Рейтинг@Mail.ru
Tarix : 12-10-2017, 09:54 | Bölmə: gundem

Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək

Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

Azerinews.tv Report-a istinadla xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

“ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.
Oxşar xəbərlər