Рейтинг@Mail.ru

Oxunub : 798 | Tarix : 12-03-2016, 15:50 | Bölmə: idman

UEFA klubarımız üçün 8.8 milyon manat ayırdıFanat.az xəbər verir ki, UEFA Azərbaycanın 3 klubuna 8 milyon 852 min 662 manat ayırıb. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın 2015-ci il üçün hazırlanan maliyyə hesabatında məlumat verilib.

Ən çox vəsait alan qarabağ olub - 4 milyon 888 min 980 manat. Ağdam klubuna bu pullar Çempionlar Liqası və Avropa Liqasına görə verib.

"Neftçi" və "Qəbələ" Avropa Liqasında, "Rəvan" UEFA Gənclər Liqasında çıxışına görə pul alıb.

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edən "İnter"ə ödənən vəsaitlə bağlı hesabatda qeyd yoxdu. AFFA bu ilin 21 yanvarında UEFA-nın "İnter" üçün 708.970 avro (2015/16 Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya - 40.000 avro, 2015/16 Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) - 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait - 38.970 avro) ayırdığını açıqlamışdı. “İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalan 514.203 avro klubun hesabına köçürülmüşdü.

1. Qarabağ - 4.888.980 manat
2. Qəbələ - 3.639.975 manat
3. Neftçi - 293.854 manat
4. Rəvan - 29.853 manat
Cəmi: 8.852.662 manat
loading...
Oxşar xəbərlər