Рейтинг@Mail.ru

Oxunub : 1244 | Tarix : 6-10-2016, 15:16 | Bölmə: Flash, gundem

Beyləqanda SU ÜSYANI - AKSİYA (FOTOLAR)Beyləqanda yenə ara qarışıb. Sosial çətinliklərlə üzləşən yerli sakinlər sentyabrın 5 - də icra hakimiyyətinin qarşısında aksiya keçirib. Aksiya iştirakçılarından birinin azerinews.tv-yə verdiyi məlumata görə, etiraza səbəb rayonda yaranan su problemi olub. Beləki, Kəbirli kənd sakinləri icra hakimiyyətin qarşısına gələrək içməli suyun verilməməsi etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları pul ödəsələr də içməli su verməməsinə, bununla bağlı dəfələrlə icra başçısı Vaqif Abdullayevə problemin həlli ilə bağlı müraciət etsələr də heç bir müsbət nəticə olmamamasını bildiriblər. İcra başçısının rayon camaatının problemlərinin həllinə biganə yanaşması, yerli məmurların özbaşınalığa gətirib çıxarbasına səbəb olur deyən aksiyaçılar prezidentən kömək istədiklərini də aksiya zamanı bildiriblər. Bundan başqa aksiya iştirakçıları onuda bildiriblər ki, icra başçısı qəbulları ləğv edərək əhali ilə təmasda olmaqdan belə imtinə edir. Rayon rəhbərinin belə idarəçiliyi aksiyaların davamlı olacağına zəmin yaradır deyən aksiya iştirakçıları yaradılan problem həll olunmayana qədər etirazlarını davam etdirəcəklərini də deyiblər.
Beyləqanda SU ÜSYANI - AKSİYA (FOTOLAR)
Beyləqanda SU ÜSYANI - AKSİYA (FOTOLAR)
Beyləqanda SU ÜSYANI - AKSİYA (FOTOLAR)
Qeyd edək ki, Beyləqan icra hakimiyyətinin qarşısında keçirilən aksiyadan sonra kənd camaatının problemi həllini tapıb. Azerinews.tv
Oxşar xəbərlər