Рейтинг@Mail.ru

Oxunub : 1179 | Tarix : 9-09-2016, 00:14 | Bölmə: Flash, cemiyyet, secilmis

Azərbaycanlı məmurun oğlu  Kənan Məmmədov "FETÖ işi"ndə - TƏCİLİTürkiyədə SOCAR-ın 51 faiz paya sahib olduğu neft-kimya kompleksi Petkimdə bu günlərdə kütləvi həbslər həyata keçirildi. Qeyd edək ki, şirkətin keçmiş rəhbəri Sadəddin Qorqud həbs olunanlar arasındadır, ondan əlavə şirkətin daha 200 işçisi polis nəzarəti altındadır.

Bu daha hamısı deyil. Yəni 15 iyulda Türkiyədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarlarına qarşı həyata keçirilən həbslər təkcə Petkim-i əhatə etmir. Daxil olan məlumatlardan aydın olur ki, hazırda SOCAR-da vitse-prezident postunu tutan Xalik Məmmədovun oğlu - "SOCAR-TURCAS" birgə müəssisəsinin Türkiyənin Petkim yarımadasında inşa etdiyi 5 milyard dollarlıq "Star" neft emalı zavoduna Azərbaycanın rəsmi nümayəndəsi və direktoru postlarını tutan Kənan Məmmədov da məhz "FETÖ işi" ilə əlaqədar istintaqa cəlb olunub.

Xatırladaq ki, Kənan Məmmədov eyni zamanda 2002-ci ildə təsis edilmiş Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİAB) rəhbəridir. Və onun karyera yüksəlişində təkcə atasının deyil, həm də Gülən camaatının da birbaşa himayəsi hər zaman hiss olunub.

Daxil olan ən son informasiyalarda qeyd olunur ki, artıq Kənan Məmmədovun da adı "FETÖ işi"ndə keçir və onun həbsinə belə hazırlıq gedir.

Əlavə bilgilərimiz olacaq. Bütün tərəfləri dinləməyə hazırıq...
dia.az
Oxşar xəbərlər