Рейтинг@Mail.ru

Oxunub : 2103 | Tarix : 2-08-2016, 23:57 | Bölmə: Flash, eyalet, secilmis

Beyləqan sakini rüşvətxor hakimlə bağlı prezidentdən kömək istəyir - MÜRACİƏT

MÜRACİƏT

(Prezidentə açıq müraciətin şəxsən qəbul edərək azerinews.tv saytında dərc edilməsinə dair)
Hörmətli Fikrət müəllim!

Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev 2016-cı ilin iyul ayında ona verilmiş intizam cəzası sayılan töhmətdən nəticə çıxarmadı. Qanunsuz yolla dövlət büdcəsinə külli miqdarda ziyan vuran şəxsi məsuliyyətdən qaçmasına yardım edən Beyləqan Rayon Məhkəməsinin hakim Nəsrullah Əliyevin özbaşınalığı və vəzifəsinin icrası zamanı yol verdiyi təkrar qanun pozuntuları barədə vətəndaş Vüqar Qasımovun dövlət maraqlarının müdafıəsi məqsədi ilə cənab Prezidentə açıq müraciət etdi.
Vətəndaş Qasımov Vüqar Vaqif oğlu Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinin "Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ" adı altında olan "I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur" tələblərini rəhbər tutaraq dövlətin maraqlarını müdafiə edilməsi məqsədi ilə ictimayi nəzarətini həyata keçirərək cənab Prezident İlham Əliyevə mətbu orqan vasitəsi ilə açıq müraciət edərək Beyləqan Rayon Məhkəməsinin icraatında olan 2(020)-2152/16 saylı işlə bağlı (baxılması və araşdırılması) icrası həvalə edilmiş hakim Nəsrullah Əliyevin özbaşınalığı, vəzifəsinin icrası ilə bağlı ciddi qanun pozuntularına təkrar yol verilməsi eyni zamanda AR MPM-nin tələbləri ilə yanaşı bir çox digər prosessual tələblərin pozulması nəticəsində, qanunsuz yolla, yani əmlakı barədə düzgün məlumat verməməsi nəticəsində dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurmuş şəxsi sanki məsuliyyətdən azad edilməsinə çalışdığını bildirir.
2(020)-2152/2016 saylı iş üzrə Beyləqan rayon məhkəməsində keçirilmiş açıq məhkəmə iclasında təsadüfən bir neçə dəqiqəlik iştirak edərək gördüyüm və eşitdiklərim bu cür düşünməyə məni məcbur etmişdir.
Belə ki, rayonda özünü sahibkar kimi təqdim edən cavabdeh A.Zeynalov məhkəmə iclasında ifadəsində bir daha bunu bəyan etməsi, avtomobil idarə etməsi, ticarət obyekti və belə bir ticarət obyektlərin tikintisi məqsədi ilə torpaq sahəsinə alqı-satqı yolu ilə əldə etməsi, eyni zamanda aztəminatlı ailə kimi özünü təqdim edərək adına olan torpaq sahəsi barədə məlumatı gizlətməsi məndə belə bir sual yaradır.
Əgər bu vətəndaş sahibkardırsa və bir neçə torpaq və gəlir məqsədi ilə obyektləri vardırsa eyni zamanda avtomobil idarə edirsə, neçə aztəminatlı ailə kimi özünü dövlətə təqdim edib?
- Belə çıxırki məhkəmədə cavabdeh qismində dövlət tərəfındən cəlb olunan bu vətəndaş əmlakı barədə düzgün məlumat verməyərək dövləti aldadıb?
Bildiyimə görə cavabdeh A.Zeynalovun qanunsuz əməli aşkar olunduğundan, qanunsuz əldə etdiyi ünvanlı sosial yardım şəklində vəsaiti könüllü dövlət büdcəsinə qaytarmadığından, dövlət məhkəmə yolu ilə ondan almağa qərar verib. Məhz bu səbəbdən qanunsuz əldə edilmiş dövlətin pullarını geri, yəni dövlət büdcəsinə qaytarmaq məqsədi ilə Beyləqan Rayon məhkəməsində iddia qaldırılmışdır. Beyləqan rayon məhkəməsində icraatında olan 2(020)-2152/2016 saylı işlə bu fakt təsdiq olunur.
Dövlətimizin qanunlarına əsas olaraq, aldatma yolu ilə dövlətin əmlakını əldə etmək məsuliyyətə səbəb olur.
