Рейтинг@Mail.ru
Tarix : 17-07-2017, 11:09 | Bölmə: gundem

ANS-in bağlanmasından bir il ötür

Soruşdular ki, bizim günahımız nədir ki, bizi belə cəzalandırdılar?

İyulun 18-də yalnız Azərbaycanda deyil, həm də bütün MDB məkanında birinci müstəqil telekanal olan ANS-in bağlanmasından bir il keçir.

Keçən həftə mən daha bir il qocaldım. Bu kədərli bayramla bağlı yaxınlar və doğmalar, həm də sıralarında olub işləməyimlə fəxr etdiyim ANS kollektivinin, demək olar ki, hamısı məni təbirik etdilər. Mənə Qafqaz uzunu ömrü və Sibir cansağlığı arzu etməklə yanaşı onlar mənə bizim kanalın açılıb-açılmayacağı barədə suallar yağdırdılar. Həm də soruşdular ki, bizim günahımız nədir ki, bizi belə cəzalandırdılar?

Bizim günahımızın nə olduğunu isə yalnız Milli Tele Radio Şurası (MTRŞ) bilir. Məhz bu qurum bir-iki saat ərzində sübut iddia elədi ki, guya biz terrorizmə dəstək veririk. Mən artıq dəfələrlə yazmışam və demişəm ki, bu bəla ilə mübarizə aparan güc strukturları üçün belə qərar vermək üçün aylar, illər sürən gərgin araşdırma lazımdır. Əgər MTRŞ-də işləyən kişilər belə yaxşı kəşfiyyatçıdırlarsa, yaxşı olardı ki, Qarabağda müharibə gedən zaman ön cəbhəyə gedərdilər. Gör, nə qədər erməni kəşfiyyatçısını, terrorçusunu ortaya çıxarmışdılar. Amma təəssüf ki, onlar döyüşlərdə iştirak etməyiblər. Bəziləri təhsil alırdı, digərləri toy eləməyə hazırlaşırdı, üçüncülər çay içib Qarabağ xəbərləri göstərilən televizora baxıb erməni siyasətçilərinə lənət yağdırırdılar.

Mən həmin vaxtlar mərkəzi telviziyanın müxbiri işləyirdim və ən qaynar nöqtələrdə gənc ANS-çiləri görürdüm. Mən yaş fərqinə baxmayaraq, onlardan çox şey öyrənirdim. Bu, hər şeydən öncə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana yardım etmək istəyi ilə bağlı idi. Mən heç zaman Vahid Mustafayevin ermənilərin Ağdamdan Şuşaya uçan mülki helikopteri vurması barədə filmini unuda bilmərəm. Bu video material dünyanın bütün aparıcı telekanalları tərəfindən göstərildi və bu helikopterin Şuşaya silah aparması barədə növbəti erməni yalanını ifşa etdi.

Mən Çingiz Mustafayevin Xocalı uşaqlarının, qadınlarının və qocalarının doğranmış bədənlərinin görüntüsünü çəkərkən necə hönür-hönkür ağladığını görmüşdüm. Bunu unutmaq olmaz.

Mərkəzi televiziyada 30 ildən çox işlədikdən sonra mən Rusiya telekanalını tərk etdim. Məsələ bundadır ki, “Əsrin müqviləsi”ni bağladıqdan sonra məndən ölkəmiz barədə yalnız mənfi material tələb etməyə başladılar. Mən bununla razılaşa bilmədim və buna görə ANS-ə işə gəldim, artıq orada məni tanıyırdılar. Ən başlacası isə bizim strateji hədəflərimiz üst-üstə düşürdü - xalq, Azərbaycan və Prezident.

Məndən tez-tez soruşurlar, siz artıq 20 ildir ki, burada işləyirsiniz, heç səhv buraxmısınızmı? Mən fikirləşmədən cavab verdim, əlbəttə. O adamlar səhv etmirlər ki, heç bir iş görmürlər. Axı biz ideal deyilik. Onda biz həyatda yaşamazdıq, muzeydə olardıq və üzərimizdə “ideal adam” lövhəsi olardı. Azərbaycanın ən yeni tarixinin banisi, həyat və yaradıcılığını örnək sandığım Heydər Əliyev bir dəfə Naxçıvanda mənə demişdi ki, Mais, səhv etmək olar, amma satmaq olmaz. Mən onun bu sözlərini bütün ömrüm boyu xatırlayıram.

Artıq bir ildir ki. Bizim kanalı bağalyıblar və biz əssasız olaraq “terrorçuların havadarı” ləkəsi ilə yaşmağa məhkumuq. Mən gözləyirdim ki, bizim ölkədə hansısa çap nəşri ANS-in bağlanma səbəbləri barədə araşdırma aparar, ekspertlərlə və bizim iddiaları təmin etməyən hakimlərlə danışar, çünki televiziyalar MTRŞ-in tam nəzarəti altında olduğundan bunu edə bilməzlər. Amma çap KİV-ləri hər şeydən yazdılar, amma yalnız bundan yox.

Onda mən polyak yazıçı Bruno Yasenskinin bir sözü yadıma düşdü: “Düşmənlərdən qorxma, onlar səni yalnız öldürə bilərlər. Dostlardan qorxma, onlar yalnız səni sata bilərlər. Laqeydlərdən qorx, məhz onların səssiz razılığı ilə Yer üzünün bütün cinayətləri baş verir”.

Biz ANS-çilər ümidlə yaşayırıq ki, bizim şirkəti yenidən açacaqlar. Həmişə olduğu kimi, ümid ən sonda ölür. Mən bu sözləri təsadüfən yazmıram, ümid edirəm ki, bu sözlərim İlham Əliyevə çatacaq. On bir il öncə məmurlar bizim şirkəti bağlamağa qərar verən zaman bizi yalnız İlham Əliyev müdafiə etdi. Biz bunu heç zaman unutmayacağıq. Bəlkə, bu materialı həm də birinci vitse-prezident Mehriban xanım Əliyeva da oxudu. Bu zərif qadın ən yüksək səviyyədə Avropa mahnı və idman bayramlarını keçirərək bütün dünyanı heyran qoydu. Uğurla keçirilən İslam oyunlarına görə Mehriban xanımın ünvanına islam ölkələrinin rəhbərləri tərəfindən çox sayda təşəkkür sözləri səsləndi.

Bu yaxınlarda hansısa xarici satyda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı göstərdiyi qayğı, xeyirxahlıq və ehtiyacı olanlara göstəridyi yardıma görə Azərbaycanın “Tereza anası” sayırlar. Ən başlıcası isə prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva dəfələrlə qeyd ediblər ki, bizim kanalın işini yüksək qiymətləndirirlər.

Bu kiçik yazını başa çatdıraraq qeyd etmək istəyirəm ki, bir sıra məmurlar üçün Azərbaycan gəlir mənbəyidir. Bu barədə mətbuat hər gün korrpusiyaya qarşı mübarizə çərçivəsində yazır. Biz isə öz ölkəmizi gələcəkdə güclü, varlı və xoşbəxt görürük. Biz həmişə onu müdafiə edəcəyik. Buna görə biz prezidentimizdən yalnız bir şeyi xahiş edirik ki, bizə bu ağır zamanlarda hardasa uzaqda deyil, onunla bir sırada olmağa icazə versin. ANS mümkün olan və olmayan hər şeyi etməyə hazırdır. Mənə, bu yaşlı adama inanın. Mən heç zaman heç kimi aldatmamışam. Bu belə də olacaq.
Oxşar xəbərlər