Рейтинг@Mail.ru

Oxunub : 263 | Tarix : 21-10-2016, 21:45 | Bölmə: gundem

“Siz bilirsiz kimi saxlamısınız? Mən başçının sağ əliyəm” Neftçalada olayNeftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev içkili vəziyyətdə idarə etdiyi 50 CD 060 dövlət nömrə nişanlı “Land Lover” markalı avtomobilini idarə edərkən rayonun Heydər Əliyev Mərkəzinin qarşısında inək vuraraq qəza törədib.

Nia.az xəbər verir ki, Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Firudin Nağıyev polis əməkdaşlarına qarşı kobud davranıb:

“Siz kimi saxlamısınız bilmirsiz? Mən Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əliyəm. Mənə kim nə edə bilər, içmişəm əcəb eləmişəm.

Firudin Nağıyev polislər tərəfindən Neftçala rayon polis bölməsinə aparılmasına baxmayaraq, İsmayıl Vəliyevin təzyiqindən sonra dərhal sərbəst buraxılıb.

Nia.az olaraq xatırlatmaq istəyirik ki, bir müddət əvvəl bir qrup Neftçala rayon sakini AzMedia.info saytı vasitəsilə Firudin Nağıyev barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubova, Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət edib. Müraciətdə sakinlər Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin qanunsuz əməllərindən, həmçinin qanunsuz gəlir əldə etmək məqsədi ilə bələdiyyəyə məxsus torpaqlarda dövlətin təbii sərvətini öz biznesi kimi istifadə etməsindən şikayətlənmişdilər.

Bundan başqa Firudin Nağıyevin narkotik maddələrin təsiri altında bələdiyyə tərəfindən bir çox təşkilatın yerləşdiyi inzibati binanın ətrafına çəkilmiş qoruyucu zənciri və metal dirəkləri üçüncü dəfə oğurlayarkən bələdiyyə işçiləri tərəfindən yaxalandığını və bu zaman tabeçiliyində olan ekskavator sürücüsünə ekskavatoru bələdiyyə işçilərinin üzərinə sürməsini əmr etmişdir.

Qarşı tərəfin mövqeyi dərc etməyə hazırıq.
Oxşar xəbərlər