Рейтинг@Mail.ru
Tarix : 18-05-2017, 12:34 | Bölmə: Flash, redaktor

Etibarın, sədaqətin, dözümlülüyün, səriştənin canlı əfsanəsi -  Bəylər Eyyubov

Sədaqət, insanın ən böyük keyfiyyətidir. Bu lazımlı keyfiyyət, bu dünyada bütün gedişləri nizamlayan, ilahi bir duyğudur. Bu keyfiyyətə malik insanlar, dünyanın dəyişməsində böyük rol oynayır. Sədaqətli dostu olan adamlar, hər şeyə nail ola bilirlər, çox zirvələrə yol aça bilirlər. Bunu bildiyindən, böyük tarixi şəxsiyyətlər, həmişə özünə belə adamlardan ətraf qurmağa çalışır, öz vəzirlərini, sərkərdələrini, mühafizəçilərini belə adamlardan seçib, təyin edirlər. Həmin rəhbəridə qələbəyə aparan yol, bu adamların çiynindən keçir.

Bu tarixi şəxsiyyətlərə uğur, qələbə, sağlıq, təhlükəsizlik gətirən adam, ən çox onun mühafizəsini təmin edən adamdır. Tarixən böyük xəyanətlər də qələbələr də asayiş və təhlükəsizlik də, bu şəxslərin kimliyindən, onun etibarından, sədaqətindən asılı olur. Bütün bu tarixi hadisələri bilən, böyük savada və biliyə, təcrübəyə malik şəxsiyyət olan Heydər Əliyevə də belə bir güvənli adam lazım idi. O, bu güvəniləcək adamı tapdı! Bu, yüksək sədaqətə, etibara malik insan, Bəylər Həsən oğlu Eyyubov idi. Zaman göstərdi ki, o, bu etimada tam layiq olan bir qəhraman Azərbaycan övladıdı.

Tarixi vərəqləsək görərik ki, bu tarixi şəxsiyyətlərin, can güvənliyini qoruyan adamların içində, öz başçısına, liderinə hər çətinlikdə, hər situasiyada dəstək olan, onunçün canından belə keçməyə hazır olan şəxslər də olub, xəyanətə, və dəyə, mala-dövlətə susayıb öz liderini bada verənlər. Səriştəsiz tərpənib, təhlükəsizliyi təmin edə bilməyənlər də... Və bu hallar, o ölkəni təlatümlərə, iflasa aparıb, qana-qadaya bürüyüb. Bu elə bir məsul görəvdir ki, həm rəhbərin, həm ölkənin taleyi bu vəzifəsinin etibarlı, düzgün yerinə yetirilməsindən asılıdır. Çünki ölkə başçısının təhlükəsizliyi – elə o ölkənin təhlükəsizliyidir.

Öz ölkəsinin başçısını, hətta işindən, vəzifəsindən, taxt-tacından gedəndən sonra da, qoruyan, onu həyatının sonuna qədər bir sədaqətli dost kimi xidmət edən çoxlu şəxslər olmuşdur. O ağrılı, açılı keçmişə nəzər salsaq görərik ki, Bəylə Əyyubov da belə şəxsiyyətlərdəndir. Uzun müddət qüsursuz olaraq, Heydər Əliyevin mühafizəsini canı bahasına qorumağa şalışıb. Xaos və suiqəstlər dönəmində vəzifəsini qüsursuz həyata keçirərək, bir dost, qardaş kimi hər zaman rəhbərinin yanında olaraq, onu nankorlardan qorumuşdur.
HeEtibarın, sədaqətin, dözümlülüyün, səriştənin canlı əfsanəsi -  Bəylər Eyyubovydər Əliyev kimi bir dahinin – gündə 16 saat işləyən, tez-tez səfərlərdə olan bir şəxsiyyətin yanında addımlayıb , rəhbərin həmin anlara eləcədə həyatını qüsursuz və sədaqətlə qorumağa nail olan yeganə dözümlü və təcrübəli bir generaldır. Bəylər Eyyubov, uzun illər bu çətinliklərin öhdəsindən layiqincə gəlib. Gecə-gündüz rayonlarda, xarici səfərlərdə, Moskvada addımbaaddım rəhbərimizin yanında oldu, onun təhlükəsizliyini tam təmin etdi. Uzun iş günlərində yorulmadan onunla birlikdə dayandı, istirahətsiz qaldı, yorğun düşdü, amma öz işindən, öz sədaqətindən dönmədi. Bütün bunları qiymətləndirən onun bu yorulmaz xidmətini dəyərləndirən Heydər Əliyev, Bəylər Əyyubovu özüylə bərabər Moskvaya apardı. İşdən çıxanda da, ona güvəndi, ona etibar etdi öz təhlükəsizliyini...

