Рейтинг@Mail.ru

Oxunub : 113 | Tarix : 12-01-2017, 00:09 | Bölmə: gundem

Oğlu avtosalona hücum edən icra başçısına yoxlama göndərildi - Masallıda hər şey ortaya çıxacaqHesablama Palatasının bu il üçün ilk Kollegiya iclası keçirilib.

Kollegiya iclasında bir sıra məsələlər müzakirə olunub.
Həmin məsələlər arasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Masallı Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar yer alıb.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.
Qeyd edək ki, ötən il də Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla və rayondakı məmur özbaşınalığı ilə bağlı mətbuatda çoxlu sayda tənqidi məlumatlar yayımlanıb.
Bundan başqa icra başçısının oğlu ilə bağlı da mətbuatda informasiyalar yayımlanıb. İnformasiyalardan biri də Rafil Hüseynovun oğlunun "qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum etməsi ilə bağlıdır.
AZXEBER.COM
Oxşar xəbərlər