Рейтинг@Mail.ru
Oxunub : 545 | Tarix : 7-05-2016, 10:22 | Bölmə: gundem

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı konfrans keçirilib - FOTOLAR


Bu gün Bakı Avrasiya universitetinin akt zalında Azərbaycan xalqızın dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Əbədiyyət zirvəsi” adlı elmi-praktik konfrans keçirilib. Universitetin mətbuat xidmətindən Bizim Yol-a daxil olan məlumata görə, konfransı giriş sösü ilə açan universitetin rektoru professor Nazim Hüseynli Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və siyasi fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırdı və bildirdi ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, beynəlxalq aləmdə tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. O qeyd etdi ki,Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, xalqımızın rifahı naminə aprdığı məqsədyönlü siyasi mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq. Rektor daha sonra çıxışında, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğunda təhsilin inkişafı istiqamətində apardığı uğurlu konsepsiyadan danışdı və yenicə yaranmış müstəqil Azərbaycanın kadr potensialının artırılmasında,eləcədə yeni universitetlərin yaradılmasında ulu öndərin yorulmaz fəaliyyətini önə çəkərək, bu gün ulu öndər tərəfindən əsası qoyulmuş təməlin öz bəhrəsini verdiyini diqqətə çatdırdı. Azərbaycan təhsilinin, elminin, eləcədə digər sahələrin ardıcıl inkişafı texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur. Bu gün fəxarətlə qeyd edə bilərik ki,məhz həmin fəaliyyətin nəticəsidir ki,müstəqil Azərbaycanın müasir məktəbləri,beynəlxalq əməkdaşlıqlarla zəngin universitetlərinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Daha sonra konfranda çıxş edənlər, o cümlədən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ulu öndərin Azərbaycançılıq idealarının,milli konsepsiyanın yaradılmasındakı əvəzsiz xidmətlərindən danışdı. Konfransda Nərimanov rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini İradə Hüseynova və universitetin Tədris və elmi işlər üzrə prorektor,professor Gülzar İbrahimova ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını ifadə ediblər.
Oxşar xəbərlər