Рейтинг@Mail.ru
Tarix : 29-08-2016, 00:04 | Bölmə: Flash, fakt, redaktor

Prezidentdən kömək istəyən vətəndaş ŞƏRLƏNDİ - Xocəvənd icra hakimiyyətində ŞOK OLAYXocavən İcra Hakimiyyətinin Başçısının birinci müavini Süleymanov Azər İngilis oğlunun regionda “olkə ictimai-siyasi sabitliyi pozmağa cəhdinə” qarşı Paşayevlər ailəsi etirazını bildirdi. Beləki, Paşayev Gündüz Mikayıl oğlu və Paşayeva Samirə Adıgözəl qızı icra başçısının birinci müavinindən şikayətçi düşüblər. Onların iddiasına görə icra başçısının müavini Azər İngilis oğlu həqiqətən də özünü ingilis kimi aparır. Rayonda söz sahibi olan dövələt məmuru vətəndaşlara hörmətsizliklə yanaşı qanunları da ayaqlar altına atır. Vəzifə tutmağına baxmayaraq prezidentə qarşı çıxır. Bu sözləri azerinews.tv-nin elektron ünvanına müraciət edən Paşayevlər ailəsi deyir. Və ölkə başçısından kömək istəyir...

Azerinews.tv həmin müraciəti olduğu kimi oxuculara təqdim edir:

"Azərbaycan Respublikası Konstitisuyasının 57-ci maddəsinə istinad edərək və Prezidentin dəfələrlə vurğuladığı“ölkəmizin iqtisadiyyatı güclüdür” rəhbər tutaraq 24 avqust 2016-cı il tarixli şikayətimizə əlavə olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun vəAzərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCON və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya müraciət edib kömək istəyirik.

Hörmətli Prezident!
Hörmətli Mehriban Əliyeva!

Sizə ailəmizin yaşadığı problemlərlə bağlı elektron qaydada 24 avqust 2016-cı il tarixdəünvanlandırdığımız kömək edilməsi üçün ərizəmizdən sonra Başçının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıl-ması şöbəsinin müdiri Süleymanov Azər İngilis oğlu məni və mənim ailə uşaqlarıma təzyiq göstərəcəyi ilə hədələmişdir. Mənimlə şəxsi qəbul zamanı vəzifəsindən sui-istifadə edərək amansız laqeyd münasibət göstərməklə, köməklik etmək əvəzinə şikayətimi geri götürməyimi tələb etmiş və naməlum vasitəsi ilə məni şərləyib azadlığımı məhdudlaşdırılmasını bildirmişdir.
Mənə təzyiq altında həbslə hədələyərək, ailəmə uşağıma xəta yetirəcəyini barədə hədə gələrək mənə məcburi iradəmə zidd şikayəti bağlamaq üçün hansısa sənədə imza çəkdirdilər bu gün. Mən həmin imzamı etibarsız sayıram.

Cənab Prezident! - Biz Sizdən kömək istəyirik..


Mənim ailəmin uşağımın düşdüyü çətinliyi aradan qaldırmaq əvəzinə mən Süleymanov Azər İngilis oğlu tərəfindən təqib olunuram.
Halbu ki, qanunla vətəndaşın müraciətinə görə təqib təzyiq etmək qadağandır.

Süleymanov Azər İngilis oğlu mənə açıq-aşkar bəyan edir ki, -heç kəsdən qorxmuram, get kimə şikayət edirsən et, onsuzda bu olkədə səni eşidən kimdir? -Sənə koməklik etməyəcəyik, get Prezidentinə şikayət et ay yazıq. Onsuzda sizin ailəvi yazdığınız ərizələrinizi bizə göndərirlər bağlamağa.Yuxardan sənin Prezidentin bizə bu göstəriş verir.

Deməli belə çıxır ki, şikayət edib ailəmin çətinliyi barədə kömək istədim Prezidentimdən nəticədə isə şərlənib həbslə hədələnirəm?

-Biz vətəndaşlara Xocavənd Rayon İcra Hakimiyəti bu cüb xidmətmət edirlər? Halbu ki, Konstitusiyamızda dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Mən yenədə Süleymanov Azərə inamıram ki, Prezident məni ərizəmə görə təqib edim həbsə almaq üçün Xocəvənd Rayon icra hakimiyyətinə və Xocavənd Rayon PŞ-nə göstəriş verib. AR Kostitusiyasının 71-ci maddəsinin tələblərinə əsasən, I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Göründüyü kimi Xocavənd Rayon İcra Hakimiyəti Başçısının birinci müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıl-ması şöbəsinin müdiri Süleymanov Azər İngilis oğlu referendurum qabağı regionda olkədə daxili ictimai-siyasi sabitliyini pozan hərəkətlərə yol verməklə Prezidentimə qarşı çıxmağa məcbur edir. Mənim Lerik rayonundan olduğuma görə mənə və ailəmə qarşı ayrıseçkilik və düşmənçilik münasıbəti bəsləyir.

