Рейтинг@Mail.ru

Oxunub : 647 | Tarix : 16-10-2016, 21:45 | Bölmə: gundem, bolge, secilmis

Lənkəranda sahibkarlara qarşı “şantaj palavrası” - Şantaj edilən sahibkarlar Nazim Məmmədova qarşı iddia qaldırdıBakunews.az 27 iyul 2016-cı il tarixdə Lənkəran rayonunda məmur və sahibkarlara qənim kəsilən Nazim Məmmədovla bağlı araşdırma yazı dərc etmişdi. (araşdırmanı bu linklərdən oxuya bilərsiniz:
1. http://bakunews.az/bolge/17794-lenkeran-rayonunda-memur-ve-sahibkarlara-qenim-kesilen-nazim-memmedov.html
2. http://bakunews.az/gundem/18065-lenkranda-nazm-memmedovun-vergden-yaynma-faktlar-.html)

Yazı saytda işıq üzü görəndən sonra Nazim Məmmədov BakuNews.az-ın müxbirini hədələməkdən çəkinməmişdi.

Yazıda qeyd olunurdu ki, Lənkəran rayon sahibkarları (adlar bizə məlum olsa da, məlum səbəblərdən açıqlaya bilmirik) Nazim Məmmədovu məhkəməyə veriblər. Sahibkarların BakuNews.az-a bildirdiyinə görə, əllərində olan faktları məhkəməyə təqdim etdikləri üçün hazırda Nazim Məmmədov tərəfindən şantaj edilirlər. Belə ki, N.Məmmədov müxtəlif vasitələrə və yollara əl ataraq sahibkarların susmasını tələb edir.

Sahibkarlar əlavə olaraq qeyd ediblər ki, Nazim Məmmədova qarşı qaldırdıqları iddia əsasında 18 oktyabr 2016-cı il saat 15:00-da Lənkəran Şəhər Məhkəməsində hazırlıq prosesi keçiriləcək.
Saytımızın etibarlı mənbədən əldə etdiyi məlumata görə, sahibkarların Nazim Məmmədov qarşı qaldırdıqları iddiaya Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov hakimlik edəcək.

BakuNews.az saytı olaraq məhkəmə prosesini izləyəcəyik və proseslə bağlı oxuculara geniş məlumat verəcəyik.
Nazim Məmmədovun vətəndaşları hansı yolla şantaj etdiyi barədə bizdə olan faktları sizlərlə bölüşəcəyik.

Qeyd edək ki, sahibkarlardan biri 15 oktyabr 2016-cı ildə rəsmi olaraq Nazim Məmmədovla bağlı Lənkəran rayon Polis İdarəsinə də şikayət ünvanlayıb.
loading...
Oxşar xəbərlər