Рейтинг@Mail.ru

Oxunub : 4101 | Tarix : 7-10-2016, 15:12 | Bölmə: gundem, secilmis, banner

Beyləqanda məmur özbaşınalığı : Məcburi köçkün özünü yandıracağını bəyan etdi - ŞOKFüzuli Rayonundan məcburi köçkün düşən, hazırda Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ,5-ci məhəlləsində yaşayan Ağayeva Səbahə Tahirxan qızı redaksiyaya şikayət məktubu göndərib. Azerinews.tv-nin elektron ünvanına müraciət edən ana özünü yandırmaqla ona verilən əzablara sön qoyacağını bildirir. Övladının döyülərək ağır vəziyyətə salınmasından şikayətçi düşən, prezidendən kömək istəyən məcburi köçkün Ağayeva Səbahə Tarxan qızının müraciətin olduğu kimi oxuculara təqdim edirik:

"Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Abdullayev qorxmadan Füzuli Rayonundan məcburi köçkün ailəsini havadarlıq etdiyi psixi xəstəyə ictimayi yerdə döydürərək bəyan etdi ki, Ulu öndər mərhum Heydər Əliyevin siyasəti “reketçilik və şantajdan ibarətdir və bu ölkədə hər şeyi pulla həll edilir, kefim nə istəyir onu da edirəm"

Şikayət

Mən özümü Beyləqan Rayon Polis Şöbəsinin qarşısında yandırmaq yolu ilə öldürmə həddinə çatmışam. Səbəbkar isə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Abdullayevin havadarlıq etdiyi rayonda “xüsusi təzyiq göstərmək üçün bəslənən qoçusu” psixi xəstə kimi Beyləqan Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatda olan demək olan bütün günü rayon icra hakimiyyətin ətrafinda qanunsuz idarə etdiyi nəqliyyatı ilə duran 1979-cu il təvəllüdlü Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğludur.

Beləki, bu gün saat 12:00 radələrində psixi xəstə Zeynalov Anar Ədalət oğlu, “psixotrop preparatlar təsiri altında olan” Fərid adlı qardaşı ilə rayon icra hakimiyyətinin inzibati binasının yanında açıq-aşkar mənim uşağım Eyvazov Gəray Balay oğlunu qruplaşaraq döymüşlər. Artıq canımdan bezmişəm ,özümü yandırmaq vəziyyətinə çatdırıblar. Dəfələrlə rayon icra hakimiyyəti başçısı Vaqif Abdullayeva müraciət etsəmdə və qanunsuz idarəetmək hüququ olmadan qanunsuz avtomobil edarə etməsi barədə Beyləqan rayon polis şöbəsinin DYB-nin rəisi Azad Məmmədova rəsmi müraciət etsəmdə heç bir nəticə əldə olunmamışdır. Azad Məmmədov öz bahalı mersedes markalı maşını ilə rayonda öz kefində özünü sanki var dövləti reaklam edir və açıq aşkar psixi xəstə olan Zeynalov Anarın qanunsuz avtomobil idarə etməsinə göz yumur.

Beyləqan Rayon İcra Başçısı Vaqif Abdullayev və Beyləqan Rayon PŞ-nin DYPB-nin rəsi Azad Məmmədovun bizim ailəyə qarşı çıxması nəticəsində özümü öldürməyə qərar vermişəm. Beləki, Zeynalov Anar psixi xəstəliyindən sui-istifadə edərək və inzibati qaydada ona məsuliyyət düşmədiyini , ən əsası da Vaqif Abdullayevin sifarişi ilə Beyləqan şəhərində əməlli başdı “rekertçiliklə” məşğul olmaqdan fərəh duyan keç kəsdən qorxmadığı bildirir dövlətimizin qanunlarına əməlli başdı “tüpürübdür”. Ulu Öndərimiz mərhum Heydər Əliyevin əziyyətlə qurduğu müstəqil Azərbaycanda daxili sabitliyi aşıq-aşkar Beyləqanda pozanlar var

Bu dövlət qurulanda ölkədə reketçıliklə ,dərəbəyliklə məşğul olmağı töfsiyyə verilibmi?- əsla yox. Hansı səbəbə görə, məcburi köçkün ailəsini istədiyi vaxta döyüb təhqir edib alçadırlarsa ölmək ondan yaxşıdır. İndi polis şöbəsindəyəm şikayətimi vermişəm ,nəticəni gözləyirəm, əgər psixi xəstəyə qanunla bütün lazımi tədbir görülməsə özümü polis şöbəsinin qarşısında yandırmaqla öldürəcəm..."

Redaksiyadan: İnanırıq ki, döyülüb təhqir edilən və alçaldılan məcburi köçkünə prezidentimiz sahib çıxacaq. Və ədalətin bərqərarı üçün məcburi köçkünün bu şikayətini öz nəzarətinə götürəcək!!!
Oxşar xəbərlər