Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...Xalqını ucaldan dəyərli şəxsiyyət Heydər Əliyevin vəfatından 14 il ötürXalqını ucaldan dəyərli şəxsiyyət Heydər Əliyevin vəfatından 14 il ötürBərdə icra hakimiyyətinin şöbə müdiri içkili halda qəza törətdi – ölən və ağır yaralılar varBərdə icra hakimiyyətinin şöbə müdiri içkili halda qəza törətdi – ölən və ağır yaralılar varVilyam Hacıyev dövlət əmlakını mənimsəyən şəxs üçün pul yığılması tapşırığını verdi - ARAŞDIRMAVilyam Hacıyev dövlət əmlakını mənimsəyən şəxs üçün pul yığılması tapşırığını verdi - ARAŞDIRMA8-ci km-nin bazarı vəhhabilərin əlinə keçdi? - Bazara rəhbərlik edən 8-ci km-nin bazarı vəhhabilərin əlinə keçdi? - Bazara rəhbərlik edən "triada" kimə işləyirBroker Əbülfəzin ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesiBroker Əbülfəzin ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesiBöhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdiBöhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdiAğdamın Soltanbud meşə ərazisi qanunsuz məhv edilir – VİDEOAğdamın Soltanbud meşə ərazisi qanunsuz məhv edilir – VİDEOTƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)BROKER Əbülfəz və Anar Allahverdiyev Azərbaycanı satdı – Avropada gizli görşlər + VİDEOBROKER Əbülfəz və Anar Allahverdiyev Azərbaycanı satdı – Avropada gizli görşlər + VİDEOBaş Dövlət Yol Polis İdarəsinin 403-cü pul dağarcığı, Vahid Nuriyevi müxalifətçiyə bağlayan GİZLİ NÜANS - İDDİABaş Dövlət Yol Polis İdarəsinin 403-cü pul dağarcığı, Vahid Nuriyevi müxalifətçiyə bağlayan GİZLİ NÜANS - İDDİA"Kristal Abşeron"un bəlaya saldığı minlərlə sakini aldatdı - deputat Ağalar Vəliyevdən müdhiş korrupsiyaZarrabın etiraflarında Azərbaycan nüansı: Azərbaycanın da maliyyə qurumları da bu işə bulaşıb - FOTOFAKTZarrabın etiraflarında Azərbaycan nüansı: Azərbaycanın da maliyyə qurumları da bu işə bulaşıb - FOTOFAKTRüşvətlə bağlanan müqavilələr, yeyinti və sui-istifadə halları Salyan Təhsilində kök salıb - İDDİARüşvətlə bağlanan müqavilələr, yeyinti və sui-istifadə halları Salyan Təhsilində kök salıb - İDDİA"Öz dostunu tələbə qızıla şantaj etdi" - ATU rektoru haqqında ŞOK iddia
Рейтинг@Mail.ru
Tarix : 13-11-2017, 15:13 | Bölmə: gundem, banner

TƏCİLİ - ADPU-da kütləvi narazılıq dalğası: Universitetdə ara qarışdı“Alimlər, qabaqcıl müəllimlər elmi dərəcəsi olmayan və bir saat dərs deməmiş laborantlarla, texniki işçilərlə əvəz olunurlar”

Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birləşdirilməsindən, həmçinin Cəfər Cəfərovun bu ali təhsil ocağına rektor təyin olunmasından sonra narazılıqlar səngimir. 23 iyun 2016-cı ildə ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun gəlişindən dərhal sonra apardığı “islahatlar” universitetin müəllim və tələbə heyəti arasında ciddi narazılıq doğurub. Xüsusilə kadrların təyin edilməsi, müəllimlərin işə qəbulu zamanı ciddi qanun pozuntularının olduğu barədə informasiyalar verilir. İnternet axtarış sistemlərində qısa araşdırma aparmaq kifayətdir ki, ADPU-da C.Cəfərovun dönəmində keçirilən müsabiqələr haqqında dolğun rəy formalaşsın.Doğrudur bu müsabiqələri yeni rektorun təhsil sahəsində az qala “inqilabi” islahatları kimi təqdim edənlər də vardır. Ancaq bu “müsabiqələr” nəticəsində təcrübəli pedaqoqların, elm xadimlərinin universitetdən uzaqlaşdırılması, əvəzində rektora, kafedra müdirlərinə yaxın şəxslərin ali məktəbə qəbul edilməsi hallarına rast gəlinir.Bu barədə gundemxeber.az- şok müraciət daxil olub. Beləki, ADPU-da təşkil edilən “müsabiqə”lərdən narazılığını bildirən, media vasitəsilə Ölkə başçısına, Birinci Vitse-prezidentə müraciət edən müəllimlər C.Cəfərov idarəçiliyinin yaratdığı ziddiyyətlərdən, doğurduğu acı nəticələrdən söz açırlar.

