Azərbaycanlı fahişənin porno videoları - ŞANTAJ

Azərbaycanlı fahişənin porno videoları - ŞANTAJ
Türkiyənin Şanlıurfa şəhərində bank sektorunda çalışan kişi polisə şikayət edərək azərbaycanlı qadının onu şantaj etdiyini bildirib.
N.S adlı kişi qeyd edib ki, ötən ay fahişəliyə qarşı aparılan reydlər zamanı deportasiya edilən Z.B isimli şəxs onu şantaj edir. Qadın türkə "cinsi əlaqəyə girdiyimizi video-lentə almışam. 7,5 min manat verməsən videonu yayıb səni biabır edəcəm" deyib.

Şikayəti araşdıran polis qadının tutulması üçün əməliyyat qurub. N.S azərbaycanlı qadına "video diski gətir, pulu apar" təklifini edib. Qadın qeyd olunan ünvana gəlib və pulu alarkən polislər tərəfindən həbs edilib.

Z.B-nin evində axtarış aparılıb. Divardakı xalçaya bərkidilmiş gizli kamera, qadının kişilərlə seks münasibətlərini özündə əks etdirən 16 disk tapılıb. Faktla üzrə, "şantaj, zorla fahişəlik etmə, fahişəliyə vasitəçilik və əxlaqsızlıq yuvası açma" maddələrilə cinayət işi açılıb.
Paylaş:   

Oxşar olan digər xəbərlər