Təcrübəli generalın bu keyfiyyətlərini dəyərləndirən Prezident İlham Əliyev, Bəylər Eyyubovu, 2 iyun 2003-cü ildə, özünün şəxsi mühafizəsinin rəisi təyin etdi. Belə məsul bir vəzifəni ancaq onun kimi bir adama etibar edilə bilərdi. Və elə də oldu. Artıq 15 ilə yaxındır ki, bu vəzifəni layiqincə həyata keçirilir, ölkə prezidentinin təhlükəsizliyini etibarlı şəkildə qorunur.

Bəylər Eyyubovanın bu xidmətləri qarşılığında rəhbərlik də öz vəzifəsini yerinə yetirərək, onu general-polkovnik rütbəsinə qədər təltif etdi. Vətənə, xalqa, onun dövlətçiliyinə, dövlət rəhbərinə xidmət, qiymətsiz qala bilməzdi, qalmadı da. Bütün bu əzablı məsuliyyəti, şərəfli yolun sonunda, yüksək təltiflər də olmalı idi. Bəylər Eyyubovu, “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdilər. Bir dövlətin, onun başçısının təhlükəsizliyini, qüsursuz olaraq yerinə yetirən bir generala, bu layiqli bir töhvə oldu... Və ən nəhayət, “Vətənə xidmətə görə” ordeni ilə təltif. Əlbəttə igidi, igidliyə görə təltif edərlər. Keçdiyi bu cəfalı əziyyətli, məsul, şərəfli bir yol, onun üzündə, baxışlarında, nurlu bir cizgilərlə hiss olunur. Həm də bu igid adamın duruşunda, baxışında açıq sevilən bir qətiyyət, bir mərdlik, bir qorxmazlıq var. Zəhmətin, etibarın, sədaqətin, şərəfin, dözümlülüyün, səriştənin, vicdanın canlı əfsanəsidir, general Bəylər Eyyubov...
Etibarın, sədaqətin, dözümlülüyün, səriştənin canlı əfsanəsi -  Bəylər Eyyubov
Gənc bir dövlətin, dövlətçiliyinin möhkəmlənməsi üçün belə oğullara böyük ehtiyac olub, olacacaqda. Yaxşı ki, Allah xalqımızı, dövlətimizi belə oğullardan əksik etməyibdir! Buna son Qarabağ döyüşlərində də şahid olduq. Qarabağda döyüşlər yenidən başlarsa, Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev və onun yanında mərdliyi, kişiliyi, sədaqəti ilə xidmət edən generallarımız çiyin-çiyinə verərək, torpaqlarımızı düşmənlərdən azad ediləcəyinə xalqımz qədər dünyada tam əmindir. Gənc dövlətimizi, nə xarici, nə də daxili düşmənlər heç vaxt sarsıda bilməyəcəklər. Xalqın dahi şəxsiyyət Heydər Əliyevlə birgə qaldırdığı bayraq, bir daha enməyəcək! Çünki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil, güclü Azərbaycan dövlətçiliyinin arxasında, sadiq qəhraman genrallarla bərabər, bütöv Azərbaycan xalqı dayanır. O xalq ki, onun uğrunda tərəddüd etmədən şəhid ola biləcək mərd Vətən oğulları var...
Fikrət Fərhadoğlu
Azerinews.org
Oxşar xəbərlər