“Məhkəmələri cibimizdə gəzdiririk”

Redakdiyamıza müraciət edən Əliyeva Arzu Əsəddin qızı ADPU-da keçirilən müsabiqədən sonra iş yerini itirib. Müsabiqənin qeyri-şəffaf, müxtəlif maraqlar əsasında keçirildiyini bildirən şikayətçi pozulmuş hüquqlarının bərpası ümidiylə Səbayel rayon məhkəməsinə müraciət edib. Artıq 4 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də onun müraciətinə məhkəmə tərəfindən hüquqi qiymət verilməyib. Şikayətçi “Gündəm Xəbər”ə bildirir ki, məhkəmə məqsədli şəkildə prosesi uzadır. “Hər dəfə ADPU-nun hüquqşünası Zakir Nağıyev məhkəməyə əsli olmayan, guya surəti çıxarılmış sənədlər təqdim edir. Səbayel Məhkəməsi də həmin “sənədlərə” əsasən işi yubadır, daha çox ADPU-nun maraqlarının müdafiəçisi rolunda çıxış edir. “Arzu Əliyeva məhkəmənin süründürməçiliyindən şikayət edərək bildirir ki, “ADPU-nun kadr şöbəsinin sabiq müdiri Avtandil Bayramov deyirdi ki, biz məhkəmələri cibimizdə gəzdiririk, heç bir qanun bizə bata bilməz. Nədənsə hər dəfə Səbayel məhkəməsinin hərəkətlərinə baxanda bu sözləri xatırlayıram.”


“Bu ali təhsil müəssisəsinin ədalətsiz seçki sistemi qeyri- obyektivliyə, qərəzli münasibətə, özbaşınalığa və məkrli idarəçiliyə şərait yaratdı”

Redaksiyamıza müraciət edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllimi Cəfərova Pərvin Aydın qızı bildirir ki, 22 illik pedaqoji stajının 9 ili körpələr evi-uşaq bağçası, 13 ili isə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlıdır. Fəaliyyəti müddətində məktəbəqədər təhsilin kurrikulumunun Təhsil Nazirliyi xəttindən təşkil olunmuş təlimlərində iştirak etmiş ilk təlimçilərdən olan P.Cəfərova məktəbəqədər təhsillə bağlı bir çox layihələrdə təlimçi, mentor, monitorinq rəhbəri olaraq bu günə qədər də aktiv və nümunəvi fəaliyyətini davam etdirir. Pərvin Cəfərova müsabiqədə üzləşdiyi haqsızlıqlarla bağlı müraciətində bildirir :

“ADPU-nun 04.03.2017 ildə "Xalq qəzeti"ndə verilən elan əsasında müsabiqədə iştirak edib dərsimi təqdim etmişəm. Tədris etdiyim fənn "Məktəbəqədər pedaqogika" tədris yükündə II semestr üçün nəzərdə tutulmamağına baxmayaraq, bu fənn tədris edilməyən və heç tanımadığım 105 və 106-cı qruplarda uğurla təşkil edə bilmişəm. Auditoriyanın öyrədici-texniki mühit baxımından yararsız olması mövcud olan texniki vəsaitlərdən istifadəni məhdudlaşdırdı. Bütün çatışmazlıqlara baxmayaraq dərsi fəal təlim üsulları ilə, əyani vəsaitlərdən istifadə ilə tədris etmişəm. Müsabiqənin nəticələri açıqlanan zaman ədalətsiz və qeyri-şəffaf olaraq 51,15 ball topladığım deyildi. Mənimlə bir fənn üzrə müsabiqədə iştirak edən bakalavr ixtisası coğrafiya, bir il pedaqoji stajı olan, heç bir elmi adı olmayan, və ən maraqlısı kafedra müdiri və fakültə üzrə seçki komissiyasının sədri Müseyib İlyasovun qonşusu və həyat yoldaşı işləyən məktəbin direktorunun qızı olan Səmədzadə Fəridə Oqtay qızı , bu fənni heç bir zaman tədris etməyən Həsənova Pərişan Məhərrəm qızı yüksək nəticə toplamışlar. Müsabiqəyə sənədlərimizi təqdim edərkən bizdən diplomlarımız, dərc olunmuş elmi tədris-metodiki əsərlərin siyahısı notarial qaydada istənilmiş, amma bunlar heç biri nəzərə alınmamışdır. Qiymətləndirməyə başqa şərtlərin təsirini düşünərək Univerisitetimizin rektoru Cəfər Cəfərovdan dərslərin video görüntülərinin açılıb bizim iştirakımızla müqayisəli baxılmasını, seçki komissiyasının tərkibinin dəyişdirilməsini tələb etdim və bunun əsasında apellyasiya şikayəti təqdim etdim. Baxmayaraq ki, Tədris-metodiki şöbəsinin müdiri Sənan Əliyev tələblərin həyata keçiriləcəyini və işə ədalətlə baxılacağına zəmanət verirdi, lakin, şikayətə baxılan zaman qeyri-obyektivliyin bir daha şahidi oldum.”

Apellyasiya şikayətinə baxılan zaman qərəzçiliklə üzləşdiyini bildirən P. Cəfərova daha sonra bildirir :

“Dərslərin açılıb müqayisə olunması, komissiyanın dəyişdirilməsi tələbim icra olunmadı. Dərsə yenidən baxılarkən, göstərilən bir çox iradları ilə razı deyildim. Misal üçün, sənədin qəbul səbəbini açıqlayarkən, Qarabağ müharibəsinin məktəbəqədər sahəyə verdiyi fəsadlar və onların aradan qaldırılmasında dövlətimizin Təhsil Strategiyasına yer verməyim komissiya üzvlərinin çoxunda etiraz doğurdu. Komissiya üzvlərinin iradları bir-biri ilə üst-üstə düşmürdü. Ən gülünc irad - dərsi təlimçi kimi aparmağımı və bunun dərs yox, təlim olduğunu bildirməkləri oldu. Bəs dərs təlim deyilmi?!