Cavabdeh qismində məhkəməyə cəlb olunmuş vətəndaş A.Zeynalovun əgər aldatma yolu ilə dövlət əmlakını mənimsəməsi aşkara çıxararsa işi aparan hakim N.Əliyev AR MPM-nin 265.4-cü maddəsinin tələblərinə uyğun xüsusi qərardad çıxararaq prokurorluğa xəbər verməlidir.
Beyləqan rayon məhkəməsində icraatında olan 2(020)-2152/2016 saylı iş üzrə dövlət tərəfındən yəni Beyləqan Rayon əhalinin sosial müdafıəsi mərkəzi tərəfındən vətəndaş A.Zeynalova qarşı iddia qaldınlaraq, iddia ərizəsində bildiyimə görə qeyd olunur ki vətəndaş A.Zeynalov özünü aztəminatlı ailə kimi təqdim edərək əmlakı barədə düzgün məlumat verməmiş və beləliklə adına olan təxminən 60 ha torpaq sahəsi barədə məlumatı gizlətmişdir. Belə ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların hamısı mərkəz tərəfındən qanunvericiliyin tələbləri izah olunduğu bir halda və əmlakı barədə düzgün məlumat verilməsi tələb olunduğu bir halda belə çıxır ki vətəndaş A.Zeynalov dövlətə yalan məlumat vermişdir. İşin əsassız uzadılması və şahidi olduğum prosessual qanun pozuntuları mənə əsas verir ki, san ki işi aparan hakimin həmin şəxsin məsuliyyətdən yayınmasına çalışır. Söhbət dövlətə qanunsuz yolla dəymiş pullardan gedirsə, mən bir vətəndaş kimi bir sual narahat edir.
-əgər cavabdeh A.Zeynalov dövlətdən qanunsuz olaraq pul alıbsa, nəyə görə bu günki günə qədər həmi pullar həmin vətəndaşdan tutularaq dövlət büdcəsinə qaytarılmır?
Ümumiyyətlə əgər hər hansı bir şəxs aldatmaqla yolu ilə dövlətin əmlakmı mənimsəyirsə bu dələd uzluq əlamətinin olmasına istinad edir və AR CM-nin 178-ci madəsinin tələblərinə əsas olaraq cinayət məsuliyyətini yaradır.
"Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci 1 №-li Qərarın 3-cü bəndin tələblərinə əsasən, "şəxsin aldatma və ya etibardan sui-istifadə etməklə pensiya, müavinət və başqa ödənişlər şəklində dövlət vəsaitlərini alması dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi kimi qiymətləndirilməlidir".
Təbii ki bütün bunlara yekunda məhkəmə hüquqi qiymət verəcəkdir. Biz yalnız gördüyümüzü və eşitdiyimiz qanun pozuntuları barədə tənqid edib və biz vətəndaşlara aydın olmayan məqamlara izah istəyə bilərik. Vətəndaş A.Zeynalovun əməlində bu məsələdə cinayət əməli olub-olmamasına məhkəmə hüquqi qiymət verərək müəyyən edəcəkdir. Lakin, işin uzanması və digər qanun pozuntuları faktları, hakimin həmin vətəndaşa "vəkillik" etməsi barədə mən vətəndaşa düşünməyə əsas verir.
Eyni zamanda hazır ki iş üzrə iddiaçı(AR Beyləqan Rayon Əhalinin Sosial Müdafıəsi Mərkəzi) tərəfində həmin cavabdehə qanunsuz olaraq dövlət büdcəsindən ayrılmış külli miqdarda pulun süni şəkildə azaldılmasıda şəxsi maraqların və digər korrupsiya hallarına yol açmasına şərait yaradılır.
Beləki, bildiyimə görə bu məsələ ilə bağlı Beyləqan rayon məhkəməsində icraatında olan 2(020)- 2152/2016 saylı iş materiallarına əsas olaraq, Beyləqan şəhər sakini 1979-cu il təvəllüdlü vətəndaş Zeynalov Anar Ədalət oğlu dövlətə öz gəliri və əmlakı barədə doğru məlumatları qəsdən gizlədilməsi nəticəsində təxminən 2009-cu il tarixdən yəni təxminən 6-7 ildir ki qanunsuz ünvanlı sosial yardım almış və 2015-ci ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin daxili nəzarət xidmətin apardığı müsbət nəticəli araşdırma da həmin şəxsin qanunsuz yolla ünvanlı sosial yardım alması aşkarlanmış, bildiyimizə görə 8000(səkkiz min)manatdan yuxarı dövlət büdcəsinə maddi ziyan vurulubdur.
