Рейтинг@Mail.ru

Oxunub : 1062 | Tarix : 13-03-2016, 22:40 | Bölmə: Flash

İcra başçısı 50 min manat istədi, RTŞ müdiri rayondan qaçdı - BEYLƏQANDA ŞOK GƏLİŞMƏSon günlər rüşvətdə və vəzifə səlahiyyətlərini aşmada, eləcədə saxta diplom qalmaqalında ön sırada yer alan Beyləqan təhsil müdirinin rayondan qaçması barədə xəbər yayılıb. Məlumatda təhsil müdirinin 500 min manat dövlət əmlakını mənimsəyərək aradan çıxdığı və həmin pula yaxın münasibətdə olduğu müəllimələrdən birinə ev aldığı da deyilir. Mənbənin iddiasına görə, həmin müəllimə Beyləqan rayonundakı orta məktəblərdən birinin direktorudur.

Mənbənin azerinews.tv-ya bildirdiyinə görə, RTŞ-nın rayondan qaçmasına səbəb, təhsil şöbəsində aparılan maliyyə və Təhsil nazirliyinin apardığı yoxlamalar olub. Deyilənlərə görə, Tofiq Sadıqov maliyyə və digər orqanların yoxlamalarına yüz min manatlarla rüşvət verib. Bundan başqa təhsil şefi rayon icra başçısı ilə də bir neçə vaxtı problemlər yaşadığı da bildirilir. Ən son məlumata görə, icra başçısı baş müəllimdən 50 min manat istəsədə bu mümkün olmayıb. Mənbə iddia edir ki, elə bu səbəbdən də rayon rəhbəri, cənab Sadıqovdan narazı düşüb. Hələ üstəlik Təhsil nazirinə məktub göndərib ki, "mən bu savadsızla işləyə bilmirəm, aprel ayına qədər rayon təsilində ciddi islahatlar görmək istəyirəm..."

azerinews.tv - ya daxil olan bir digər məlumatda isə bildirilir ki, 2015- 2016- cı il tədris ilində Beyləqn məktəblərində savadsızlıq pik həddə çatıb. Beləki, rayonda aparılan araşdırmalardan məlum olub ki. rayonda hal hazırda ali məktəblərə daxil olan şagirdlər. başqa regeonlarala müqayisədə 1% təşkil edir. Təhsil müdirinin rüşvətə və sərvət toplamasına başı qarışdığı üçün rayon təhsilində son dərəcə acınacaqlı vəziyyət yaşanmaqdadı. Bir çox məktəblərə verilən rüşvət siyahısında isə bir çox qaranlıq məqamlar var. Bununla bağlı əldə etdiyimiz ən son məlumatları növbəti yazılarda oxuculara təqdim etməyə çalışacağıq. Bizi izləyin...
Qarşı tərəfidə dinləməyə hazırıq
azerinews.tv
loading...
Oxşar xəbərlər