Apellyasiya şikayətlərinə baxılmasının formal olduğunu Univerisitet üzrə heç bir şəxsin şikayətin təmin olunmaması sübut edir. Bu Ali təhsil müəssisəsinin ədalətsiz seçki sistemi fakültəmizdə qeyri- obyektivliyə, qərəzli münasibətə, özbaşnalığa və məkrli idarəçiliyə şərait yaratdı. Bütün bu seçki saxtakarlığının fakültə dekanı Şəhla Əliyevanın əlində cəmləşməsi hər kəsə məlumdur. Bu isə komissiya üzvlərinin tərkibində özünü göstərir. Komissiya dekanın ən sadiq adamlarında təşkil olunub. Həsənova Pərişan müsabiqədə iştirak etməsinə və bir il bu Univerisitetdə işləməsinə baxmayaraq komissiyanın üzvüdür. Seçkilərdə olan saxtakarlıq barədə dəfələrlə müxtəlif şəxslər tərəfindən rektor Cəfər Cəfərova müraciət edilməyinə baxmayaraq, cavab eyni olmuşdur: "Mən nə edə bilərəm?"


Pərvin Cəfərova bildirir ki, 2017-ci ilin sentyabrın 6-da “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri Müseyib İlyasov tərəfindən ona ştatdan çıxıb, bir illik ərizə yazmaq təklif edilib, əks halda işdən uzaqlaşdırılacağı söylənilib. “ Sentyabrın 14-də mənə işdən çıxarılmağımla bağlı zəng gəldi. İçində olduğum bu ədalətsiz vəziyyət mənim səhətimə öz təsir etmişdi və sentyabrın 11-dən xəstəliyə düşmüşəm. Mən bülletendə olduğum zaman işdən çıxarılmağımla bağlı Həmkarlar təşkilatının heç bir müzakirəsi olmadan əmr verildi. Baxmayaraq ki, bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2 maddəsnə ziddir. “

ADPU-da üzləşdiyi qanunsuzluqlardan, hüquqlarının pozulmasından şikayətçi olan P. Cəfərova ölkə başçısına və birinci vitse-prezidentə müraciət edərək kömək istəyir :

“Hörmətli Prezident və Hörmətli Mehriban xanım! Sizdən artıq dərəcədə dərsimin obyektiv və müqayisəli baxılmasını, qiymətləndirmə zamanı 22 illik pedaqoji stajımı, pedaqogika üzrə fəlsəfə doktorluğumu, 20-yə yaxın sertifikatlarımı, məktəbəqədər təhsil sahəsinin inkşafı və kadrların hazırlanması, təkmilləşdirilməsi sahəsində verdiyim töhfələrin və ailə başçısı olmağımı nəzərə alınaraq işdə bərpa olunmağımda kömək etməyinizi xahiş edirəm. “

“Belə prosedur davam edəcəksə elmin inkişafından söhbət gedə bilməz, millətin genofondu məhv olunacaq”


ADPU-da keçirilən müsabiqədə hüquqlarının pozulmasından şikayət edən Olqa Vəlimedova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edərək haqlarının bərpa olunmasına kömək edilməsini istəyir. “Tələbəlik illərim 90-cı illərin əvvəllərinə təsadüf etdiyi üçün bizim ailə başqa vətəndaşlar kimi Azərbaycanı tərk etmək yox, qalmaq qərarına gəlib və mən ciddi şəkildə Azərbaycan dilini öyrənməyə başlamışam. Hal-hazırda psixologiya üzrə fəlsəfə doktoru, dosentəm “ deyən Olqa Vəlimedova müsabiqə zamanı üzləşdiyi özbaşnalıqlar haqqında müraciətində bildirir :

“Artıq bir ildir çalışdığım Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən mən, digər müəllimlər kimi elmi-pedaqoji fəaliyyətimi Pedaqoji Universitetində müəllim vəzifəsində davam etdirirəm. Hörmətli Prezidentimizin iki Ali məktəbin birləşməsi haqqında Sərəncamında Müəllimlər İnstitutundan gələn professor-müəllim heyətinin iş fəaliyyətini davam etdirmək haqqında heç bir şərt və ya məhdudiyyət göstərilməyib. Keçən il bağlanmış Müəllimlər İnstitutunun bütün işçilərindən işdən çıxmaq barədə ərizə yazmağı tələb etdilər və bu istəklərinə nail olmadıqda rəhbərlik bütün professor-müəllim heyətinə müsabiqədən keçmək şərtilə bir illik əmək müqaviləsini bağlamağı tələb etdi. Mən başqa müəllimlərlə müəllim işləmək hüququ almaq məqsədilə “Xalq” qəzetində çıxmış elana əsasən müsabiqədə iştirak etməyə məcbur qalmışam. Pedaqoji Universitetin rəhbərliyi tərəfindən ayrılan yerlərin sayı işçilərin sayına uyğun verilməyib (540 nəfər üçün 114 yer), baxmayaraq ki, kafedralarda dərs yükü yetərlidir. Müsabiqədə AMİ-dən gələn müəllimlərlə ADPU-nin müddətli müqavilələri bitmiş müəllimləri, müəllim işləmək istəyən laborantlar, texniki işçilər, magistrlər, kənardan gələn elmi dərəcəsi və pedaqoji stajı olmayan müəllimlər iştirak edirdilər.”

