Рейтинг@Mail.ru
Oxunub : 313 | Tarix : 13-12-2016, 13:45 | Bölmə: gundem

Mikayıl Cabbarovdan gizlədilən kadr siyasəti - Bakı Şəhəri üzrə Təhsil İdarəsində nə baş verir?!Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti barədə maraqlı məlumat daxil olub: "Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi demək olar ki, məktəblərə nəzarəti itirib. Elə bu səbəbdən də Misir Mərdanovun nüfuzu durmadan artır. Adıçəkilən idarəyə rəhbərliyi Ceyhun Bayramovla Məhəbbət Vəliyeva həyata keçirirlər. Bu idarənin əsas simalarından biri Rəşad Tağıyevdir. O, Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirib. 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. İndi baxın Rəşad Tağıyev hara, Bakı şəhəri üzrə Təhsil İdarəsi hara?"
Məlumatda bildirilir ki, bu şəxsin məktəb direktorlarının təyinatında həlledici rolu var:
"Məsələn, 162 saylı tam orta məktəbə direktor təyin olunmuş Sevinc Abbasova 1-cə gün də olsun sinif rəhbəri olmayıb. Bu direktorun 11-ci sinifdə adı coğrafiya müəllimi kimi getsə də əvəzinə dərsləri başqaları deyir. Bu məktəbdə "Rus dili və Ədəbiyyatı”, "Azərbaycan ədəbiyyatı” müəllimi Şəhla Abbasova sentyabrdan bəri bir gün də olsun dərsə girməyib. Rəşad Tağıyevin İdarədə Yaqut Məmmədova adlı kadrı var. Bakı məktəblərinin hansında direktor vəzifəsi boşalırsa, onu müvəqqəti olaraq ora direktor əvəzi göndərirlər. Rəşad Tağıyev onun qızı Nihal Hacıyevanı isə 247 saylı məktəbə direktor göndərib”.

Göründüyü kimi, bir qrup şəxs Bakı məktəblərini istədikləri kimi "idarə” etməklə haqlı narazılıqlar yaradırlar. Görünür, hörmətli nazir Mikayıl Cabbarovun bu işlərin çoxundan xəbəri yoxdur.

Moderator.az
Oxşar xəbərlər