Рейтинг@Mail.ru

Oxunub : 1011 | Tarix : 25-04-2016, 03:29 | Bölmə: Flash, secilmis, redaktor

Arif Qasımovun korrupsiya triosu: Nizamini talayan qohumlar KAZİNOLARA RACON kəsdi - ŞOK Prezidnet İlham Əliyev Siyəzən rayonu icra başçısı Arif Qasımovu Nizmai rayon icra başçısı təyin etdikdən sonra bu rayondakı sosial problemlərin yoluna qoyulacağı və rayonda abadlıq işlərinin sürətlənəcəyi güman edildrdi. Ancaq Arif Qasımov Nizami rayonun gələr gəlməz keçmişdə Nizami Bələdiyyəsinin sədri olduğu vaxtlarda olduğu kimi yenə də ətrafına yaxınlarını yığmaqla rayonda yaddan çıxmış ərazilər və obyektləri nəazrətə götürməyə, həmçinin sahibkarlara haqq qoymağa başladı. İlk əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi olaraq Nizami rayonunda açıq aşkar yaşıl soyqırımın törədildiyi açıqlnadı. Həmin vax icra başçısı hadisəni öz yaxın adamı olan bir iş adamının boynuna qoymaqla cəriməni də ona kəsdirdi və vəziyyətdən çıxa bildi. Amma iş bununla bitmir.

Belə ki, Nizami rayonundan cumhuriyyət.az-a daxil olan məlumata görə icra başçısı Arif Qasımovun təyinatındna sonra bu rayonda gizli kazinolara çoxalmağa başlayıb. İcra hakimiyyətinin himayəsi ilə işlədilən bu kazinolardan ayda külli miqdarda xərac toplanılır. İnformasiya mənbəmiz Nizami rayonunda kazinolardan xərac yığılmasına icra başçısının qardaşı Vuqar Qasımovun və Nizmai icra hakimiyyətininTəsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov birbaşa rəhbərlik edirlər.

Mənbəmiz qeyd edir ki, Tarıyel Tahirovla başçının qardaşı həmçinin Nizami rayonundakı sahibkarlara açıq aşkar haqq qoymağa başlayıblar. Belə ki, rayonda həyata keçirilən abadlıq, quruculuq işlərinin əksəriyyəti həmin iş adamlarına yüklənilib. Bundan başqa cumhuriyyet.az-a daxil olan məlumatda Nizami rayonundakı torpaq satışı işinə yenə də Vuqar Qasımovla Tariyel Tahirov nəzarət etdiyi bildirilir. Buna misal olaraq Qara Qarayev metrosunun ətrafında kəsilən ağaclaırn yerinin məhz Tariyel Tahirov tərəfindən bu yaxınlarda bir iş adamına 200 min manata satıldığı göstərilir. İnormasiya mənbəmiz qeyd edir ki, hazırda Tariyel Qarayevlə Vuqar Qasımovun böyük bir dəstəsi mövcuddur. Bu dəstə əsasən rayon ərazisində tikili aparan, ev tikən, hasar tikən, həyət evinin üstün dəyişən, mansar tikən, obyekt tikən, obyektini böyüdən və sair iş görən bütün vətəndaşlara nəzarət edir. Rayon ərazisində sadaladığıımız bu işləri həyata keçirtmək istəyən ilk növbədə Vuqar Qasımovla Tariyel Tahirovu görməlidirlər. Başqa bir məlumatda isə qeyd edilir ki, Tariyel Tahirovla Vüqar Qasımovun Nizami rayonundakı kazino və ahibkarlara qoyduqları xərac işlərini şərurlu iş adamı Ramin adlı şəxs həyata keçirir.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər