Рейтинг@Mail.ru
Tarix : 11-05-2017, 14:12 | Bölmə: Flash, redaktor

Yeni sivilizasiyanın  prezidenti, ən böyük demokrat – İlham Əliyev

HAQQINDA:

İlham Heydər oğlu Əliyev 24 dekabr 1961, Bakıda anadan olub — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədridir (2005-ci ildən). İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul olaraq, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, dörd nəvəsi var
.

Müstəqilliyimizin ilk illərində baş verən siyasi çalxalanmalar, siyasi hakimiyyətin əldən-ələ keçməsi, nizamsızlıq, səriştəsizlik, xaos, xalqın gözünü qorxutmuşdu. Siyasi çaxnaşmalar nəticəsində, unudulmuş Qarabağ savaşının nəticələri hələ aradan qalxmamış, xalq yenidən siyasi hakimiyyətin naşı əllərə düşəcəyindən qorxurdu. O vaxtlat xalqın böyük kişiyə Heydər Əliyevə inandı, dəstək verdi. Və ölkə bəlalardan qurtuldu, böyüməyə başladı...

Heydər Əliyevdən sonra İlham Əliyev də atası kimi, xalqın iradəsilə prezidentliyə namizəd olaraq xalqı növbəti nigarançılıqdan qurtardı. Böyük Heydər Əliyev məktəbi keçmiş bu gənc siyasətçi xalqın istədiyi bir və güvəndiyi yeganə namizəd idi. Çünki, o böyük siyasətin yazılmış və yazılmamış bütün qanunlarını, artıq öz atasından öyrənmişdi. Onun nəsihətlərini dinləyərək, bu yola çıxmağa hazır idi. Xalq, bu gənc liderə buna görə inandı və böyük üstünlüklə, 2003-cü ildə İlham Əliyev, demokratik yolla, prezidentlik postuna yüksəldi.

Uduzduğunu görən müxalif siyasi apponentlər, aranı qarışdırmağa çalışdılar. Amma, qətiyyətli bu gənc siyasətçi bu hadisələrin qarşısını xalqıyla bərabər olaraq aldı. Xalq, bu dəfə də, o naşı siyasətçilərin, naşı hərəkətlərinin şahidi oldu! – xarici qrantlarla milləti küçələrə çıxarmağa can atan, xalq adı altında övladlarna dəbdəbəli həyat yaşadan satqınları redd etdi İlham Əliyevə inanan onun yanıda olan qardaşları, bacıları, övladları...

Həmin müxalifət idi – müstəqilliyimizi istəməyən naqis insanları küçələrə çıxaraq, tərəfdarlarını, mağazaları və digər obyektləri dağıtmağa, maşınların şüşələrini onları qarət etməyə yönləndirilirdi. Avtobuslarda gedən dinc sakinlərin, qocaların, qadın və uşaqların avtobuslarda getməyinə mane olaraq, şəhərdə xaos yaradaraq, öz istəklərinə nail olmağa çalışırdılar. Amma, bilmirdilər ki, xalq onlara bir daha dəstək verməyəcək və inanmayayacaq. Çünki, 90 –cı illərdə bu xalq gördü bu hakimiyyət hərislərinin “kişi”liyini, “qeyrət”ini...

Onlar daha bilmirdilər ki, artıq, Azərbaycan, güclü bir dövlətə çevrilib, onun möhkəm iradəli rəhbəri var, o heç bir halda, dövlətin təhlükəsizliyinə ziyan gəlməsinə imkan verməz, bu naqislərə...

Beləliklə, 2003-cü ildə, gənc, enerjili bir siyasi lider, Azərbaycanı yeni epoxada, çoxsaylı qələbələrə aparacaq bir şəxsiyyət xalqın istəyi və iradəsi ilə gətrildi hakimiyyətə. Əlbəttə ki, hələ görüləcək işlər çox idi. Yeni dövrün iqtisadi, siyasi, administrativ islahatları aparılmalıydı. Avropa səviyyəsində qanun və idarəetmə qaydaları yaradılmalıydı. Bakını, yeni sivilizasiyasnın, ən gözəl və səliqəli şəhərlərindən birinə çevrilməliydi ki, Ümumdünya tədbirləri burada keçirilsin, yeni dövrün siyasətçiləri, biznesmenləri, diplomlar bu şəhərə, bu ölkəyə daha çox maraq duysunlar. Bu ölkə ilə, hər cür əlaqələrə inamla meydan versinlər. O belə də etdi. Ən sivil idarəetmə qaydaları hazırlandı. Yeni hüquqi dövlətin, yeni hüquq qanun-qaydaları, yüksək səviyyədə hazırlanaraq, həyata vəsiqə qazandı. Yeni neft, qaz müqavilələri, ən yüksək səviyyədə, onun başçılığı ilə imzalandı. Bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmağa başladı, gənc ölkəmizi, dövlətimizi Mədəniyyət və idman sahəsində də, dövlətimiz, ölkəmiz çoxsaylı qələbələrə imza atdı. Indi, Azərbaycanı ən sivil, ən mədəni, ən təhlükəsiz ölkə kimi dünyada tanımağa başlayıblar. Azərbaycan elə geosiyasi məkandadır ki, balans siyasəti bir azacıq pozularsa, böyük, fəlakətli nəticələr verər. Bunu Heydər Əliyev məktəbi keçmiş, sevimli Prezidentimiz İlham Əliyev çox yaxşı bilir və həmişə çox uğurlu xarici siyasət apararaq, ölkəmizi təhlükələrdən, terrordan, çevriliş cəhdlərindən qoruya bilib həmişə! Kiçik bir dövlət olmağına baxmayaraq, indi, Azərbaycan Respublikası daha çox müstəqil bir dövlətə çevrilib bu şəxsiyyətin sayəsində. Beynəlxalq siyasi arenada, tam olaraq öz müstəqil niyyətini, hər an ortaya qoya bilir. Heç bir böyük dövlətin təkidinə boyun əymir. Bunun nəticəsidir ki, indi Amerika, Avropa, Asiya, Afrika ölkələri Azərbaycana bir müstəqil dövlət kimi hörmətlə yanaşır, onunla tərəfdaş olmağa çalışırlar...