“Fakültə dekanlarına vəfalı adamlardan ibarət fənn komissiyası yaradılmışdır”

Fənn komissiyalarının yaradılması zamanı daha çox kafedra müdirlərinin maraqlarının nəzərə alındığını bildirən O. Vəlimedova bildirir ki, “bu məqsədlə hər fakültə dekanlarına vəfalı adamlardan ibarət fənn komissiyası yaradılmışdır. Komissiya üzvləri sırasında pedaqoji fəaliyyətindən uzaq , özləri seçilən, hətta metallurq ixtisaslı (özü seçilən Lamiyə Qurbanova) adamlar da var. Müsabiqənin nəticəsi o oldu ki, seçilənlərdən 70-80 faizi bir saat dərsi deməmiş laborantlar, texniki işçilər, magistr, elmi dərəcəsi olmayan adamlardır. Onlar bir dərsi əzbərləyib, tanış və pulun müqabilində özlərinə fakültə dekanı Şəhla Əliyevanın köməyi ilə yüksək bal alıb savadlı elm adamları kənara ataraq beş il müddətində müəllim işləmək hüququ qazanıblar. Amma mənim qarşılaşdığım ədalətsizlik ilə heç bir müəllim qarşılaşmamışdır. Mənim üç dil bilməyimə, psixologiyanın 27 fənnindən tədris edə bilməyimə , tədris prosesində yeni texnologiyaları tətbiq etməyimə baxmayaraq “Məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və korreksiyaedici təlim” fakültəsinin dekanı Şəhla Əliyevanın diktəsi nəticəsində 100 ballıq sistemi üzrə mənə qərəzli olaraq 21,6 ball veriblər. Bu dekan pedaqoji kollektivdə əlverişli psixoloji iqlim yaratmaq əvəzinə münaqişə, rüsvay, qırğınlara üstünlük verir. O, rəhbərlik etdiyi fakültəni bazara çevirib, orada hər şeyin öz qiyməti var (tələbənin qaibini gizlətmək, sərbəst, kurs işi yazmamaq üçün qiymət almaq, aşağı balla və qaiblərin limiti keçib imtahana buraxılmaq, praktikaya gəlməmək və praktikadan qiymət yazmaq və s.). Mən bunlara etiraz etdiyim üçün dekanın arzuolunmaz adamları sırasına düşmüşəm, mənə qarşı hər gün müxtəlif təzyiqlər olurdu, işimdə qüsur və davranışımda günah axtarılırdı, dekan tərəfindən tələbələrarasında mənim həbsxanada yatdığım barədə şayiələr yayılırdı.”

“Balları qaldırmaq olmaz, endirmək olar”

Bu barədə Universitet rəhbərliyinə dəfələrlə şikayət etməsinə, rektorun qəbulunda olmasına baxmayaraq müraciətinə baxılmadığını bildirən O. Vəlimedova “Məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və korreksiyaedici təlim” fakültəsinin dekanı Şəhla Əliyevanın qanunsuz əməllərindən söz açır :

“Müəllimlər və tələbələr də bu dekandan şikayətlənir , buna baxmayaraq respublikamızın elmi-pedaqoji potensialının aqibəti rektor tərəfindən ona tapşırılıb. Bu isə düşmən əlinə pay verməsinə bərabərdir və o, bu haqdan yetərincə sui-istifadə edib. Şəhla Əliyeva dekan vəzifəsində uzun müddət işləyərək plagiat yolu ilə professor dərəcəsinə çatıb, (onun adı altında çıxmış elmi əsərlər rus və Azərbaycan kitablardan köçürülüb). O, bu fakültəyə şəxsi mülkiyyəti kimi baxır, orada anarxiya, tiraniya, rüşvətxorluq yaradıb. Kimlər ona pul və ya hədiyyə vermir, onun çirkin işlərində iştirak etmir, həmin şəxslərə müxtəlif yolla divan tutulur. İndi də o, fənn komissiyasının sədri Müseyib İlyasovun əli ilə buna nail olub. Rektora müraciətimizə cavab olaraq apelyasiya komissiyası yaradılıb. Müəllimlər öz dərslərindən başqa rəqiblərin dərslərinin baxılmasına tələb edir, çünki o dərslər biyabırçı olduğu üçün tələbələrin etirazlarına səbəb olmuşdur, bəzi dərslər 80 dəqiqədən yarımçıq, on dəqiqəlik keçilib, dərslərin video çəkilişləri parça-parça qurulmuşdur. Əgər o dərslər həqiqətən nümunəvidirsə, onda niyə onları göstərtməkdən qorxurlar? Apellyasiya komissiyasından bildirildi ki, rəhbərlikdən verilən göstərişə əsasən, balları qaldırmaq olmaz, endirmək olar. Dərsimin təkrar dinlənilməsi mənim iştirakım olmadan keçib, mənə ədalətsiz olaraq verilən ballar dəyişməz olaraq qalıb və heç bir sənəd verilməyib. “ Müsabiqənin qeyri –şəffaf aparıldığını bildirən O. Vəlimedova müəllimlərin hansı yollarla işə qəbul edildiyini açıqlayır :

“Mənim rəqibim Əlixanova Gülnarə İxtisasartırma və Yenidənhazırlama İnstitutunun texniki işçisidir. Elmi dərəcəsi və baş müəllimliyi olmayan bu şəxs pulun qarşılığında mənim əvəzimə təyin olunaraq işə təqdim etdiyi sənədlərində özünə “baş müəllim” yazır, dövlətimizi aldadaraq yalan yolu ilə mühazirə dərslərini alıb, maaşı artıqlaması ilə alacaq. Analoji hərəkətləri başqa təzə seçilənlər də edib.”

“ Bu saxta və biabırçı müsabiqə baş tutandan sonra respublikamızın bir sıra nüfuzlu dövlət qəzet və saytlarının səhifələrində ADPU-da güya onun şəffaf və obyektivlik prinsipi ilə keçirilməsi, zəngin erudusiya, ətraflı dünyagörüşünə malik olan kadrlar cəlb olunması, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulunun yeni prosedurla həyata keçiriləcəyi haqqında bir çox yazılar yer alıb. Əgər belə prosedur davam edəcəksə, elmin inkişafından, savadlılıqdan, hətta psixoloji sağlam insanlardan söhbət gedə bilməz, millətin genofondu məhv olunacaq! “-deyə müraciət müəllifi bildirir.

“Avtandil müəllimin adamlar üzərində kadr eksperimentlərin nəticəsində iki işçi dünyasını dəyişib”

C.Cəfərovun universitetdə formalaşdırdığı dözülməz şəraitdən, onun kadrlarının qanunlara məhəl qoymamasından şikayətlənən O. Vəlimedova ADPU-da baş verən faktları açıqlayır : “Cəfər Cəfərov rektor ola-ola Universitetə faktiki olaraq kadr şöbəsinin müdürü, həbsxananın sabiq vaxtyoru Avtandil Bayramov (artıq vəzifədən çıxarıldığı bildirilir-red) və tədris-metodik şöbəsinin müdürü Sənan Əliyev idarə edirlər. Avtandil müəllimin adamlar üzərində kadr eksperimentlərin nəticəsində iki işçi dünyasını dəyişib, biri rektorun qəbul otağında ölüb. Ədalətsiz olaraq ştatdan çıxarılmış uzun illər çalışan savadlı 386 müəllim (onlardan 84-ü AMİ-dən gələn) rektorun otağına üz tutsalar da əlac tapmırlar; onlara yalnız bir illik müqavilə bağlamaq təklif olunur. Onlar yayda istirahət etmək əvəzinə əsəb xəstəliyinə düşüblər, ailə üzvləri də gərginlik keçirirlər. Rektorun hər dəfə “mən nə edim” ifadələrinə artıq dözmək olmur. Avtandil Bayramov 2017-ci il sentyabrın 6-da məndən bir il işləmək üçün ərizə tələb etdi və ərizəni yazmayacağım halda işdən çıxarılacağımı bildirdi. Bir həftədən sonra mən işdən çıxarıldım. Bir neçə aydan sonra növbəti belə müsabiqə gözlənilir və biabırçı proses davam olunacaq . Əmək Məcəlləsinin 79 maddəsinə əsasən işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv olunması qadağan olmağına baxmayaraq, mənimlə onu riayyət etmək istəmirlər. “

“Alimlər, qabaqcıl müəllimlər elmi dərəcəsi olmayan və bir saat dərs deməmiş laborantlarla, texniki işçilərlə əvəz olunurlar”

ADPU-da keçirilən müsabiqələr zamanı baş verən hüquqpozmalara toxunan müraciət müəllifi bildirir :

“Söhbət ADPU-da mövcud qanunvericilik aktlarının məmur özbaşınalığı formasında dəyişdirilməsindən, fəaliyyətinin dayandırılmasından, onların yeni anti-qaydalarla əvəz olunmasından gedir. Təbiidir ki, mövcud qanunvericiliyin tələbinə görə hər bir təhsil subyekti bu rəsmi sənədlərin tələblərin sözsüz, müzakirəsiz, dəqiq şəkildə icra etməyə borcludur və bunun əksi inzibati-hüquqi məsuliyyəti meydana çıxarır. Hörmətli Prezident! Elm və təhsilin inkişafı yolunda uzun illər canfəşanlıq göstərən alimlər, qabaqcıl müəllimlər kütləvi şəkildə elmi dərəcəsi olmayan və bir saat dərs deməmiş laborant, texniki işçilərlə əvəz olunurlar. Universitetin mövcud olan daxili qaydalarına əsasən aşağı bal toplayanlarla bir illik, yüksək ball toplayanlarla beş illik əmək müqaviləsi bağlanır. Vicdansız yolla yüksək ball qazananlar Elmi Şuranın iclasında təmtəraqlı şəkildə sertifikat və pulla mükafatlandırılaraq nümunəvi və yüksək əxlaqlı müəllimlər kimi təqdim olunublar. Belə çıxır ki, bu ADPU-nun sertifikatları Prezident Aparatının nəzdində Ali Attestasiya Komissiyası tərəfindən verilən elmi dərəcə və adlardan, eləcə də Prezidentin Sərəncamı və Əmək Məcəlləsindən üstündür!

