Рейтинг@Mail.ru

Oxunub : | Tarix : 15-03-2016, 23:01 | Bölmə: Flash

“Effendi İnternational Group” şirkətindən İŞİD-ə dəstək (ŞOK TƏFƏRRÜAT)Ötən həftə ölkənin müasir infrastruktur layihələrinin həyata keçirilməsində qabaqcıl şirkətlərdən biri olan “Evrascon” şirkəti ilə bağlı məlumat yaymışdıq.Beləki, Aztoday.az-ın əldə etdiyi məlumatda şirkətin fəaliyyətinə ötəri nəzər salınmış, təkcə Azərbaycanda deyil, bir çox Avropa və Asiya ölkələrində də iri layihələrin icraçısı olmuş şirkətin birdən – birə müflisləşməsi, fəhlələrin aylarla maaşının ala bilməməsinin səbəblərini araşdırmağa çalışmışdıq. Lakin sözügedən qurumun rəhbəri Əfəndi İsmiyev münasibət bildirmək bir yana qalsın, heç zənglərimizə cavab vermədi.

Bu da Azərbaycan reallığında başa düşüləndir. Mətbuata səthi yanaşmaq, onların suallarını cavabsız qoymaq rəhbər kreslosunda əyləşmiş əksər şəxslərin şakəridir. Ancaq kreslodan düşdükdən sonra mətbuatdan kömək istəmək isə adətləridir. Ötən yazımızda “Evrascon” şirkətinin beynəlxalq layihələrdəki iştirakına ötəri də olsa toxunmuşduq. Azərbaycandakı layihələrdəki iştirakından heç danışmağa dəyməz. Çünki burada şəffaflıqdan heç bir söhbət belə gedə bilməz. Amma beynəlxalq layihələrdə isə əksinə, görülən işlərin həcmi, layihələrin qiyməti hər kəs üçün aydındır.
Məsələn “Evrascon” şirkətinin Moldovada iri yol-nəqliyyat infrastruktur layihəsinə cəlb edilməsi kimlərinsə vasitəçiliyi ilə baş tutmasına baxmayaraq hər şey aydın göstərilib. 2014-cü ilin iyul ayında imzalanmış müqavilənin şərtlərinə əsasən “Evrascon” 25 milyon avro dəyərində işi bir il müddətində təhvil vermək öhdəliyi götürüb. Lakin şirkət üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə, layihədən kənarlaşdırılıb. Və günə 23 min avro cərimə ödəməli olub. Nə qədər cərimə ödəyib, bəlli deyil. Ortaya maraqlı bir sual çıxır: Görəsən Azərbaycanda “Evrascon” müddəti və dəyəri bilinməyən layihələrdə gördüyü yarıtmaz işə görə cərimələnibmi?
Dövrü mətbuatda dərc olunmuş məlumatlara görə, Əfəndi İsmiyevin rəhbəri olduöu şirkət Qazaxıstan və Özbəistanda da analoji problemlərlə üzləşib. Bu ölkələrdə adıçəkilən şirkətin nə qədər cərimələndiyi bəlli olmasa da çirkli yollarla kifayət qədər gəlir götürdüyü bildirilir. Bi sözlə şirkətin illik hesabatlarına nəzər saldıqda səhmdarların payına düşən gəlirlə, müəssisənin gördüyü işlər arasında çox gülünc bir vəziyyət yaranır. Bütün bunların araşdırılması isə aidiyyatı dövlət qurumlarının üzərinə düşən məsələlərdir. Biz isə qayıdaq ötən yazımızda toxunduğumuz digər qaranlıq məsələlərə.

Məlum olduğu kimi Rusiya və Türkiyə də Əfəndi İsmiyevin ailə biznesi faəliyyət göstərməkdədir. Onların bu ölkələrdəki fəaliyyəti ilə bağlı aparmaq istədiyimiz araşdırmaların nəticəsiz qalmasına səbəb nə “Effendi İnternational Group” şirkətinin, nə də oğlarının adına olan başqa şirkətlərin rəsmi saytlarının olmaması idi. Belə çıxır ki, Əfəndi İsmiyevin oğlanları da Rusiya və Türkiyədə də Azərbaycansayağı işləməyi artıq öyrəniblər. Odur ki, onların adıçəkilən ölkələrdə nə kimi işlər gördükləri barədə konkret bilgimiz hələlik yoxdur.
Lakin bizə verilən məlumatlarda iddia olunur ki, ötən il Əfəndi İsmiyevin oğlanlarından biri Türkiyə ilə Suriya sərhədi yaxınlığında, Suriyaya külli miqdarda pul keçirmək istəyərəkən yaxalanıb. Təbii ki, onlar pulu Suriya qaçqınlarına deyil, İŞİD terror qruplaşmasının döyüşçülərinə maddi yardım etmək üün aparırmışlar. Bəs bu haradan qaynaqlanır?

Bu günlərdə Türkiyə mətbuatı son 2 ildə İŞİD qruplaşmasına qoşulmaq istəyənlərin siyahisini açıqlayıb. Siyahiya Rusiya başçılıq edir. Belə ki, son iki ildə 519 nəfər Rusiya vətəndaşı İŞİD-ə qoşulmaq istəyərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, ölkələrinə deportasiya edilib. Siyahıda Azərbayca 4-cü göstərilib. Son iki ildə 138 azərbaycan vətəndaşı Türkiyə – Suriya sərhədində saxlanılaraq, geri göndərilib. Həmin bu deportasiya olunanlar arasında İŞİD terror təşkilatına maddi dəstək məqsədi ilə külli miqdarda pul aparmaq istəyən şəxsin Əfəndi İsmiyevin oğlu olduğu bildirilir. Nə dərəcədə həqiqətə uyğun olan bir informasiyadır? Bunu Əfəndi İsmiyevdən soruşmaq cəhdlərimiz boşa çıxdı. Amma burada həqiqətləri nə qədər gizlədilməyə çalışsalar da, o özünü “Evrascon”un hazırkı durumunda gün kimi göstərməkdədir.
“Evrascon”u nə beynəlxalq maliyyə böhranı, nə vaxtında təhvil verilməyən işlər çökdürdü. Şirkəti Əfəndi İsmiyevin oğlunun İŞİD-ə olan sevgisi çokdürdü. Çünki Əfəndi İsmiyev oğlunun adının İŞİD terror qruplaşmasını dəstəkləməkdə hallanmasın deyə qurbanlıq əvəzinə xərclədiyi pulların miqdarını ancaq özü bilər.
P.S. “Evrascon” rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər