Рейтинг@Mail.ru
Oxunub : 894 | Tarix : 3-10-2016, 14:37 | Bölmə: Flash, eyalet, secilmis, banner

Gəncə xəstəxanasında biyabırçılıq: - Əlikram Məmmədov işçilərindən haqq yığıb


Respublikanın ikinci böyük şəhəri olan Gəncədə təhsil sahəsində olduğu kimi, səhiyyə ocaqlarında da vəziyyət acınacaqlıdır. Şəhərin səhiyyə ocaqlarınnda yaranmış özbaşınalıq, rüşvətxorluq vətəndaşlar arasında ciddi narazılıq yaratmaqdadır. Şəhərin səhiyyə sistemini məhv etməkdə olan bu kimi halların qarşısının alınması üçün tədbirlər görən yoxdur. Əksinə aidiyyatı qurumların biganə münasibəti nəticəsində şəhərin xəstəxana və poliklinikalarında vətəndaşları soymaqla məşğul olan cəlladlar peyda olub.
Gəncəlilərin Realliq.info - ya müraciətlərini nəzərə alaraq, Gəncə şəhər səhiyyə müəssisələrində baş verən özbaşınalıqlara aydınlıq gətirmək məqsədilə araşdırmalar apardıq. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Gəncənin bir çox səhiyyə ocaqlarında xəstə vətəndaşların müalicə və müayinəsi üçün normal şərait belə yoxdur. Xəstəxanalarda cərahiyyə şöbələrindəki durum isə ürəkağrıdıcıdır. Vətəndaşlar xəstəxanalara müraciətləri zamanı dözülməz şəraitdə müalicə olunmağa dözsələr də, qarşılarına qoyulan tələblər onları daha cətin duruma salır. Şəhərin böyü xəstəxanalarında cərrahiyyə şöbələrinin şöbə müdirləri tərəfindən tətbiq olunan qiymət cədvəli, haqlı narazılıqların yaranmasına səbəb olmaqdadır. Diqqət edək:
- Sadə cərahiyyə əməliyyatları adlanan, kor bağlırsağın kəsilib götürülməsi, boğazda artıq ətlərin kəsilməsi, burun üzərində cərahiyyə əməliyyatlarının aparılması və s. bu kimi əməliyyatlar 300-400 manat təşkil edir.
- Bir az ağır əməliyyatlar- qasıqda, qarın nayihəsindəki yırtıqların tikilməsi, qəza zamanı yaranmış zədələrin əməliyyat olunması 400-500 manat civarındadır.
- Ağır əməliyyatlar- daxili orqanlar zədələnən zaman aparılan əməliyyatlar, görmə orqaninin müalicəsi zamanı və doğuş zamanı aparılan əməliyyatlara görə vətəndaş 1500- 2500 manat ödəmək məcburiyyətindədir.
Realliq.info –nun araşdırmaları göstərir ki, xəstəxanalarda cərahiyyə şöbələrində tətbiq olunan qiymətlər şöbə müdirləri tərəfindən dəqiqləşdirilmir. Bu tapşırıqlar və qiymətlərin bu cür yazılaraq tələb edilməsi, şəhərin Səhiyyə idarəsinin qoyduğu tələblər əsasında gerçəkləşir. Səhiyyə idarəsindən baş həkimlərə verilən “qiymət cədvəli” ikincilər tərəfindən də şöbə müdirlərinə paylanır ki, nəticədə rüşvətin alınmasına nəzarət mexanizmi işə düşür. Xəstəxanalarda hər cərrah apardığı əməliyyata görə alınan rüşvətdən 10% - əldə edir. Bir əməliyyata görə alınan rüşvətin 10 % - şöbə müdiri və baş həkimə çatır. Pulun qalan hissəsi isə Gəncə səhiyyəsinin rəhbərinə çatır.
Xəstəxanalarda cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstələr, orda bir həftə “soyulmaqla” əməliyyat olunurlar. Belə ki, xəstənin qohumları hər gün reanimasiya şöbəsinin şöbə müdirinə, həkimlərinə və tibb bacılarına gündə 100 manat ödəməli olurlar. Bundan əlavə, bütün dərman avadanlıqlarını da xəstənin yaxınları almaq zorundadırlar. Çünki Gəncə səhiyyəsinin baş rüşvət yığanı xəstəxanalara ayrılan iynə və dərmanları apteklərdə satdırmaqla yeni biznesini qurub.