Təəsüflər olsun ki, bu rəqəmlər süni şəkildə qurumun rəhbəri olmuş Anar Vəliyev tərəfindən azaldılmışdır və (həmin vətəndaşın özünün dediyinə görə) hansısa "MMC"-si, eyni zamanda sahibkar olan şəxsə dövlət büdcəsindən qanunsuz ayrılmış cəmi son iki illik sosial müavinatı hesablanmış və iddia şəklində tələb edilmişdir.
Məlumat üçün bildirirəm ki, bildiyimə görə Beyləqan Rayonunda aidiyyati qurumun rəhbəri olmuş Anar Vəliyev tərəfindən ilk iddia ərizəsi ilə dövlətə dəymiş maddi ziyanı nədənsə 1000 namanatdan yuxarı , sonra ikinci iddia qaldırmaqla 4000 manatdan yuxarı göstərmişdir. Hər iki hallar reallıqda dövlətə dəymiş külli miqdarda pulu tam əks etdirmir. Riyazi hesablamalara görə son 5 ili, yəni 60 ayı 140 manatla hesablasaq sonda 8.400 manat məbləğ alınır. Göründüyü kimi belə çıxır ki, Beyləqan Rayonunda aidiyyati qurumun rəhbəri olmuş Anar Vəliyev qanunsuz yolla dövlətin əmlakını əldə etmiş, dövlətə külli miqdarda maddi ziyan vurmuş şəxsə açıq-aşkar naməlum maraqlardan köməklik edərək qanun qarşısında məsuliyyətin süni şəkildə qəsdən azaltmağa çalışır. Sual yaranır:
-Bəlkə bu qanunsuz olaraq əldə edilmiş dövlət pullarından Anar Vəliyevində payı vardır?
-Bəlkə Anar Vəliyev qanunsuzluq edən şəxslə əlbirdir?
Müəmalı şəkildə digər 2009-cu ildən etibarən 4-5 illər hesablanmamışdır və qanunsuz yolla dövlətə dəymiş külli miqdarda maliyyə vəsaiti bu günki günə qədər dəqiq və tam hesablanaraq dövlətə qaytarılmamışdır.
Burada həmin qurumun Beyləqan rayonunda ki nümayəndəliyi Anar Vəliyevin və işi aparan hakimin əlbir olmaqla şəxsi maraqlarının olması nümayiş olunur.
Müşahidə etdiyim prosessual qanun pozuntuları və digər faktlar işi aparan hakim N.Əliyev tərəfindən iş üzrə cavabdeh Anar Zeynalovun sanki məsuliyyətindən qanunsuz azad etməyə çalışdığına istinad edir. Fakt odur ki, işin baxılmasını süni şəkildə uzadır və bununlada dövlətin maraqlarına zidd olaraq işi aparan hakim tərəfındən hərəkətsizlik edilir və nəticədə dövlət büdcəsinə qaytarılmalı pulların qarşısı
alınır.
İş üzrə cavabdeh Anar Zeynalov məhkəmədə verdiyi ifadəyə əsas olaraq o, sahibkardır və bu məqsədlə onun adına hansısa MMC vardır bunu bilən və eşidən hakim N.ƏIiyev isə göz yumur, hər cür vasitələrlə həmin şəxsə bir başa açıq-aşkar demək olar, san ki "vəkillik" edir. Bunu təsdiq edən faktlar və kifayyət qədər şahidlər vardır.
İddia ərizəsinə əsasən, dövlətin əmlakını qanunsuz ələ keçirmiş iş üzrə cavabdeh Anar Zeynalova vəkillik edən, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan Beyləqan rayon məhkəməsinin hakimi N.Əliyev vəzifəsinin icrasına laqeyd yanaşmaqla və öz qeyri peşəkarlığı ilə cənab Prezident İlham Əliyevə və xalqına, dövlətinə müstəsna xidmətləri ilə seçilən millət vəkili xanım Mehriban Əliyevanın apardığı Ulu Öndər mərhum Heydər Əliyevin min bir əziyyətlə qurduğu uğurlu siyasətə qarşı çıxmışdır.
Hakimin süni şəkildə bu məsələni uzatmasını aşağdakılarla izah etmək olar:
- Ya hakim tərəflərdən biri ilə qohumluq əlaqəsi vardır, yada hakim bu işdə maddi maraq güdür.
Nəticədə qanunsuz yolla əldə edilmiş maliyyə vəsaiti bü günə kimi dəqiq hesablanıb dövlət büdcəsinə hələdə qaytarılmayıb və iddiaya əsas olaraq qanunsuz yolla dövlət əmlakını ələ keçirmiş şəxs barəsində qətnamə çıxarıtmamışdır.
