Рейтинг@Mail.ru
Tarix : 8-12-2016, 10:02 | Bölmə: gundem

Qafqaz Universitetində KÜTLƏVİ İXTİSARLAR – REKTOR İŞÇİLƏRƏ ƏRİZƏ YAZDIRIRQafqaz Universitetinin yeni təyin edilmiş rektoru Havar Məmmədov universitetdə ciddi kadr ixtisarlarına başlayıb.
Bu barədə universitetdəki mənbələrdən məlumat daxil olub. Bildirdilər ki, təkcə son günlərdə rektor Havar Məmmədov 20–yə yaxın işçiyə işdən çıxmaları üçün ərizə yazmalarını əmr edib, həmin əməkdaşlar isə artıq işdən çıxarılmaları barədə ərizə yazıblar. Həmin işçilərin bəziləri akademik, bəziləri də idari personaldandır.
Redaksiyamıza daxil olan siyahıda adları olan universitet əməkdaşları aşağıdakılardır:
1. Ruslan Nərimanov- İctimaiyyətlə Əlaqələr Şöbəsinin kiçik mütəxəssis- İşdən çıxarılma səbəbi onun bakalavr pilləsində Bədən Tərbiyəsi İxtisası üzrə təhsil almasıdır.
2. Hikmət Axundov- Biznesin idarə edilməsi bölməsinin laborantı, tədris məsləhətçisi. İşdən çıxarılma səbəbi onun magistratura pilləsini bitirməməsidir. Bildirdilər ki, onun təhsil müddətinin bitməsinə (müdafiəsinə) 2 həftə qalıb. Onu da qeyd edək ki, Hikmət Axundov magistratura təhsilini Portuqaliyada alıb, bu, onun ikinci magistratura təhsilidir.
3. Xanım Fətullayeva- Tərcümə (İngilis dili) bölməsinin laborantı. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
4. Nargilə Məmmədova- Dil və ədəbiyyat müəllimliyi (İngilis dili və ədəbiyyatı) bölməsinin laborantı, tədris məsləhətçisi. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
5. Səadət Xudiyeva- Rəhbərlik və -psixoloji məsləhət şöbəsinin məsləhətçi psixoloqu. İşdən çıxarılma səbəbi bilinmir.
6. Vüqar Rəhimov- İqtisadiyyat və idarəetmə bölməsinin bölmələr koordinatoru. İşdən çıxarılma səbəbi bakalavr diplomunun olmaması, yaxud texnikum məzunu olmasıdır.
7. Azər Abbasov- İqtisadiyyat və idarəetmə bölməsinin referenti. İşdən çıxarılma səbəbi bakalavr diplomunun olmaması, yaxud texnikum məzunu olmasıdır.
8. İlyas Məmmədov- Dillər məktəbinin laborantı, test mərkəzində məsul şəxsi. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
9. Sevda Qafarova- Dillər məktəbinin laborantı, test mərkəzində məsul şəxs. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
10. Sveta Qədimova- Dillər məktəbinin laborantı. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
11. Nisə İdrisova- Riyaziyyat və informatika müəllimliyi bölməsinin laborantı, tədris məsləhətçisi. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
12. Səbinə Cəfərova- Kimya bölməsinin laborantı. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
13. Pərvin Məmmədli- Kimya bölməsinin laborantı. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
14. Kəmalə İsmayilova- Riyaziyyat və informatika müəllimliyi bölməsinin laborantı, tədris məsləhətçisi. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
15. Süheyla Bəhlulzadə- Riyaziyyat müəllimliyi bölməsinin laborantı. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
16. Naiq Hüseyn- Dillər məktəbinin məsləhətçisi. İşdən çıxarılma səbəbi bakalavr diplomunun olmaması, yaxud texnikum məzunu olmasıdır.
17. Aqil Ərəbli- Pedaqogika bölməsinin bölmələr koordinatoru. İşdən çıxarılma səbəbi bakalavr diplomunun olmaması, yaxud texnikum məzunu olmasıdır.
18. Elvin Qədirli- Fizika müəllimliyi bölməsinin laborantı, tədris məsləhətçisi. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
19. Əfqan Şərifov- Mühəndislik bölməsinin bölmələr koordinatoru. İşdən çıxarılma səbəbi magistratura təhsilinin davam etməsidir.
20. Nəcəf Rüstəmov- Məzun koordinasiya şöbəsinin mütəxəssisi. İşdən çıxarılma səbəbi bilinmir.
Onu da qeyd edək ki, mənbə redaksiyamıza Havar Məmmədovun rektor təyin edilməsindən sonra universitetin 100-dən artıq əməkdaşının işdən çıxarıldığını bildirdi.
a24.az
Oxşar xəbərlər