Рейтинг@Mail.ru
Tarix : 14-07-2017, 11:17 | Bölmə: maraqli

Ölümündən 123 gün sonra əkiz uşaq dünyaya gətirdi

Həkimlər onun bətnindəki uşaqların yaşamağına ümid etmirdi

Brazilyada 21 yaşlı qadın 9 həftəlik hamilə zamanı insultdan dünyasını dəyişib. İstiPress "ridus.ru" saytına istinadən xəbər verir ki, ana təxminən 123 gün komada qalandan sonra əkiz uşaq dünyaya gətirib.

Qadın xəstəxanaya yerləşdirilməmişdən əvvəl həyat yoldaşına zəng edərək güclü baş ağrılarının olduğunu bildirib və bundan sonra evə qayıtmayacağını, xəstəxanada qalcağını bildirib. Bu gənc ananın son sözləri olub.

Xəstəxanaya yerləşdiriləndən 3 gün sonra ana beyin ölümü keçirib. Həkimlər onun bətnindəki uşaqların yaşamağına ümid etmirdi. Qadını dəfn etmək istəyərkən əkizlərin ürək döyüntüləri görünüb. Uşaqlar sanki yaşamaq uğurnda mübarizə aparıb. Həkimlər dərhal əkizləri xilas edib. Yeni doğulan körpələrə xüsusi şəraitdə baxılır. Beləliklə əkizlər anasının ölümündən 123 gün sonra dünyaya gəldilər.
Ölümündən 123 gün sonra əkiz uşaq dünyaya gətirdi

Ölümündən 123 gün sonra əkiz uşaq dünyaya gətirdi

Ölümündən 123 gün sonra əkiz uşaq dünyaya gətirdi
Oxşar xəbərlər