Рейтинг@Mail.ru

Oxunub : 1047 | Tarix : 18-08-2016, 09:04 | Bölmə: Flash, gundem, secilmis

FƏTÖ şəbəkəsinin Azərbaycandakı əsas fiquru Elmar Qasımovdu - rektorun  başı dərddəAzərbaycanda Fətullah Gülən tərəfdarları ilə bağlı cinayət işi başlanıb. Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində müvafiq maddələrlə başlanan cinayət işi ilə bağlı istintaq tədbirləri görülür. Lakin qurum maddələr və görülən tədbirlər barədə açıqlama verməyib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bunu istintaq sirri adlandırıb. Hər halda Ankara Azərbaycanda “gülənçilər”in ünvanını dəqiq bilir. İzlər isə Azərbaycan hakimiyyətinə aparır. Hələ bir neçə il əvvəl baş verən nurçu qalmaqalında hakimiyyətin nəzarətində olan mətbuatda bəzi deputatların və məmurların Fətullah Gülənlə əlaqələrinə dair məlumatlar dərc olunurdu.Cumhuriyyet.az olaraq biz də bu istiqamətdə müəyyən araşdırmalar apardıq. Sən demə çox da uzaq olmayan keçmişimizdə Hazırda antigülənçi kimi görünən bir çoxları haqda mediada ilginc məlumatlar yayılıbmış.

Gülənçi qrupun Azərbaycandakı fəaliyyəti ilə bağlı məlumatlardan belə aydın olur ki, əsas istiqamətlərdən biri təhsil sistemi olub. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı Azərbaycan Beynəlxalq Təhsil Kompleksində cəmləşmiş “Araz” kurslarının, ümumtəhsil məktəblərinin və digər qurumların fəaliyyəti dayandırıldıqdan sonra nurçular (“Gülənçilər”) tərəfindən onların xilas edilməsi ilə bağlı ciddi cəhdləri diqqət çəkir.

Təhsil sistemindəki məhşur trio: aralarında Elmaq Qasımov da var

Hələ iki il öncə məlum anti-nurçu kampaniyası zamanı keçmiş təhsil naziri Misir Mərdanov və onun müavinləri olmuş Qulu Novruzov və Elmar Qasımov görüşərək nurçu məktəblərin və hazırlıq kurslarının xilas edilməsi məsələsini ətraflı müzakirə etməsi haqda mediada məlumatlar yer almışdı. Həmin məlumatlarda bildirilir: “Qərara alınıb ki, “Araz” kurslarının müəllim-tələbə heyəti, həmçinin texniki personalı bütünlüklə onların himayəsində olan “Hədəf” hazırlıq kurslarına köçürülsün. Bu məqsədlə “Hədəf”in yeni filialının yaradılması və onun texniki təchizatı məsələləri də müzakirə obyekti olub. Hazırda “Hədəfin” 4-ü Bakıda, biri Sumqyıtda və biri Xırdalanda olmaqla, 6 filialı fəaliyyət göstərir. Yeni yaradılması nəzərdə tutulan filialın sayca 7-ci olacağı gözlənilir. Qeyd edilib ki, “Araz” kurslarının rəhbərliyi də bu plan haqqında məlumatlandırılaraq hərəkətə gətirilib”.

Məlumatda o da bildirilir ki, Misir Mərdanov təhsil naziri işləyən zaman nurçuların təhsil müəssisələrinin fəaliyyətinə, əhatəsinin genişlənməsinə hərtərəfli dəstək göstərib və onları himayə edib. Bu dəstək heç də təmənnasız olmayıb və nurçuların rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilib. Lakin hazırkı durum təkcə nurçuları deyil, həm də onların himayədarlarını çətin vəziyyətə salıb. Belə ki, M.Mərdanovun, Q.Novruzovun və E.Qasımovun üzərinə ən azı “Araz” kurslarının xilas edilməsi ilə bağlı öhdəlik qoyulub. O zaman “üçlük” bir tərəfdən ölkə rəhbərliyinin diqqətini cəlb etməmək, digər tərəfdən də öhdəliyi icra etmək üçün daha təhlükəsiz variantları həyata keçirib.

Əsas fiqur Elmaq Qasımovdur?

Yuxarıda adı çəkilən trio arasında hazırda vəzifə başında olan və pərdəarxası yüksəliş dövrün yaşayan Elmar qasımovdur. Bu şəxslə bağlı da iki il öncəki məlum qalmaqalda, “Elnur Aslanov olayı” zamanı ilginc iddialar səslənib. Mediada yer alan həmin iddialardan daha birini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Bugünə qədər səslənən bütün informasiyaların əsas fiquru E.Aslanov olsa da hakimiyyətin nurçu axtarışının daha yüksək postlara, daha təcrübəli kadrlara gedib çıxacağı ehtimalları da yüksəkdir. Elnur Aslanov Azərbaycandakı nurçuların əsas adamı kimi təqdim edilsə də bu posta daha bir “iddialı” var – SOCAR-ın tabeliyində olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov.

E.Qasımov 2011-ci ilə qədər o zamankı təhsil naziri Misir Mərdanovun müavini idi. İddia edilir ki, Elmar Qasımov nurçu cameənin Təhsil Nazirliyindəki əsas adamı olub. Şəbəkənin genişlənməsi və yayılmasında onun xüsusi xidmətləri olduğu görünür. SOCAR-ın tərkibində Ali Neft Məktəbi yaradılanda rektorluğa Elmar Qasımovun namizədliyini SOCAR-dakı bəlli qüvvələrin himayə etməsi haqqında xəbərlər var. Çox maraqlıdır – Azərbaycan nurçuları ilə bağlı bütün ipucları sonda SOCAR-a gedib çıxır”.

“Qafqaz Universiteti” müəmması, yaxud?...

Məlum olduğu kimi. Türkiyədəki çevrilişin həmən ardınca Azərbaycanda ilk zərbə alan qrumlardan biri Qafqaz Universiteti oldu. Belə ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verdi. Beynəlxalq Təhsil Mərkəzi isə təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul etdi. Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərliyi ələ aldı. İlk baxışda maraqlı gedişlər idi: E.Qasımovun və ya Bakı Ali Neft Məktəbinin qafqaz universiteti ilə nə bağlılığı var imiş ki, məhz belə bir seçim edildi? Bu günlərdə isə Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub. Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb. Belə qısa bir zaman kəsiyində 50 müəllimin “ifşası” da müəmmalıdır. Azından bu şəbəkəni bilən adam belə “sürətli ifşaya” nail ola bilərdi…
Elçin Əmirov, Cumhuriyyet.az
Mövzunu davam etdirəcəyik…
Oxşar xəbərlər