Рейтинг@Mail.ru

Oxunub : 263 | Tarix : 24-10-2016, 15:07 | Bölmə: gundem

“Təfəkkür” Universitetinin sabiq rektoru çətin durumda : sorğu - sual olunurMüşfiq Atakişiyev qanunsuz tələbə qəbulunda, tələbə köçürmələrində, maliyyə əməliyyatlarında və bir kriminal olayda ittiham oluna bilər
Xeberinfo.com: “Təfəkkür” Universitetinin artıq sabiq sayılan rektoru Müşfiq Atakişiyevlə bağlı ilginc məlumat almışıq. Məlumatda cənab Atakişiyevin rektor kimi bugünə qədərki fəaliyyətindən, vəzifədən kənarlaşdırılma səbəbindən və qarşılaşdığı çətin durumdan bəhs olunur...
“Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyev həmkarları ilə müqayisədə Azərbaycan oxucusuna daha çox tanışdır. Ölkə mediasında bu şəxs və rəhbərlik etdiyi universitetin fəaliyyəti ilə bağlı mütəmadi yazılar dərc olunub. Son illər isə bu yazılar silsilə şəklini almışdır. Həm də necə,... bu yazılarda Müşfiq müəllim qanunsuz tələbə qəbulunda, tələbə köçürmələrində və bir sıra kriminal olaylarda ittiham olunur. Maraqlıdır ki, sabiq rektor bu ittihamların heç birinə cavab verməyib, heç bir təkzib olmayıb(?) (Bu istiqamətdə əldə etdiyimiz yeni məlumatlarla bağlı qarşıdakı günlərdə yazacağıq.)
İndi isə xeberinfo.com-a Müşfiq Atakişiyevin hazırda qarşılaşdığı durumla bağlı məlumat daxil olub. Proseslə bağlılığı olan şəxsin verdiyi məlumata görə, sabiq rektor vəzifəsindən kənarlaşmaqla məsuliyyətdən azad olacağını düşünsə də, yanılıb: ““Müşfiq Atakişiyev işi” xeyli vaxtdır ki, aidiyyatı dövlət orqanlarında araşdırılır. Onun rektor vəzifəsindən kənarlaşdırılması isə hələ “jurnaldır”. “Təfəkkür” Universitetində onillərdir baş alıb gedən qanunsuz tələbə qəbulu, tələbə köçürmələri, maliyyə əməliyyatları, kriminal olay və s. araşdırmaların predmetidir. Doğrudur, o nə edibsə də, təkbaşına etməyib, nə də təkbaşına “yeməyib”. Amma, görünür ya haradasa nəyisə “unudub”, ya da necə deyərlər, “artıq vaxtıdır: kimsə getməlidir””.
Mənbəmiz daha sonra konkret faktlar sadalamaqla, rektorun qarşılaşdığı çətin durumdan da danışdı. Hətta onunla ciddi sorğu-suala başlanıldığını da bildirdi...
Təəssüf ki, Müşfiq müəllimlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Bu səbəbdən də hələlik bəhs etdiyimiz məlumatların detallarına vara bilmirik.
Mövzu diqqətimizdədir.
Oxşar xəbərlər