Zəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATZəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATTaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARITaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARINAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)NAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)Göyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTGöyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAYevlaxda 300 hektar torpaq  DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATYevlaxda 300 hektar torpaq DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova  24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova 24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən  10 min manatın GİZLİNLƏRİBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən 10 min manatın GİZLİNLƏRİDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTÇovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Prezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaPrezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLATLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT
Рейтинг@Mail.ru
Tarix : 20-10-2016, 16:19 | Bölmə: gundem

Binəqədi İcra Hakimiyyətinə sərt tənqid - Milyonlarla rüşvət yığırsan...“Hava proqnozuna baxdım, bu gün axşamdan başlayaraq yenə yağış tökməyə başlayacaq. Hələ bu gün də dünyanın ən gözəl şəhəri olan Bakıda sel-su ucbatından evindən çölə çıxa bilməyən vətəndaşlar, sakinlər var. Yağış bu gün axşam başlayır və gələn həftə boyu da davam edəcək. Görünən budur ki, Bakının qəsəbələrində su altında qalmış evlər hələ də fəlakət zonası olaraq qalmaqda davam edəcək. Uşaqlar məktəbə gedə bilməyəcək. Acınacaqlı vəziyyət Binəqədi rayonunda yaşanır. Binəqədi şossesindən 5-6 qəsəbənin sakinləri istifadə edir. Bu yol gözümüz açılandan belə olub. Hər payız-qış süni göllər əmələ gəlir. Hər il bu yola pullar tökülür və sonra yenə xarabazara çevrilir. Bu, artıq cinayət əməlidir, büdcə pulları göyə sovrulur, problem isə qalır. Bir yolu nə qədər qazmaq və düzəltmək olar?”

Bu sözləri yeni AXCP-nin sədri Razi Nurullayev deyib.

O, bildirib ki, yağış yağan kimi qısa zaman ərzində Binəqədi və bir çox qəsəbələrdə acınacaqlı hal yaranır: “Həm yollar bərbad vəziyyətdədir, həm də kanalizasiya bərbad gündədir. Amma, axı hər kəs bir neçə yerə pul, rüşvət, hörmət ödəyib, o evləri tikib. Heç kim göydən gəlib düşməyib və evlər də tikməyib. Bunların hamısı rayon İcra Hakimiyyətlərinin, Bakı şəhər İcra Hakimiyyətinin gözləri qarşısında və razılıqları ilə olub. İndi niyə yaxalarını kənara çəkirlər? Cəzasızlıq, qorxu hissinin, məsuliyyət hissinin olmaması... Həm də bu insanların ürəyində Allah qorxusu və xofu da yoxdur. Mənim əlimdə ixtiyar olsaydı, onların oğurladıqlarının, çaldıqlarının, taladıqlarının üç mislini əllərindən alar və haqsız duruma və məhrumiyyətlərə düçar olan xalqın yaralarının sağalmasına sərf edərdim. Bəli, dəmir yumruğa ehtiyac var. O dəmir yumruq ki, günahkarların başına kuvalt ağırlığında çöksün.

Ay balam, sənə büdcədən pul ayrılıb, üstəlik, milyonlarla rüşvət yığırsan, niyə problemləri həll etmirsən? Qorxun yoxdur, amma olacaq. Bir gün etdiklərinin əvəzini min qat ödəməli olacaqsan. Neçə ildir, oxuyuram ki, Sabunçu vağzalını su basıb. Neçə dəfə su seyrangahını seyr də etmişəm. Bəs neçə illərdir ki, gözünüz kor, qulağınız kardır? Beyniniz donub? Əllərinizi don vurub? Daşı daş üstünə qoyanda çalağan quşu kimi kasıbın üstünə şığıya bilirsiniz, amma vəzifəniz olanları yerinə yetirə bilmirsiniz? Bir gün gələcək, sizin üstünüzə şığıyacaqlar, sizin özünüzü o süni suların içinə qərq edəcəklər”.

“Ciddi olaraq, bu problemlərin geniş müzakirəsi üçün Prezident müşavirəsinə ehtiyac var” - deyən partiya sədri qeyd edib ki, işinin öhdəsindən gələ bilməyən, korrupsiya piramsidası quran, sahibkarlara və vətəndaşlara "dolya" kəsən kiçicik xanların boyunlarının vurulması zamanıdır, məcazi mənada: “Dünən bütün Azərbaycan barbar bir hadisənin şahidi oldu. Kürdəxanı qəbiristanlığını su basıb, qəbirlər suyun içində, bir az kənarda da adamlar balıq tutur. Sən demə, Kürdəxanının kanalizasiya suları bura axır, heç də qrunt sularının yaratdığı göl deyil. Bəs, bu vəhşiliyə, çarəsizliyə dözmək olarmı? Bakının ən qədim və köhnə kəndlərindən biri üfunət içində boğulur.

Başa düşürəm ki, Bakıda kanalizasiya və su sisteminin bərpası və çəkilməsi ilə bağlı işlər aparılır. Amma, bu, kifayət deyil. Təcili olaraq, işlərin tezləşdirilməsi üçün Neft Fondundan vəsait ayrılmalıdır. Xərclənməsinə də ciddi nəzarət olunmalıdır. Xor baxanın, bir manat oğurlayanın belə, oğurladığı əli kəsilməli, xor baxanın gözü çıxarılmalıdır”.

Politika.Az
Oxşar xəbərlər