Рейтинг@Mail.ru

Oxunub : 1815 | Tarix : 21-04-2016, 13:53 | Bölmə: Flash, banner

Ziya Məmmədovun çevrəsi daralır:  Nazirin "sağ əli" Qulam Ələkbərov həbs olunur? - ŞOK
Azerinews.tv-yə verilən ilginc məlumata görə, nazirin yaxın adamı kimi tanınan və onun çevrəsində böyük məmur şəbəkəsi yaradan, kriminal aləmlə ciddi əlaqələrinin olduğu iddia edilən Qulam Ələkbərovla bağlı araşdırmalara qərar verilib.

Məlumatı verən mənbə bildirir ki, bir müddət əvvəl Qulam Ələkbərovun ikili vətəndaşlığı ilə bağlı yayılan xəbərlər hakimiyyət dəhlizlərində müzakirə mövzusudur. Belə ki, nazirə yaxın şəxsin həm Ukrayna, həm də Azərbaycan vətəndaşlığı daşıması, həmçinin bu şəxsin hökumətdə və icra strukturlarına öz adamlarını yerləşdirməsi böyük skandala səbəb olub.

İddialara görə, Qulam Ələkbərov hazırda Ziya Məmmədovun ən yaxın adamdır. Ona görə də onun Azərbaycan Konstitusiyasını pozması hüquq-mühafizə orqanlarında da ciddi müzakirə olunub və onunla bağlı ciddi tədbirlərin görülməsini gündəmə gətirib.

Mənbənin sözlərinə görə, yaxın günlərdə Ələkbərovun korrupsiya əməlləri, ikili vətəndaşlığı ilə bağlı məsələ və müxtəlif vəzifələrə yerlədirdiyi məmurlarla bağlı araşdırmalara qərar veriləcək. Hətta Qulam Ələkbərovun həbs olunması da müzakirə mövzusudur.

Məlumatlı mənbə bildirir ki, proses Qulam Ələkbərovun həsb olunması ilə kifayətlənməyəcək. Onun yaxın adamlarının da vəzifələrdən uzaqlaşdırılması prosesi başlaya bilər. Ziya Məmmədovun "Akif Çovdarovu" kimi tanınan oliqarxın vurulması isə yeni qaranlıq məqamlara aydınlıq gətirəcək.Azerinews.tv
Oxşar xəbərlər