Рейтинг@Mail.ru
Tarix : 9-05-2017, 12:58 | Bölmə: Flash, siyaset, banner

  Düha sahibi, böyük şəxsiyyət Heydər Əliyev - PERSONAAzərbaycan tarix boyu bəşəriyyətə dünya şöhrətli sərkərdələr, dövlət başçıları, şairlər, görkəmli elm xadimləri bəxş edib. Xalqımızın ümummilli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyev bu şəxsiyyətlərin fövqündədir. Heydər Əliyev dünya şöhrətli siyasətçi, ölkənin sürətli inkişafını təmin edən dövlət başçısı, qüdrətli sərkərdə idi. SSRİ kimi güclü fövqəldövlətin rəhbərliyində ən yüksək nüfuz sahiblərindən biri olan Heydər Əliyev dərin biliyi, bacarığı, idarəçilik məharəti ilə hamıdan seçilirdi. Dahi şəxsiyyət yaxşı bilirdi ki, xalqı gələcəyə aparan yol elmdən keçir. Məhz buna görə də respublikamıza rəhbərliyinin bütün dövrlərində təhsilə və elmə böyük diqqət, qayğı göstərmiş, bu sahənin inkişafına qayğını həmişə ön plana çəkmiş və həmin istiqamətdə mühüm işlər görmüşdür.

Heydər Əliyev fenomen şəxsiyyətdir və onun çoxşaxəli fəaliyyəti, irsi daim öyrənilməli, təbliğ olunmalıdır. Ümummilli liderimizin rəhbərliyi dövründə məqsədyönlü proqramlar çərçivəsində elmin və təhsil sisteminin beynəlxalq standartlar nəzərə alınmaqla yenidən qurulması üçün intensiv işlər görülmüşdür. Dahi şəxsiyyətin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə ali təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmış, yeni ali təhsil müəssisələri açılmış, bir çox ali məktəblərin elmi tədris statusu yüksəldilmişdir. Bundan əlavə, xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan gənclərin sayı dəfələrlə artmışdır. Bu bir tarixi reallıqdır ki, Azərbaycanın milli kadr potensialının ölkənin intellektual səviyyəsinin yüksəlişində Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun nəhəng dövlətçilik fəaliyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün zəngin bir xəzinə, çox dəyərli bir irsdir. Xalqının böyük oğlu, nəinki doğma vətəninin və millətinin tərəqqisi, eləcə də Azərbaycanın dünya miqyasında layiqli yer tutması naminə hər cür fədakarlıq göstərmişdir. Məhz buna görə də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanlar buranı özlərinin doğma Vətəni kimi sevir, onun ictimai–siyasi, iqtisadi–mədəni həyatında fəal iştirak edirlər. Bu, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının təntənəsi olmaqla yanaşı, respublikamızın uğurlu inkişafını təmin edən mühüm faktorlardandır.

Taleyi bu torpaqla bağlı olan hər kəs üçün Heydər Əliyevin adı və fəaliyyəti qürur, iftixar mənbəyidir. Ulu öndər tarixi fenomen bir şəxsiyyət kimi iki müxtəlif ictimai–siyasi quruluşda respublikamıza rəhbərlik etmiş, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş, müstəqilliyini möhkəmləndirmişdir.

Respublikamız öz böyük oğlunun 90 illik yubileyini yüksək səviyyədə qeyd etmək ərəfəsindədir. Ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna catmasına nail olmuşdur. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır”.

Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai–siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Hələ sağlığında canlı əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında əbədi yer tutur. Ulu öndər müasir bəşər tarixində iki müxtəlif ictimai–siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır.

Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası çox mürəkkəb iqtisadi–siyasi şəraitdə baş tutmuş, onun dönməzliyinin təmin edilməsi yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi sayəsində mümkün olmuşdur. Azərbaycan dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, onun müasir hüquqi–demokratik dəyərlərə söykənən təsisatlarını yaratması, respublikanın ağır sosial–iqtisadi böhrandan çıxarılması Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət, tarixi qəhrəmanlıq idi. Ulu öndər öz parlaq dühası və müdrikliyi sayəsində milli birliyi və həmrəyliyi bərpa edərək vətəndaş qarşıdurmasını aradan qaldırdı, beynəlxalq əlaqələri möhkəmləndirdi, bütün sahələrdə köklü islahatlar apardı, sosial–iqtisadi inkişaf üçün möhkəm təməl yaratdı. Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Vətəninə ürəkdən bağlı, Azərbaycanı sevən ümummilli liderimiz azərbaycanlı olması ilə daim fəxr edərdi. O, xalqına arxalandığını, gücünü, qüdrətini xalqından aldığını söyləyir, dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməyə çağırırdı. Heydər Əliyev Azərbaycanı Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıların, bütün türk dünyasının istinad, qürur yerinə çevirmək üçün səy və gücünü əsirgəməmişdir. Ürəklərdə əbədi heykələ çevrilən ulu öndərimiz Azərbaycanın iqtisadi və intellektual potensialını, xalqın xoşbəxt və firavan həyatını gerçəkləşdirmək üçün səfərbər edən fenomen tarixi şəxsiyyətdir. O, Azərbaycan dövlətinin memarı və qurucusudur, türk dünyasının nadir dövlət xadimlərindəndir.

Heydər Əliyev elə böyük şəxsiyyət, düha sahibi idi ki, onun adı dünyanın hər yerində həmişə xüsusi hörmətlə çəkilib. Dünyanın görkəmli ictimai–siyasi xadimləri Heydər Əliyevi hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsi adlandırıblar. Ulu öndərin alternativsiz liderliyinin səciyyəvi xüsusiyyəti təkcə onun hakimiyyət başında durmasının uzun müddətliliyində deyil, daha çox zəngin məzmuna və dövlət, xalq üçün həyati əhəmiyyətə malik olmasındadır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin hakimiyyətə rəhbərlik etdiyi illər Azərbaycan tarixinin ən intensiv inkişaf mərhələsini təşkil edir. Belə ki, məhz bu dövrdə Azərbaycanın böyük intellektual potensialı ölkənin tərəqqisinə yönəldilib. Böyük idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir.

Məhz bunun nəticəsində Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin idarəetmə təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Tale XX yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş etmişdir. Onun gördüyü əzəmətli işlər müasir tariximizə əbədi həkk olunmuşdur.

  Düha sahibi, böyük şəxsiyyət Heydər Əliyev - PERSONABu gün Heydər Əliyevin ideyaları yaşayır və ulu öndərin siyasi kursu uğurlu inkişafla reallaşır. Xalqımız böyük öndərimizin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək ümummilli liderimizin strateji inkişaf konsepsiyasını dönmədən həyata keçirir. Əminik ki, ulu öndərimizin bütün arzuları reallaşacaq və müstəqil Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasında özünə layiqli yüksək mövqe tutacaqdır.
Azerinews.org

Oxşar xəbərlər