“Cəfər Cəfərov qanunları dəyişdirmiş, onları "islah" edərək "anti-qanunlar" yaradaraq idarəetmə sistemini məhvə sürükləyir”

Diqqətlə fikir verin, görün, ADPU-nun indiki rəhbəri prof. Cəfər Cəfərov bu qanun-qaydaları necə dəyişdirmiş, onları necə "islah" etmiş və nə kimi "anti-qanunlar" yaradaraq idarəetmə sistemini məhvə sürükləmişdir:
1. Bu yaxınlarda pedaqoji universitetdə tədris köməkçi-heyətinin attestasiyası keçirilmişdi. Mövcud qanunvericiliyin tələblərinə zidd olaraq həmin attestasiyanın keçirilməsi üçün yaradılan komissiyaya sədr və müavini kənardan dəvət olunmuş və onlara zəhmət haqqı ödənilmişdir. Komissiyanın tərkibi birmənalı şəkildə müəssisənin kollektivindən olmalı idi. Əgər attestasiya zamanı mövcud sahə üzrə mütəxəssis olmazdısa, o zaman kənardan buraya müəyyən mütəxəssislər cəlb oluna bilərdi.

Bax: Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi QAYDALARI
1.3. Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.

Əmək məcəlləsində:
Maddə 65. Bənd 3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.
2. Rəsmi sənəddə attestasiya nəticəsində kütləvi ixtisarların aparılması yolverilməzliyi xüsusi qeyd olunduğu halda rektorluq bu tələbi tamamilə kənara qoymuşdur;
Baxaq Əmək məcəlləsi, 67-ci maddə, bənd 3:

İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Bu bəndin tələbinə riayət olunmadığından 300-ə yaxın işçi kütləvi şəkildə ixtisar edilmişdir. Rəhbərlik ixtisar edilənlərin bir qismini "magistr deyilsiniz" deyə, digərlərini isə saxta attestasiya yolu ilə işdən kənarlaşdırmışdır.
3. Tədris-köməkçi heyətinin attestasiyası zamanı "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları"nın ( AR Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı) 2.7.-ci bəndinin tələblərini pozmuşlar: 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. Amma bunlar həmin sənədləşdirmə işini bu qaydaların tələbləri ruhunda yerinə yetirməmişlər. Əmək məcəlləsində 65-ci maddənin 5-ci bəndində göstərilir: Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Amma bunlar mövcud qaydanın tələblərindən tamamilə kənara çıxmış, aidiyyatı olmayan suallar vermiş və üstəlik də həmin sualların heç birini attestasiya vərəqi formasında rəsmiləşdirməmişlər.

4. Təhsil müəssisələrində vəzifələrin tutulması, müsabiqələrin keçirilməsi qaydalarını rektorluq deyil, Nazirlər Kabineti, Təhsil Nazirliyi və ya yuxarı orqanlar müəyyən edir. Amma bizdə bunu Universitet Elmi Şurasının qərarı ilə mövcud qanunvericilik tələblərinə zidd olaraq rektorluq özü həyata keçirmişdir. Əmək məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndi bu barədə aydın şəkildə göstərir: Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Yəni Təhsil Nazirliyinin müvafiq əsasnaməsi.

5. Ali məktəblərdə professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulmasına dair nazirliyin əsasnamənin mühüm tələblərinin təhrif olunması. Əsasnamədə: Maddə 2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış sayılır. ADPU-nun "qaydaların"da: 2.18. Professor, dosent, baş müəllim, müəllim müsabiqəsində iştirak etmək üçün ən azı iki namizəd sənəd vermədikdə yaxud ən azı iki namizəd müsabiqədə iştirak etmədikdə və ya bu vəzifələrə təyinolunma baş tutmadıqda vakant olan həmin vəzifələrin tutulması üçün yenidən müsabiqə elan olunur". Hətta öz sənədlərində "...Daxili fəaliyyət qaydalarında" göstərdikləri bu -2.10-cu bəndin tələblərinə belə əməl etməmişlər.

Buyurun baxın: 2.10. .... göstərilən vәzifәlәrin tutulması qaydası haqqında müddəa Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ sәnәdlәri ilә tәsdiq edilmiş qaydada həyata keçirilir. 6. Vəzifələrin tutulmasına dair Təhsil Nazirliyinin əsasnaməsinin hər hansı bir bəndi pozularsa, rektor müsabiqənin və seçkilərin nəticələrini ləğv etməli idi.

Baxaq: 2.10: Bu Əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər). Çox təəssüf ki, Təhsil Nazirliyinin əsasnaməsindəki bu tələbi rektorun özü pozmuşdur. 7. Ali təhsil müəssisələrində müsabiqələrin elan olunma müddətlərindəki təhriflər: Təhsil Nazirliyinin Əsasnaməsində göstərilir: 3.1. Ali təhsil müəssisələrində müsabiqə bütün tədris ili müddətində elan edilə bilər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "qaydasında" isə belə verilir: 1.4.-də müsabiqə tədris ilinin ikinci yarısında elan edilə bilər.

