftədə bir neçə dəfə gecə səhərə yaxın fxiyabandakı nadir ağacların kəsilməsi işi davam etdirilir. Ağacların kəsilməsi işi çox gizli və səssiz həyata keçirilir. Şəhər sakinləri bildirirlər ki, nadir ağacları rayon icra hakimiyyətinin məsul şəxsləri qırdırırlar. Çünki ərazidə xeyli sayda nadir ağac var. Və demək olar ki, iki gündən bir xiyabanda bir-iki ağac yoxa çıxır. Yəni bir müddətdən sonra xiyaban tamamilə boş qalacaq bu isə rayon icra başçısı Taleh Qaraşov və birinci müavini İlqar Dadaşovun maraqları çərçivəsindədir.Çünki ərazini icra başçısı ilə müavini baha qiymətə sahibkarlara satmaqda davam edirlər. Qırılmış ağacların yerində yaranan ərazilər isə TalehQ araşovla İlqar Dadaşovun gəlirini xeyli artıracaq. Məsələ ilə bağlı araşdırmamız davam edir
Oxşar xəbərlər