Рейтинг@Mail.ru

Oxunub : 2700 | Tarix : 5-05-2016, 00:48 | Bölmə: Flash, secilmis, redaktor

ŞOK!  RTŞ müdiri  icra başçısını vurduğunu deyir - BEYLƏQANDA RAZBORKA
Tədbirdə sözləri çəpəlləşən Tofiq Sadıqovla Vaqif Abdullayev əlbəyaxa olublar, icra başçısı aldığı zərbədən xəstəxanaya düşüb

Beyləqanda skandal olay yaşanıb. azerinews.tv xəbər verir ki, ötən gün rayonda təhsil işçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edənlərin adları öncə icra başçısı Vaqif Abdullayevlə razılaşdırılsa da, sonradan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov tərəfindən dəyişdirilib.
Məlumatlı mənbənin bildirdiyinə görə, tədbir işçiləri sırasında icra başçısı istədiyi adamları görmədikdə əsəbiləşib və Tofiq Sadıqovu ağır formada təhqir edib. Hətta bu zaman ailə, uşaq söyüşləri belə iştirakçılar tərəfindən eşidilib. Vaqif Abdullayev Sadıqovdan tələb edib ki, işini bacarmadığı üçün təcili olaraq ərizəsini yazsın.

azerinews.tv-a Sadıqovun verdiyi məlumata görə, bu zaman Tofiq Sadıqov təhqir olunmasına dözməyərək, icra başçısının üzərinə hücum çəkib. Və yaxınlaşan kimi, onu vurduğunu bildirib. Araya Beyləqan Polis Şöbəsinin rəisi ilə prokurorunun girməsindən sonra ortalığı sakitləşdirmək mümkün olub.

Məlumatlara görə, hadisədən dərhal sonra Tofiq Sadıqov vəzifədə çalışan qardaşına müraciət edib və ondan araçılıq etməsini istəyib. Situasiya izah edildikdən sonra Vaqif Abdullayevlə də danışıq aparılıb. Beyləqanın icra başçısı bir şərtlə şikayətçi olmayacağına söz verib ki, o da Tofiq Sadıqovun özü ərizəsini yazaraq, işdən çıxmasına razı olmasına bağlıdır.

azerinews.tv xəbər verir ki, Tofiq Sadıqov şərtlə razılaşıb və bir ay yarımdan sonra tutduğu postunu təhvil verəcəyini bildirib. Hətta onun məhz 45 gün sonrakı tarixə işdən çıxması ilə bağlı ərizə yazdığı da verilən məlumatlar sırasındadır.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Adları keçən şəxsləri də dinləməyə hazırıq.

ANONS

- 45 gündən sonra işdən çıxarılacaq Tofiq Sadıqov hansı məktəb direkorlarından pul yığmağa başlayıb?
- Silahlı Qüvvələrə Yardım Fonduna yardım üçün müəllimlərdən əmək haqlarının 1 faizi qədər pul tutulmalı olduğu halda, təhsil şöbəsinin müdiri niyə 10 dəfə artıq pul tələb edir?
- Vaqif Abdullayevlə şöbə müdiri arasında hansı müddətdən bəri münaqişəli vəziyyət yaranıb?
- Beyləqan Təhsil Şöbəsində pul yığmaq üçün daha hansı vasitələrdən istifadə olunur?
- Tofiq Sadıqovdan Baş Prokurorluğa korrupsiya faktları ilə birgə şikayət edən kim olub?
Bu və digər məlumatları yaxın günlərdə azerinews.tv saytından oxuya biləcəksiniz. Bizi izləyin
Oxşar xəbərlər