Unutmaq lazım deyil ki, qanunsuz olaraq dövlət büdcəsinə dəymiş bu pullarla təhsil, səhiyyə xüsüsəndə ordumuzda cəbhə bölgəsində xidmət edən hərbiçilərimizə maaş verilir. 8.000(səkkiz min) manat pul ən azından 10-15 nəfər hərbi qulluqçumuzun maaşı deməkdir.

Cənab Prezident!

Qeyd olunanlar, mən vətəndaşı sonsuz dərəcədə narahat edir və bu işin hakim tərəfındən AR MPM-nin tələblərinə zidd olaraq açıq-aşkar süni şəkildə uzadılması səbəbindən bu informasiya agentliyi vasitəsi ilə Sizə müraciət etməyə məni vadar etmişdir.
Bununla bağlı aidiyyatı AR Ədliyyə Nazirliyinə, həmin nazirliyin aidiyyati struktur idarəsi olan Təşkilat-Nəzarət Baş İdarəsindən, AR Məhkəmə-Hüquq Şurasından AR Baş Prokurorluğuna rəsmi müraciət olunmuşdur. Yəqin ki, dövlət maraqlarının müdafiəsi üçün tərəfindən yazılan müraciətlərə aidiyyati naziriiklər və orqanları tərəfindən laqeyd münasibət göstərilməyəcək.
Lakin, iddia ərizəsinə əsas olaraq, dövlət büdcəsinə qanunsuz yolla vurulmuş maddi ziyan azaldılmış, işin baxılması suni şəkildə əsassız uzadılmış və təqsirkar şəxs barəsində hakim N.ƏIiyev tərəfındən hələdə qanunla tədbir görülməmişdir.
Nəzərinizə çatdırıram ki, hakimlər barəsində intizam icraatlarına baxılaraq işi aparan hakim N.Əliyevin vəzifəsinin icrasında yol verdiyi ciddi qanun pozuntularına görə barəsində AR Məhkəmə-Hüquq Şurası tərəfındən 2016-cı ilin iyul tarixdə töhmət verildiyinə baxmayaraq bundan bir nəticə çıxarmamışdır.
Hakim Nəsrullah Əliyev cavabdehin məhkəmə iclasına dəfələrlə qaydaları pozmasına, hətta katib və digər işçiləri barəsində əsassız böhtan xarakterli şikayətlərlə qanunsuz təsir etməsinə göz yumur. Vəziyyət o yerə çatıb ki, iş üzrə cavabdeh hakim N.ƏIiyevə suallar yağdırır və təəccüblüsü də odur ki, hakim N.Əliyev sakit formada suallara cavab verir. Hakim fəaliyyətindən kənar qeyri normal hərəkətlərə yol verdiyinə görə hesab edirəm hakim N.Əliyev psixoloji vəziyyəti və peşə hazırlığı tez bir zamanda yoxlanılmalıdır.
Artıq hakim N.Əliyev bu məsələni qapalı məhkəmə iclas formasında biz vətəndaşlardan gizli keçirir. Buda ki, orada aparılan məhkəmənin ədalətli araşdırmasına böyük şübhələrin olmasına bir daha istinad edir. Həmin qanunsuz yolla dövlət əmlakını əldə etməklə, dövlətə külli miqdarda maddi ziyan vurmuş şəxs təxminən 2009-cu ildən qanunsuz ünvanı sosial yardım aldığı bir halda qurumun (Beyləqan rayon əhalinin sosial müdafiəsi mərkəzi)rəhbəri olmuş Anar Vəliyev cəmi 2 ilini hesablaması da heç də aydın deyildir.
Birinci dəfə 1000 manatdan yuxarı iddia qaldırmış, sonradan 4000 manatdan yuxarı qaldırmağı Anar Vəliyevin qəsdən dövlətə dəymiş maddi ziyanı real məbləğini gizlətməsindən və həmin şəxsə bu qanunsuzluqda bir başa şərait yaratdığına istinad edir. Qeyd olunan faktlar məndə bir vətəndaş kimi belə bir düşüncə formalaşdırmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi" adı altında olan I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir və eyni zamanda 25-ci maddəsinin "Bərabərlik hüququ" adı altında olan, I. "Hamı qanun və məhkəmə qarşısında bərabərdir" tələbləri hakim Nəsrullah Əliyev tərəfındən pozulur.
Bundan başqa hakim Nəsrullah Əliyev öz qanuna zidd yarıtmaz fəaliyyəti ilə Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı" adı altında olan "I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur" tələblərini açıq-aşkar pozmaqla dövlətin siyasi quruluşuna öz xoşagəlməz, mənfi təsirini göstərməkdə davam edir. Nəticədə vətəndaşları dövlətindən narazı salır, vətəndaşlarda dövlət əleyhinə yönələn hisləri yaratmağa çalışır.
