Рейтинг@Mail.ru

Oxunub : 3054 | Tarix : 30-09-2016, 14:18 | Bölmə: Flash, bolge, secilmis, banner

Gözünü qan tutmuş icra başçısı Sabirabadda əhaliyə divan tuturNazim İsmayılov rayon sakinlərinin problemlərini kriminal qaydalarla həll edir

Sabirabad rayonunun icra başçısı Nazim İsmayılovun özbaşınalıqları sakinlərin canını boğazına yığıb. Bu barədə azerinews.tv-yə rayonun Minbaşı kəndinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, dəfələrlə rayondakı məmur özbaşınalıqlarından yuxarı instansiyala mürəciət etsələr də bir nəticə əldə edə bilməyiblər. Əksinə Nazim İsmayılov ondan yuxarılara yazılan şikayətlərə görə, əhaliyə qarşı bir az da azğınlaşıb. İcra başçısından, daha dəqiq desək Prezident Administrasiyasına edilən şikayətlər problemlərin həll edilməsi üçün yenidən Nazim İsmayılovun üstünə qayıdır. N.İsmayılov isə ondan şikayət edən rayon sakinilərinin problemlərini özünün kriminal qaydaları ilə həll edir. Rayon sakinləri iddia edirlər ki, icra başçısı narazı vətəndaşı qəbul edib onu dinlədikdən sonra, elə kabinetindəcə ona hədə-qorxular gəlməyə başlayır. Belə hədə-qorxulardan biri də icra başçısının vətəndaşı və yaxud da onun övladını narkotiklə həbs etdirə biləcəyidir. Bundan ehtiyyat edən narazı rayon sakinləri məcburən sonradan susmağa üstünlük verirlər. Nazim İsmayılov həmçinin ondan narazı olanlara bildirib ki, onsuz da onun son günlər gözünü qan tutub və ondan şikayət edən, rayonun problemlərindən yuxarılara yazan hər bir şəxsə əsl cəhənnəm əzabı yaşadacaq.

Bundan əlavə rayondan aldığımız məlumatlarda daha sonra bildirilir ki, son günlər ölkədə intensiv yağan yağışlar rayonu iflic vəziyyətinə salıb. Lakin icra başçısı bununla bağlı heç bir tədbir görmək fikrində deyil. Sabirabadın saymaqla bitməyən problemlər isə rayonu bir-birinə vurub. Əli hər yerdən üzülən vətəndaşlar elə ünvan qalmayıb ki, kömək üçün ora müraciət etməsinlər. Ancaq heç bir faydası yoxdur…

Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadığından qarşı tərəfi dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Azerinews.tv
loading...
Oxşar xəbərlər