Рейтинг@Mail.ru

Oxunub : 705 | Tarix : 21-04-2016, 14:35 | Bölmə: Flash, banner

Şamaxının icra BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏTİcra başçısının keçmiş köməkçisindən sensasion açıqlamalar

Bu gün Miq.az-a Haci Elnur Suleyman tərəfindən daxil olan Şamaxı rayon icra hakimiyyəti ilə bağlı Prezidentə şikayət məktubunu oxuculara təqdim edirik:

Cənab Prezident! Mövcud olan süni maneələr üzündən Sizə öz sözümü çatdıra bilmədiyimdən məcbur olub, Ümummilli liderimizin anım günündə Sizə video müraciət hazırlayaraq, youtubda yerləşdirdim. Xahiş edirəm ki, o müraciətimə nəzər yetirəsiniz.

10 ildən çoxdur ki, müxtəlif vəzifələrdə məsləhətçi, baş məsləhətçi və başçının köməkçisi vəzifələrində işlədiyim Şamaxı Rayon İcra Hakimiyyətində camaata zülm edən korrupsioner müavinlərdən 20.02.2015 tarixdə administrasiyaya şikayət etdiyim üçün 31.03.2015 tarixdə təhdid edərək məni işdən çixarıb üçü məktəbli olmaqla, altı nəfərlik ailəni artıq bir ildən çoxdur ki, ehtiyac içində buraxdıqlarını, ümumiyyətlə, bütün şikayətimi, orada ətraflı bildirmişəm. Həmin video müraciətimin linki: ( / youtube / 6PPEWM5uxTg )

Cənab Prezident! Bizim ümüd yerimiz göydə Allah, yerdə də Sizsiniz. Yoxsa ki, Allahdan qorxusu olmayan bəzi məmurlar bizi məhv edər, öncə Allaha, sonra isə o üç məktəbli və o biri iki yaşlı körpə uşağımın xatirinə mənə kömək edin! Xahiş edirəm artıq Bakı şəhərinə köçdüyümüzü nəzərə alib, məni məsləhət bildiyiniz müvafiq bir işlə təmin edəsiniz.

Mən o xainlərlə çox mücadilə apardım, tutduqları xəyanətkarlıq mövqelərindən uzaqlaşıb, Sizin buyurduğunuz kimi camaatın xidmətində durmağı onlara çox tövsiyyə etdim. Lakin onların öz fəaliyyətlərində heç bir dönüş etmədiklərini və daha da azğınlaşdıqlarını görüb, dediyim kimi ölçü götürülməsi üçün administrasiyaya müraciət etdim və bundan sonra o xainlər də məni şərləyərək həbs etdirəcəkləri ilə təhdid edib işdən azad olunmağım haqqında ərizəmi aldılar. Dərhal da işdən çıxardılar.

Hətta bir müddət köməkçisi belə olduğum İcra başçımız Asif Ağayev isə onların qorxusundan səsini belə çıxartmadı, əksinə zəli kimi camaatın qanını içən o xəyanətkar korrupsioner müavinləri müdafiə etməklə özünün də onlardan heç bir fərqi olmadığını, özünün də onların cinayətkar əməllərinə şərik olduğunu sübut etmiş oldu. Cənab Prezident, mən inanıram ki, Siz mənim video müraciətimə nəzər yetirsəniz, Şamaxı camaatına zülm edən, iş-gücləri ancaq özlərinə var- dövlət yığmaq olan o xəyanətkarların pozucu fəaliyyətlərindən xəbərdar olacaqsınız, tutduqları vəzifənin və məmur statusunun kölgəsində əbədi gizlənərək ifşa edilməyəcəklərini zənn edən o xainləri tutduqları vəzifələrindən qovaraq Şamaxı camaatını o zülümkarlardan xilas edəcəksiniz. Həm də məni və ailəmi bu xəyanətkarlar üzündən düşdüyümüz acınacaqlı durumdan qurtaracaqsınız.
loading...
Oxşar xəbərlər