Bu cür dövlət əhəmiyyətli məsələdə şəxsi maraqlar müşahidə olunur və biz vətəndaşlarda çaşqınlıq formalaşdırır.
Burada üç sual yaranır;
1- si, işi aparan hakimin psixoloji və peşə səviyyəsi normaldımı?
2- si,işi aparan hakim özü qəsdən, bilərəkdən qanunsuz yolla dövlət əmlakını əldə etmiş cavabdehə,şəxsi məraqlar naminə "vəkillik" etməklə havadarlıq edir?
3- cü, iş materialları üzrə cavabdehə işi aparan hakim tərəfındən AR MPM-nin tələbləri açıq-aşkar pozularaq köməklik olunurmu?
4- cü, iş üzrə bu məsələdə niyə hələ də qətnamə çıxarılmır və dövlətin büdcəsinə qaytarılmalı pullar niyə ləngidilir?
Ümummilli Lider mərhum Heydər Əliyevin sözləri ilə desək -şəxsi maraqları güdən şəxs heç vaxt öz dövlətinə xalqına layiqli xidmət göstərə bilməz.
Göründüyü kimi hakim N.Əliyev qanunsuz yolla dövlət əmlakını mənimsəmiş şəxsi sanki məsuliyyətindən yayınmasına açıq-aşkar şərait yaradır və dövlət büdcəsinə qaytarılmalı təxminən 8.000 (səkkiz min) yuxarı olan pulların qanuna zidd hərəkətsizliyi ilə qarşısını alır.
Cənab Prezident!
Siz N.Əliyevi hakim vəzifəsinə təyin etmisiniz ki, xalqına dövlətinə xidmət etsin, lakin göründüyü kimi hakim N.ƏIiyev Sizin etimadınızı doğrultmur və Sizin apardığınız uğurlu dövlət siyasətinizə kölgə salır, Azərbaycanda ədalət mühakiməsinin nüfuzuna ləkə yaxır.
Hakim Nəsrullah Əliyev öz qanuna zidd hərəkətsizliyi ilə regionda vətəndaşlarda dövlətə qarşı inamsızlıq, ölkədə qanunsuzluq xaos vəziyyətin olmasını aşılayır.
Cənab Prezident!
Dövlət maraqlarının məhkəmədə müdafıəsinin təmin olunması məqsədi ilə, qanunsuz yolla ünvanlı sosial yardım şəklində vətəndaş A.Zeynalovun aldığı bütün illər üzrə( təyin olunmuş ünvanlı sosial yardım) tam və dəqiq hesablanmaqla məhkəməyə məlumat verilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə, AR Ədliyyə Nazirliyinə göstəriş verəsiniz, dövlət mənafeyinə zidd və hakimliyə yaraşmayan hərəkətlər yol vermiş hakim N.Əliyev barəsində vəzifəsinin icrasında yol verdiyi təkrar ciddi (dövlət maraqlarına zidd)qanun pozuntusuna görə qanunda nəzərdə tutulmuş növbəti cəzanın verilməsinə, sonda hakim N.Əliyevin hakimlik vəzifəsində qalıb-qalmaması məsələsi Məhkəmə-Hüquq Şurasının növbəti iclasına müzakirəyə çıxarılmasına, dövlət maraqlarının müdafıəsini təşkil edilməsi, 2(020)-2152/16 saylı işi nəzarətə götürülməsinə, AR MPM-nin tələblərinə əməl edilməsinə nəzarəti üçün aidiyyatı AR Ədliyyə Nazirliyinə və AR Məhkəmə-Hüquq Şurasına müvafıq göstəriş verilməsini Sizdən xahiş edirəm.
İnanıram ki, dövlətimizin hüquq sahəsində apardığınız siyasətə dəstək olaraq adiyyatı nazirliklər və stuktur idarələr səlahiyyəti daxilində dövlətimizin maraqlarının müdafiəsi naminə qanunla müvafiq qayda da bütün zəruri tədbirləri görərək, dövlət büdcəsinə qanunsuz yolla dəymiş təxminən 8.000(səkkiz min) manatdan yuxarı pul (maddi ziyanın) dövlət büdcəsinə qaytarılması barədə tezliklə qətnamə çıxarılacaqdır.
Sonda Ümummilli Lider mərhum Heydər Əliyevin aşağıda ki sözləri ilə bitirmək istəyirəm; Dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız və günahsıza cəza veriləndə.
Vətəndaş, Vüqar Qasımov

loading...
Oxşar xəbərlər