8. Müsabiqənin keçirilməsi qaydalarında edilən dəyişiklik. Həm əsasnamənin, həm də əmək məcəlləsinin müvafiq bəndlərində əksini tapan müddəaları bir kənara qoymuşlar. Nazirliyin Əsasnaməsində: Maddə1.6. Dosent, baş müəllim və assistentləri fakültə elmi şurası seçir. Bunların qaydalarında açıq dərslərin videoyazısı, metodşurada müzakirə, alınan bal, kafedrada müzakirə və səsvermə, fakültə elmi şurasında müzakirə və səsvermə kimi əsasnamənin tələblərinə zidd olan qeyri-qanuni qaydalar irəli sürülmüşdür. Əmək məcəlləsinin 50-ci bölməsinin 3-cü bəndində bu barədə aydın şəkildə göstərilir ki: Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqələrin keçirilməsi zamanı əmək məcəlləsinin bu tələbləri təhrif olunmuş, onun müddəalarına əməl olunmamışdır.

9. Müsabiqə yerlərinin elan olunması zamanı süni rəqabət mühitinin yaradılması. Belə ki, universitetimizdə kafedralar üzrə 350 yer üçün vakant vəzifələrin tutulmasına dair elan vermək əvəzinə 115 yerin elanının verilməsi həyata keçirilmişdir. Saxta müsabiqədən kənarda qalan digər müəllimlərlə qeyri-qanuni olaraq bir illik əmək müqaviləsi bağlanılmışdır. Bu iş məhz həmin süni, qeyri-qanuni rəqabət mühitinin yaradılmasından sonra belə alınmışdır. 10. Müsabiqəyə vəzifələrin deyil, fənlərin çıxarılması qüvvədə olan əmək məcəlləsinin tələbinə uyğun deyildir. Belə ki müəllim vəzifəni tutduqda bir fəndən deyil, bir neçə fəndən dərs deyir.

11. Müsabiqənin elan olunması prosedurandakı pozğunluq. Əsasnamədə: 3.6. Ali məktəb rektoru kadrlar şöbəsinin təqdimatına əsasən hər tədris ilinin əvvəlində (sentyabr ayının 15-dək) cari ildə səlahiyyət müddəti bitəcək seçkili vəzifələrin birinə seçki müddətinin qurtarmasına ən azı 1 ay qalmış bu haqda məlumat verir. Universitet qaydalarında: 1.6. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoruna İnsan resursları şöbəsi tərəfindən hər tədris ilinin əvvəlində (noyabr ayının 30-dək) cari tədris ilində səlahiyyət müddəti bitəcək seçkili vəzifələrlə bağlı məlumat verilməlidir.