Süleymanov Azər İngilis oğlu referendurum qabağı regionda bu qanuna zidd hərəkətləri, cəbhə bölgəsində daxili sabitliyin pozulmasına xidmət edən, eyni zamanda dolayı yolla dövlət əleyhinə yönəlmiş bu qanuna zidd hərəkətləri ilə biz müstəqil azərbaycan dövlətinin vətəndaşlarını suni şəkildə bilərəkdən narazı salmaqla dövlətinə qarşı çevirməklə AR Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, ölkədə xaos və təxribat xarakterli vəziyyətin yaradılmasına açıq çağırışlar etməsi deməkdir.

AR Cinayət Məcəlləsinin 281-ci maddəsinin tələbləri ilə bu hərəkətlər cinayət xarakteri daşıdığndan qanunla məsuliyyətə səbəb olur.

Eyni zamanda Süleymanov Azər İngilis oğluvəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və vəzifə səlahiyyətlərini aşmaqla Prezident cənab İlham Əliyevin adından qanuna zidd qayda da şəxsi naməlum maraqlar naminə istifadə edərək ölkə başçısını nüfuzdan və vətəndaşları Prezidentindən narazı salan həqiqətə uyğun olmayan qayda təbliğ etmə hərəkətlərə yol verilməsi təbii ki biz bizim ailəmizdə çaşqınlıq yaratmışdır.

AR Cinayət Məcəlləsinin 282-ci maddəsinin “Təxribat” adı altında olan tələblərinə əsas olaraq Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəyiflətmək məqsədi ilə əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəlmiş hərəkətlər cinayət məsuliyyətinə səbəb olur.

Bizim sosial-məişət vəziyyəti ağır, 4 nəfərdən ibarət, heç bir yerdən gəliri olmayan ailə olduğumuza və Lerik bölgəsindən olduğumuza görə, bizə qarşı ayrıseçkilik qoyulması ilə yanaşı sosial düşmənçilik salınmasına, hüquqlarımızın məhdudlaşdırılmasına və ya üstünlüklüklərinin müəyyən edilməsinə, bərabərlik hüququnun pozulmasına yönələn hərəkətlər qanunla qadağandır.

AR Konstitusiyasının 54-cü maddəsinin “Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”adı altında olan tələblərə əsas olaraq, I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. Məhz buna əsas olaraqbiz kömək üçün Sizə müraciət edirik.

Cənab Prezident!

Məni məcbur etsələrdə, həbslə hərələsələrdə mən Sizə səsimi berəçəm, Azərbaycanın gələcəyinə səs verəcəyəm və məni həbsə alsalarda mən və mənim ailəm referendumda Sizə dəstək olacayıq.
Mənim uşaqlarım hazırda rəsmi Xocəvənd Rayonunda qeydiyyatdadırlar.
AR Konstitusiyasının 16-cı maddəsinin “Sosial inkişaf və dövlət” adı altında olan tələblərə əsas olaraq, I. Azərbaycan dövləti xalqın vəhər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır”.
AR Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən, I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Xahiş edirəm bizim təhlükəsizliyimizi təmin edəsiniz. Məni özünü öldürmə həddinə çatdırıblar. Mənim başıma nə gəlsə bilin ki, bunun günahıSüleymanov Azər İngilis oğlundadır.

CənabPrezident!

Mən Paşayev Gündüz ailəmi uşağımı Sizə dövlətimə həvalə edirəm. Artıq bezmişəm canımdan, ailəmə uşağıma köməklik etmək əvəzinə məni Sizdən şikayət etməyə məcbur edirlər, çağırıb əsasız olaraq məni incidirlər. Mənim başıma bir iş gəlsə bütün materialları mətbuat vasitəsi ilə həyat yoldaşım tərəfindən Sizə səsimizi çatdırmaq üçün işıqlandırılacaq.

Məcburiyyət qarşısında qalaraq Sizə KİV-lə Sizə açıq müraciət edirəm ki, bəlkə biz çarəsiz,Süleymanov Azər İngilis oğlu tərəfindən təqiblərə və təzyiqlərə məruz qalan, iqtisadi cəhətdən qudrətli dövlətin azərbaycan respublikasının vətəndaşlarına kömək edəsiniz. Bəlkə biz çarəsiz ailənin səsini Sizə çatdıralar.
Biz Sizə görə, dövlətimə görə canımdan keçməyə hazıram, təki bizim ailəmiz çöldə evsiz eşiksiz qoymayın, yalvarırıq Sizə, Süleymanov Azər İngilis oğlunun təzyiq və təqibindən zülmdən qutarın biz köməksiz ailəni. Evsiz eşiksiz çöllərdə qalmışıq..."

Hörmətlə: Paşayev Gündüz Mikayıl oğlu, Paşayeva Samirə Adıgözəl qızı
Oxşar xəbərlər