Рейтинг@Mail.ru

Oxunub : 1975 | Tarix : 25-04-2016, 15:31 | Bölmə: Flash, gundem, secilmis

Cəhənnəmə çevriliən Abşeron - İradə, Fuad və Elmir tandeminin rüşvət TABLOSUAbşeron rayon Icra Hakimiyyətinin başçısı İradə Gülməmmədovla bağlı Azernews.org-a şok doğuracaq məlumat daxil olub. Məlumatda bildirilir ki, Abşeron İH-nin müavini Fuad Cəbrayılov BT-də olduğu kimi burda da öz çirkin əməllərini davam etdirir. Əhalinin başına oyun açdığı üçün BT-dən qovulan Fuad Cəbrayılov sonra hansısa yolla yenidən Abşerona İH-nın humanitar və səhiyyə üzrə müavini gəlir.

İradə Gülməmmədovun müavini təyin olunan kimi Fuad Cəbrayılov BT-də işləyərkən onun şoferi olmuş Elmir adlı şəxsi Abşeron Memarlıq və Tikinti şöbəsində vəzifəyə qoyur. Ancaq Elmirin vəzifəsi və adı Abşeron İH-də kiməsə bəlli deyil.

Daxil olan məlumatda oda deyilir ki, Elmir üçün Memarlıq və Tikinti şöbəsində xüsusi otaq ayrılıb. Və bu otaqda Elmir ancaq vətəndaşlardan saxta yolla hədə qorxu ilə pul almaqla məşqul olur. Kimsə hasar çəkərsə, kimsə icazəsiz ev tikərsə, kimsə evinin dam örtüyün dəyişərsə Elmirin adamları orda peyda olur və tikilini uçuracaqları ilə hədə qorxu gəlirlər. Adamları hər yerdə tikinti işlər aparmaq üçün Elmirdən icazə almasını deyerlər. Ancaq maraqlıdır? Bu Elmir hansı vəzifə sahibidir? Heç bir vəzifəsi və səlahiyyəti yoxdur. Abşeron İH-nın işçi siyahısına baxsaz görəcəksiz ki, Elmir adlı pul yığan şəxsin heç bir yerdə adı yoxdur.

azerinews.tv-a daxil olan məlumatda icra başçısı İradə Gülməmmədovun qardaşı İlhamın vətəndaşlara böyük məbləğdə pul atdığı da söylənilir. Bu sahədə o Xırdalan şəhərində xüsusi ad çıxardığı da verilən məlumatlar sırasıdadı. Belə ki, "Titanik" adlı böyük bir obyektin sahibi İlham güya bacısının (İradənin) əli ilə kimlərəsə iş düzəltmək adı ilə əhalidən küllü miqdarda pul alaraq atmaqla məşquldur. Bu səbəbdən də aldadılan vətəndaşlar günlərlə Abşeron icra hakimiyyətində ged, gələ düşüb.

Növbəti saylarda:

-Abşeron icra başçsının BAXICI rəfiqəsi kimdir - rayon rəhbərini FALÇILARA salan səbəb?

-İradə Gülməmmədov Heydər Əliyev Fondunun adından ayda nə qədər qazanır?

-Abşeron rayonundakı idarə müəssə rəhbərləri icra başçısı ilə neçə faizə işləyir?

-İcra başçısının "tikinti mafiyasında" daha kimlər var və onlar rüşvəti kim üçün yığır?

-İradə Gülməmmədova mətbuatda gedən yazıları kimin vasitəsilə və nə qədər verməklə çıxartdırır?

-Rayon rəhbərinin MTN"işi"ndəki qohumu, vaxtı ilə ona nə hədiyyə edib?

-İradə Gülməmmədova əslində kimdi, onu kimlər nə vaxt və necə vəzifəyə gətirdi?
- şok yarada biləcək məlumatlar, gündəmə bomba kimi düşəcək. İzləyin ki, xəbəriniz olsun... azerinews.tv

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
loading...
Oxşar xəbərlər