12. Hətta universitetin özünün yaratmış olduğu seçki qaydasında ziddiyyətli məqamlar vardır. Bax: 1.9. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən mərkəzi mətbuatda və Universitetin internet səhifəsində növbəti tədris ilində tədris olunacaq fənlər üzrə müsabiqə elan edilir. 1.10.Professor, dosent, baş müəllim, müəllim vəzifələrinə namizədliyini irəli sürənlər müvafiq normativ-hüquqi sənədlərlə, qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur. Və ya 1.14. Professor, dosent, baş müəllim, müəllim vəzifələrini tutan şəxslərin fəaliyyətinə hər hansı səbəbdən müəyyən olunmuş... 1.9. –da fənlər üzrə verilir, 1.10, 1.14-də isə vəzifələr qeyd olunur(?)
Əmək məcəlləsində isə belə göstərilir:
Maddə 50. Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi.
2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. Nazirliyin əsasnaməsində də vəzifələr qeyd olunur: 1.3. Seçki və ya təyinatla tutduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.
13. Müsabiqə necə həyata keçirilməlidir? Nazirliyin əsasnaməsində bu barədə aydın şəkildə göstərilir: 3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Amma bunlar həmin bəndin tələbini tamamilə pozmuşlar.
14. Müsabiqə iştirakçılarının vəzifəyə seçilməsi qaydası Əsasnamədə belə ifadə olunur: 3.4. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professor-müəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır. Kafedra hər bir namizədin elmi, elmi-pedaqoji fəaliyyətini obyektiv surətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) Elmi Şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər. Amma ADPU-nun qaydalarındakı - 2.9.-2.13-cü maddələr tamamilə bu əsasnamənin tələblərinə ziddir. 15. Müsabiqədə kimlər iştirak edə bilir? Nazirliyin Əsasnaməsində göstərilir: 1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər. ADPU-nun "qaydaları"nda: 1.11. Müsabiqədə professor, dosent, baş müəllim, müəllim vəzifəsinə müvafiq kafedranın profilinə uyğun, yüksək peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, ingilis dili müəllimlərinə əlavə olaraq İELTS sertifikatı British Council-dan alınmalı (ən azı 6 bal), alman dili müəllimlərinə əlavə olaraq TEST DAF (ən azı 6 bal) əlavə olaraq, fransız dili müəllimlərinə əlavə olaraq Test de Connaissance du Français(TCF) C2 (600-699 bal), yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
16. Qüvvədə olan Əmək məcəlləsinin tələblərinə zidd olaraq müəssisədaxili intizam qaydaları əvəzinə, qondarma "İntizam komissiyasının əsasnaməsi" və "İntizam komissiyasının yaradılması" nəzərdə tutulmuşdur:
Baxaq Əmək məcəlləsinə: Maddə 182. Müəssisədaxili intizam qaydaları:
1. Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.
3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.
Maddə 183. Müəssisədaxili intizam qaydalarının məzmunu:
1. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.
ADPU rəhbərliyinin yaratdığı intizam komissiyasının əsasnaməsinin məzmununa fikir verilsə, burada nəzərdə tutulan müddəalarla qətiyyən uyğun gəlmir.
17. Universitetin nizamnamə ilə deyil, daxili fəaliyyət qaydası ilə idarə olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmişdir (1 nömrəli əlavə), "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" 1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.
1.3. Bu Nümunəvi Nizamnamə hər bir ali təhsil müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Amma rektor belə bir qeyri-qanuni sənədi - daxili fəaliyyət qaydalarını əmrlə təsdiq etmişdir.
18. Akademik dərs saatının 45 dəqiqələrdən çıxarılıb 80 dəqiqə formatına saldırılması ali təhsil müəssisənin nümunəvi nizamnaməsinin və digər rəsmi sənədlərin tələblərinə ziddir. Bax: Bənd 3.7. abzas 12. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır( Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı)
19. Maaşların ödənilməsində əmək bərabərsizliyi yaradılması. 100 manat həcmində yeni seçilən müəllimlərə maaşlara əlavənin verilməsi prosedurunda qabiliyyətli müəllimlərin bu imkandan seçkidən yana yararlana bilməməsi, onlar üçün süni səddin yaradılması. 20. Bu günlərdə başa çatmış kafedra müdiri və fakültə dekanlarının seçkisində də Təhsil Nazirliyinin müəyyən etdiyi mövcud rəsmi qaydaların(Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nın (2011-ci il, 400 №-li əmr) tələblərinə əməl olunmamış, kütləvi qayda pozğunluqlarına, saxtakarlıqlara yol verilmişdir. Seçkilərin keçirilməsi zamanı 1.6.-cı, 2.9.-cu və 2.10.-cu bəndlərin tələbləri gözlənilməmişdir. Fakültə dekanlığına, kafedra müdirliyinə yüksək elmi adı və dərəcəsi olmayanlar təyin olunmuş, 2.9.-cu bəndin tələblərinə qətiyyən riayət olunmamış, 2.10.-cu bəndin tələbləri pozulmuşdur. Buyurub həmin tələblərə baxa bilərsiniz:
1.6. Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi- pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Yalnız xüsusi hallarda bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və dekan vəzifələrini tutmaq üçün müsabiqədə həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə xüsusi nailiyyətləri və göstəriciləri olan şəxslər də iştirak edə bilərlər.
2.9. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə iddiaçılar barədə kafedraların müvafiq rəyləri Komissiyaya təqdim olunur. Komissiya iddiaçılarla fərdi qaydada müsahibə aparır, onların idarəetmə sahəsində qabiliyyət və bacarıqlarını müəyyənləşdirmək üçün anket sorğuları aparır, ekspertlərin və müvafiq kafedraların rəylərini araşdırır və öz iclasında müzakirə təşkil edir.
2.10. Komissiyanın üzvlərinin 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. İclasda kafedra müdiri və ya fakültə dekanı vəzifələrinə hər bir iddiaçı barədə araşdırmaların nəticələri komissiyanın müəyyən etdiyi qayda və meyarlar əsasında qiymətləndirilir və elan edilir, onların həmin vəzifələrə təyin olunub-olunmamasının məqsədəuyğunluğu barədə rektora təqdimat hazırlanır.


“ Ölkə başçısından kömək istəyən Olqa Vəlimedova artıq baş verənlərlə barışmaq niyyətində olmadığını bildirir :
“Hörmətli Prezident! Mən şəkərli diabet və ürək-damar xəstəsi olduğumdan belə kadr eksperimentlərdən böyük sarsıntı keçirdim. Müəllimlər İnstitutundan Prezident Sərəncamına görə gəldiyim üçün heç hansı müsabiqəyə düşməməliydim, amma düşmüşəm və indi isə iş yerimi başqasına satıb məni işdən çıxardıblar. Heç vaxt təsəvvür edə bilməzdim ki, ömrünü müəllimlik və elmə həsr edən adama, milli azlığın nümayəndəsinə qarşı belə terror etmək mümkündür. Mənim Təhsil Nazirliyinə ünvanladığım ərizə-şikayətlərim də cavabsız qalır.

Hörmətli Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm üzunmüddətli elmi-pedaqoji fəaliyyətimi nəzərə alaraq işlədiyim Universitetdə məni bərpa olunmasına köməklik edəsiniz. Əgər hansısa səbəb üzündən bunu etmək mümkün deyilsə, aclıqdan və infarktdan ölməmək üçün mənə başqa ölkədə siyasi sığınacağının almağımda köməklik göstərməyinizi xahiş edirəm. “

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Azerinews.org
Oxşar xəbərlər