Bir neçə il öncə Gəncə Səhiyyə idarəsinə Əlikram Məmmədov rəis təyin olundu. Bu təyinatdan sonra, Gəncənin bütün xəstəxana və poliklinikalarında həkimlərə nəzarət mexanizmi işə düşdü. Əslində bu nəzarət sözü oxucuları diqqətini qanunu nəzarətə yonəldə bilər. Amma, Əlikram həkim öz şəxsi maraqlarını həyata keçirmək üçün tətbiq etdiyi qaydaların icrasına nəzarətdən söhbət getdiyini xatırlayaq. Xəstəxanaların və poliklinikaların baş həkimlərinə aylıq “haqq” qoyan səhiyyə şefi çox keçmədi ki, şöbələrə də nəzarəti artırdı. Burda baş həkimlərin onu aldadacağından şübhələnən Əlikram Bayramov, özü birbaşa xəstələrdən nə qədər rüşvət alındığını jurnallarda qeyd etdirdi. Həmin jurnallar Əlikram həkimin xəstəxana və poliklinikalarda etibarlı adamları tərəfindən yazılmaqdadır. Baş həkimləri bu yolla tam nəzarətə götürməklə, səhiyyə ocaqlarına daxil olan gəliri də özününküləşdirməkdə çətinlik çəkmədi. Nəticədə xəstələrdən zorla yığılan rüşvəti özünün tapşırığı ilə, yuxarıda qeyd etdiyim qaydalarla bölüşdürən səhiyyə idarəsinin rəhbəri indi şəhərdə varlı məmurlardan biri sayılır.
Gəncənin döğuş prosesini həyata keçirən səhiyyə ocaqlarında vəziyyət daha acınacaqlıdır. Belə ki, hər doğuşa görə tətbiq olunan 500 manat rüşvəti bu gün ödəmək iqtidarında olmayan vətəndaşlarımız çoxdur. Lakin buna baxmayaraq, Əlikram Məmmədovun istəyini yerinə yetirməyənlər Gəncədə xəstəxanalarının döğuş şöbəsində uşaq dünyaya gətirə bilməzlər. Həkimlər, hörmətli səhiyyə şefinin “pulun yoxdur, doğma” devizinə sadiqdirlər. Döğuşun əməliyyat üsulu ilə həyata keçirənlər isə Əlikram müəllimin ikiqat tələbini, yəni 1000 manat ödəməlidirlər.
Gəncədə yerləşən və Əlikram Məmmədovun tabeliyində olan uşaq poliklinikalarında vəziyyət digərlər səhiyyə müəssisələrindəki kimidir. Burda valideynlər uşaqlarını müayinəyə gətirəndə mütləq həkimləri və tibb bacılarını razı salmalıdırlar. Şəhərin uşaqların müalicəsi üçün fəaliyyət göstərən xəstəxanasında isə durumun daha ciddi olduğunu gördük. Həmin səhiyyə ocağında isə bi gün uşağı ilə qalan və uşağının müalicə olunmasını istəyən valideyin günə 100 manat pul ödəməlidir. Uşaqlara dərmanları xəstəxanada tapmaq olar, amma həmin dərmanlar üçün pul ödənilməlidir. Gəncədə pulu olmayanın isə uşağını xəstəxanada müalicə etdirmə arzusu gerçəkləşə bilmir. Realliq.info- nun verdiyi məlumata görə ilk girişdə irəli sürülən tələblər Gəncənin Səhiyyə idarəsinin rəisini narahat etməsədə, sadə və uşağı xəstə olan vətəndaşı çətin duruma salır. Kimisi borc, kimisi də müxtəlif vasitələrtə əl atıb Əlikram Məmmədovun tətbiq etdiyi qaydaları icra edir.
Şəhərin səhiyyə ocaqlarında baş verən digər qanunsuzluq vətəndaşlara sağlamlıq arayışının verilməsi zamanı baş verir. Poliklinika baş həkimlərinin 30 manat tələbini yerinə yetirəndən sonra məqsədinə çatan vətəndaşların narazılıqlarının əsaslı olduğunun bir şahidinə çevrildik. Baş həkimlərin aldığı 30 manat rüşvətin neçə faizinin səhiyyə şevinə verildiyini dəqiqləşdirə bilmədik. Lakin, onu öyrənə bildik ki, bu qaydanıda Əlikram həkim tətbiq edib.
Gəncə səhiyyə ocaqlarında baş verən neqativ hallar, rüşvətxorluq, gündən-günə artmaqda davam edir. Realliq.info qeyd edir ki, səhiyyə ocaqlarında xəstələrin və işçi kollektivinin qidalanması üçün nəzərdə tutulan ərzaqlar da mağazalarda satışa çıxarılır. Ərzaqın bir hissəsi isə bəzi şəxslərin, eləcədə səhiyyə şefinin yaxınlarının evlərinə pay olaraq daşınır. Nəticədə səhiyyə ocaqlarını şəxsi mülkü kimi talan edən Əlikram Məmmədov, gəncəlilərin haqlı narazılıqlarından çəkinmir. Özünü, Səhiyyə naziri Oktay Şirəliyevin ən yaxın dostu sayan idarə rəisinin şikayətçilərə qeyri-eti davranışı da diqqətdən yayınmır. Baş verənlərlə bağlı Səhiyyə idarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, şəhərdə tədbir olduğu üçün sorğularımıza cavab vermək mümkün deyil. Biz qarşı tərəfin mövqeyini hər zaman öyrənməyə hazır olduğumuzu diqqətə çatdırmaqla əlaqəni bitirmiş olduq.
Biz ümid edirik ki, səhiyyə naziri Gəncə səhiyyəsində baş alıb gedən rüşvətxorluğa son qoyulması üçün tapşırıqlar verəcək və Əlikram Məmmədovun qanunsuz tələblərinə hüquqi qiymət verəcəkdir.
Oxşar xəbərlər