Рейтинг@Mail.ru
Tarix : 16-05-2017, 15:23 | Bölmə: Flash, redaktor

Milli dövlətimizin, möhtərəm qanun keşikçisi – Zakir Qaralov13 yanvar 1956-cı ildə Gürcüstanın Başkeçid mahalının, Ermeşen kəndində gələcəyin böyük şəxsiyyəti, gənc Azərbaycan dövlətinin möhtəşəm simalarından biri Zakir Qaralov dünyaya göz açdı. Amma kim bilərdi ki, bu insan böyüyüb, Azərbaycanın fəxr ediləsi bir şəxsiyyəti olacaq, milli dövlətimizin möhkəmlənməsində çox böyük xidmətlər göstərəcək...

Rusiyada, Gürcüstanda və digər ölkələrdə doğulub, böyümüş insanlar, həmişə Milli dövlətimizə böyük sevgiylə xidmət etmişlər. Çünki, lap uşaqlığından anlamışlar ki, öz milli dövlətində yaşamaq nə deməkdir! Başqa dövlətin nəzarəti və əsarəti altında yaşayanlar, daha dərindən duyur, daha dərindən bilir, öz milli dövləti olmağının hansı üstünlüyü, hansı rahatlığı var, öz xalqı, öz milləti üçün. Elə bu səbəbdəndir ki, Gürcüstanda doğulub böyümüş çoxsaylı şəxsiyyətlər, vətənpərvərlər var ki, Azərbaycan dövlətinə misilsiz xidmətlər göstərmişdir. Bu şəxsiyyətlər arasında Zakir Qaralov da parlaq bir ulduz olub həmişə. Bəlkə, elə bu arzular da yani milli dövlətimizə, öz xalqımıza layiq bir adam olmaq arzusu onu Bakıya çəkib gətirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra o Bakıda qalaraq, öz xalqına xidmət etmək qərarı verib. Nümunəvi ədliyyə işçisi kimi, o, bu istiqamətdə daim irəliyə addımlamağı bacardı. Səmimiyyəti və işinə vurğunluğu ilə seçilən gənc məzun Səbail rayonunda prokuror köməkçisi kimi fəaliyyətə başlayır, sonra bu rayonun prokuroru təyin edilir. Daha sonra, Nəsimi və Sabunçu rayonlarının prokuroru kimi nümunəvi fəaliyyət göstərməsinə görə, mükavatlar alır. Daha sonra, baş prokurorluq orqanlarında məsul vəzifələrdə fəaliyyətini davam etdirir. 2000-ci ildən Milli Təhlükəsizlik Nazirliyində istintaqa nəzarət şöbəsində, nəzarətçi prokuror, sonra isə böyük prokuror işləyən Zakir Müəllim bu cür çətin və məsuliyyətli işin öhdəsindən də ləyaqətlə gəlir. Bütün bu xidmətlərin müqabilində onu dövlətimiz də layiqincə qiymətləndirir. Bu təcrübəli insana Gəncə şəhər prokurorluğu əmanət edilir. O bu vəzifədə də, layiqincə , Əmək xərcləyir - dövlətin və xalqın etimadını qazanır, sevilir, hörmət sahibinə çevrilir...

Beləliklə - Zakir Qaralov 1-ci dərəcəli Ədliyyə müşaviri,
1995-ci ildə Azərbaycanın qurucusu Heydər Əliyev “igidliyə görə” medalla, 2006-cı ildə isə Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə və 2016-cı ildə misilsiz xidmətlərinə görə, Prezident İlham Əliyevin növbəti fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.


2000-ci ildə ulu öndər ona böyük etimad göstərərək Azərbaycan Respublikasının Baş Prokuroru təyin edib. Qətiyyətlə deyə bilərəm, sonrakı zaman göstərdi ki, Heydər Əliyev ona göstərdiyi bu etimad doğruldu . Zakir Qaralov fəaliyyəti müddətində, prokurorluq orqanlarında böyük islahatlar apararaq, prokurorluğu xalq üçün, dövlət üçün nümunəvi bir sahəyə bir orqana çevrirdi. Prokurorluğun, bir rüşvətxor orqan kimi tanınan obrazını dağıtmağa nail oldu. Hal-hazırda ölkədəki bütün prokurorluq, məqsədyönlü fəaliyyəti şəffaf işiylə xqlqın hörmətini qazanıb. Bütün bu fəaliyyətinin nəticəsi kimi indi, o, Antikorrupsiya Komissiyasına rəhbrəlik edir.
Indi, Antikorrupsiya Komissiyası ölkədə baş verən rüşvətxorluq və korrupsiya hallarını müvəffəqiyyətlə aradan qaldırır. Bütün gənc milli dövlətlərdə olduğu kimi bizdə də keçid dövrünün ziddiyətləri arzu olunmaz halları tez-tez büruzə verir. Yüksək məmurların böyük sahiblərinin bankla, vergi və gömrük əməkdaşlarıyla işbirliyi yaparaq, törədilən qtisadi cinayətkarlıqlar üzə çıxarılaraq vaxtında qarşısı alınır və günahkarlar qanun qarşısında cavab verirlər. Ölkədə baş verən bütün cinayət halları, prokurorluq orqanlarının sayıqlığı sayəsində vaxtında həll olunur və bu proseslərin geniş vüsət almasına imkan verilmir. Prezidentin antikorrupsiya siyasətini prokurorluq orqanları demək olar ki, layiqincə aparılır. Milli Məclisdə qanunvericiliyin yaranmasında da, Zakir Qaralovun və prokurorluq əməkdaşlarının tövsiyyələri öz bəhrəsini verib. Indi, mükəmməl qanunlar paketi hazırlanaraq vaxtında həyata keçirilir. Gənc bir dövlət olaraq, Azərbaycan qısa vaxta, sadiq oğullarının sayəsində böyük islahatlara nail olub. Dövlətçiliyimizin, təhlükəsizliyimizin qorunmasında bu möhtərəm şəxsiyyət Zakir Qaralovunda çox böyük əməyi var.

Xalqın, vətənin, dövlətin etibarını qazanmış bu böyük Azərbaycan oğluna Allahdan cansağlığı uzun ömür, diləyirik ki, ölkəmizin keşiyində duran şərəfli oğullar əksik olmasın. Biz də onları sevək Azərbaycanımızı böyüdək...!!!
F.Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər