Рейтинг@Mail.ru
Tarix : 4-05-2017, 15:56 | Bölmə: Flash, redaktor

Vətənin güvəndiyi Milli Qəhrəman – Mədət QuliyevVətən sevgisi hərbçini ya qazi edir, ya qəhrəman, ya da şəhid

Mədət Quliyevi Vətən sevgisi qazi etdi, general etdi.Vətənə çoxlu Milli Qəhrəmanlar vermiş Gəncə torpağında 1958-ci ildə, gələcəkdə Milli Qəhrəman olacaq bir igid övlad dünyaya gəldi. Tarixin qəribə bir sirri var, hər bir Millətin çətin anında, o milləti xilas edəcək oğullar meydana gətirir! Mədət Quliyevi də tarix, bu çətin anlarda Azərbaycana verdi.

Tarixin keşməkeşlərində çox çətinliklərlə üz-üzə qalmış Azərbaycan, ikinci dəfə öz müstəqilliyinə qovuşmuşdu.birinci müstəqilliyində olduğu kimi, ikinci müstəqilliyi dövründə də, çoxlu problemlərlə üzləşən Azərbaycana, bu dövrdə də qəhrəman oğullar lazım idi ki, onu bu keşməkeşlərdən çıxartsın. Tarix bu oğulları Azərbaycana verdi!

Heydər Əliyev kimi bir şəxsiyyət, Azərbaycanı, ikinci müstəqilliyini əlində saxlamağa kömək oldu. Heydər Əliyevin böyük bacarığı, rəşadəti və dönməzliyi, bu dəfə Azərbaycanı öz müstəqilliyini əlində saxlamağa imkan verdi! Amma, bu işdə ona, sinəsində dükənməz vətən sevgisi gəzdirən, qeyrətli və şərəfli oğullar kömək etdi. Bu igid oğullardan biri də sevimli generalımız Mədət Quliyev idi. Daxili və xarici düşmənlərin at oynatdığı bu keşməkeşli dövrdə, vətən sevgisi kamil olan oğullar vətəni xilas edə bildi ancaq!!!

Vətəni sevmək, təkcə onun daşını, torpağını sevmək deyil, həm də bu torpağın üstündə yaşayan yaxşı insanları sevmək, pis insanları vətən naminə cəzalandırmaqdır. Bu sevgidə də yalnışlığa yol vermək olmaz! Vətəni sevən, amma bu sevgisində çoxlu yalnışlıqlara yol verən insanları da görəvdən vəzifədən uzaqlaşdırmaq lazım idi, o dövrdə. Bu insanların fəaliyyəti idi, çoxlu problemlər yaranmışdı müstəqilliyimizə, dövlətçiliyimizə.

Vətən sevgisi, həm də səriştəsizləri vəzifəsində kənarlaşdırmaqdır
Vətən sevgisi, həm də cinayətkarları cəzalandırmaqdır
Vətən sevgisi, həm də xainləri cəzalandırmaqdı
Vətən sevgisi, həm də Vətən üçün güzəştsiz addımlar atmaqdır!


Qarabağ döyüşlərində saysız, hesabsız şücaətlər göstərən Mədət Quliyev, dövlətçiliyimiz üçün də, çox çətin mərhələlər keçmiş, çox çətinliklərlə üzbəüz qalmışdır.
Hansı sahədə işlər qaydasında getməyəndə, o sahəyə Mədət Quliyevi göndərirlər, o sahədə hər cür problemləri, onun aradan qaldıracağını bilirlər. Gəlin etiraf edək ki, ictimai şüurun çox da yüksək olmadığı bizim insanlarda, şəxsi ambisiyaların önə çəkilməsi, dövlətçiliyimizə çox zaman zərbələr vurur. Dövlətçilik hissinin çox da yüksək olmadığı çoxlu insanlar, vəzifədə olarkən, çoxlu problemlər yaradır işlədiyi sahələrdə. Bütün bunların qarşısının alınması üçün dövlət rəhbərləri çalışırlar ki, məsuliyyət tələb olunan sahələrə daha inamlı adamlara güvənsinlər. Bəli, belə bir adam var, bu sevimli generalımız, Azərbaycanın Milli Qəhrəmanı, Mədət Quliyevdir! Ölkə rəhbərliyi, çox gözəl bilir ki, onu hansı sahəyə rəhbər təyin etsə, orada tam bir səliqə-səhman, qayda-qanun hökm sürəcək. Orada, hər şey vətən üçün dövlətçilik üçün hesablanacaq, xalqa, dövlətə xidmət ön plana çıxacaqdır. Tarixi təcrübə göstərir ki, yeni yaranan dövlətlərdə, cinayətkarlıq, terrorizm, rüşvətxorluq, xəyanət halları tez-tez baş verir. Belə tarixi məqamlarda yüksək səbatlı, vətənpərvər, fədakar liderlər vəziyyəti tənzim edir, xilası öz üzərində görürlər. Mədət Quliyevi də ən məsul vəzifələr də bu niyyətlə göndərir ölkə rəhbərliyi. Bilirlər ki, öz qətiyyəti, qorxmazlığı, obyektivliyi, bacarığı və fədakarlığı sayəsində bu məsul vəzifəni yerinə yetirəcək layiqli şəkildə. Orada güzəştsiz şəkildə yeni bir kollektiv formalaşdıracaq, lazımsız adamlar dərhal kənarlaşdırılacaq, cəzalandırılacaq, layiqli olanlar isə dəyərləndiriləcək, yüksəldiləcək!

Məhz, yeni tariximizə, o belə bir şəxsiyyət kimi düşüb!

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin də, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində də, İnterpolun rəisi təyin ediləndə də, Baş Penitensiar Xidmətinin I rəisi təyin ediləndə də, ona etimad göstərmişdilər. Ölkə rəhbərliyi, bilirdi ki, o öz vəzifə səlahiyyətlərini heç vaxt tamaha, şəxsi ambisiyalarına qurban verməyəcəkdir. Bir sözlə, Vətən, harada döyüş, mübarizə, mücadilə varsa , ora, öz Qəhrəmanını göndərir! Bilir ki, bu qəhrəman, heç nəyin və heç kimin qarşısında yenilmədən işinin öhdəsindən gələcək.

Ən yeni tariximizin, ən müdhiş olayında da, Vətən yenə onu səslədi! Belə ki, Milli Təhlükəsizlik Nazirliyində, çox təhlükəli olaylar baş verdi. Ölkəmiz üçün, Vətənimiz üçün real təhlükə yarandı. Bütöv bir nazirlik yararsız hala gəlmişdi. Nazirliyi rüşvətxorluq, korrupsiya, özbaşınalıq, xəyanət, sarmaşıq kimi öz ağuşuna almışdır! Belə təhlükəli, qorxulu bir məqamda, Vətən öz Qəhrəmanını köməyə çağırdı! Başqa cür də ola bilməzdi! Dövlətin təhlükəsizliyi üçün bu nazirliyi, hətta bütöv ləğv etmək lazım gəldi. Təcili yeni bir qurum yaradılmalı idi. Bu qurumun yaradılmasını da, ora rəhbərliyi də, sevimli Generalımıza, Qəhrəmanımıza həvalə etdi prezident İlham Əliyev cənabları. Tez bir zamanda xainlər,rüşvətxorlar cəzalarına çatdırıldı və yeni möhtəşəm bir nazirlik yaradıldı. Bu gün isə Mədət Quliyevin sayəsində dövlətçiliyimiz, vətənin təhlükəsizliyi etibarlı əldədir. Rahat ol vətən... gözün aydın Azərbaycan!!!
Fikrət Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər