Рейтинг@Mail.ru

Oxunub : 20571 | Tarix : 15-09-2016, 01:38 | Bölmə: Flash, secilmis, redaktor

Ziya Məmmədovun istefa ərizəsi alındı - Nəqliyyat naziri Elnur Abdullayev gətrilirNəqliyyat naziri Ziya Məmmədov istefaya göndərilir. Bu barədə məlumat azerinews.tv-yə etibarlı mənbələrdə daxil olub. Daxil olan məlumatlarda Ziya Məmmədovun istefa ərizəsinin alındığı bildirilir. Nazirin istefa ərizəsinin alınma səbəbləri hələdə bilinməsədə, təkcə son illər və aylarda onun saysız səlahiyyətlərini əlindən alınması heç kimə sirr deyil. Digər tərəfdən Nəqliyyat nazirliyinə gətriliən kənc kadır və nazirlikdə onun gördüyü işlərə ancaq sponsurluq edən Ziya Məmmədov növbəti zərbəni də yerinə hazırlanan təzə nazirin həyata keçrdiyi böyük layihələrdən aldı. Yəni Ziya Məmmədovun illərlə edə bilmədiyini gənc islahatçı qısa zaman kəsiyində həyata keçirərək prezidentin etimadını bird aha qazandı. Həmin gənc kadır adıçəkilən nazirliyi saf-çürük edərək ciddi islahatlar da apardı. Ziya Məmmədovun iştirak etmədiyi görüşlərdə məhz o oldu. Nazirliyin beynəlxalq tədbirlərinə rəhbərlik və xarici qonaqları nazirlikdə qəbul etdi. Böyük lahiyələri, “dayanacaqlarda “wi-fi” sisteminin quraşdırılması istiqamətində araşdırmaları”, Bakı şəhərində keçirilən birinci Avropa Oyunları ilə əlaqədar intellektual nəqliyyat sisteminin təkmilləşdirilməsini, eləcədə paytaxtımızın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işləri həyata keçirdi. Bu adam kimdir. Bu şəxs sovetlər vaxtı ilk özəl bank sistemini ölkəmizə gətirən Nazim Abdullayevin oğlu Elnur Abdullayevdir.

Azerinews.tv –nin əldə etdiyi məlumatlara görə, referendumdan dərhal sonra Elnur Abdullayev ölkənin ən gənc naziri olacaq. Adları FETÖ olaylarına qarışan Ziya və Anar Məmmədovların bununlada hökümdarlığına son qoyulacaq.

Xatırladaq ki, Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bağlanan “Qafqaz” Universitetinin bəzi layihələrinin maliyyələşməsində Anar Məmmədovun böyük rol oynadığı üzə çıxmışdı. Ziya Məmmədov London taksilərinin ilkin idarəçiliyini də Gülənə yaxın şəxslərdən birinə tapşırıb. Söhbət “Baku Taxi Company”nin sabiq rəhbəri Ilqar Qasımovdan gedir. Qeyd edək ki, bir neçə il bundan əvvəl hakimiyyət daxilində “nurçu qalmaqalı” yaşananda Ziya Məmmədov onu işdən çıxarıb. O zaman yayılan məlumatlarda da Ilqar Qasımovun işdən çıxarılması “gülənçilər”lə bağlı olması ilə izah edildi. Məmmədovlar "FETÖ İşi"ndən canlarını qurtarmaq üçün İlqar Qasımovu rasxoda verməklə özlərini və vəzifələrini hələlik sğortalaya bilmişlər.
Onuda qeyd edək ki, Nəqliyyat nazirinin istefa ərizəsi yazması barədə yayılan məlumat hələdə rəsmən təstiqlənməsədə, təkzib də olunmayıb.
Mövzu diqqətimizdədir…
loading...
Oxşar xəbərlər