Bir neçə kəlmədə ölkədə zaman-zaman baş vermiş olaylar haqqında danışmaq istəyirəm. Korrupsiyaya bulaşmış, harınlamış bir neçə nazirlər və yüksək vəzifə sahibləri, dəfələrlə ölkədə, siyasi qarma-qarışıqlıq yaratmaq istəyərək, öz gizlin məqsədlərinə çatmaq istəyirdilər. Ancaq bu qətiyyətli, hər zaman xalqın dəstəyini almış möhtərəm prezidentimiz, hər dəfə belə adamları ifşa edərək, onları öz layiqli cəzalarına çatdırdı. Hələ bu yaxın zamanlarda ən yüksək yerləri zəbt etmiş bu xəyanətkarlar, prezidentimizin sayıqlığı və möhkəm iradəsiylə mütəşəkkil bir qrup öz cəzalarına çatdırıldı. Və prezidentimiz bir daha sübut etdi ki, ölkənin taleyi ən etibarlı əldədir! Dünyada baş verən siyasi böhranlar iqtisadi böhranlar, İlham Əliyevin böyük idarəçiliyi ilə ölkəmizdən yan keçdirildi. Dövlətimizi çaxnaşma və hərbi münaqişələrdən uzaq tutaraq, xalqın rifah və asayişini təmin edərək, bügünki dünyanın böyük çaxnaşma və təlatümlərindən çox düzgün, unikal maliyyəvə iqtisadi islahatlar, ölkəmizi inkişafdan geri qalmağa imkan vermədi. Indi böyük beynəlxalq tədbirlər məkanına çevrilmiş Azərbaycan turizminin inkişafında da inqilabi bir dəyişilmələr dövrünə başlayıb. Artıq ölkəmiz və paytaxtımız turistlərin sevimli məkanına olub. Evrovision, Formula-1, Avropa Olimpiya yarışları, İslam ölkələri böyük idman yarışları (İslamiada) gözəl Bakımızda keçirilməklə bizi qürurlandırır.

Yeni biznesin ölkədə yaradılması istiqamətində ardıcıl və məqsədyönlü iqtisadi islahatlar, doğru hesablanmış maliyyət siyasəti, artıq kənd təsərrüfatımızı yeni pilləyə yüksəldib. Ölkənin yeni gömrük siyasəti də, dünyanın ən sivil qaydalarına uyğun qurulmuşdur. Bu səbəbdəndir ki, xarici iqtisadi əlaqələr ticarət uğurla yüksək mərhələyə keçmişdir.

Dünyada analoqu olmayan ASAN xidməti də İlham Əliyevin möhtəşəm siyasi fəaliyyətinin bir nəticəsidir. Belə ki, idarə və müəssisələrdə olan süründürməçilik və bürokratiya məhz prezidentin iradəsilə tam aradan qaldırılıb. 33 növ xidmətin bu orqanda yerinə yetirilməsi, çox böyük bir islahatdır. Dünyada, ən yeni bir idarəetmə metodudur. Neft fondunun doğri nizamlanması ölkə büdcəsində sosial xərclərin gün-gündən artırılması ən doğru bir idarəetmənin nəticəsidir. Təhsildə, Səhiyyədə, Administrativ idarəetmədə də yeni sivil bir mərhələ başlamışdır.

Bu gün hər bir ölkə vətəndaşı qətiyyətlə deyə bilir ki, İlham Əliyev – yeni sivilizasiyanın sivil prezidentidir. Azərbaycanlılar belə bir prezidentlə fəxr edir, qürur duyurlar. Ölkən AZAD, məmləkətin BƏRƏKƏTli, dövlətin daha da güclü olsun VƏTƏNİM! İrəli ilhamlı gələcəyə, İlhamla Azərbaycan!!!

Fikrət Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər